Məhkəmə qərarları › İş №2(017)-84/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-84/2025

03.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-84/2025 03.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və digə iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1, iddiaçı və digə İddiaçı4 nümayəndəsi İddiaçı5, Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı zamanı iddiaçı və digə iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə, JN 246A, KOD 60807028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun və digər ailə üzvlərinin (iddiaçıların) ümumibirgə mülkiyyətlərinə Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi verilmişdir. 2021-ci ildə qardaşı Bəyoğlan onların məlumatı və xəbəri olmadan həmin torpaq sahəsini digər qardaşı oğlu Cavabdeh1 satmışdır. Bundan məlumatı olduqdan sonra Bəyoğlanla əlaqə saxlamış və Bəyoğlan bu məsələni özü həll edəcəyini ona demişdir. Lakin, Cavabdeh1 həmin torpaq sahəsində bünövrə tökmüş və mal tövləsi tikmişdir. Cavabdeh1 tarpaq sahəsinin ona məxsus olmasını və həmin torpaq sahəsində çıxmasını tələb etsə də, Bayram həmin torpaq sahəsindən çıxmamışdır. Digər Cavabdeh2 Cavabdeh1 qardaşıdır və onların mülkiyyətində olan torpaq sahəsində Bayram iş görərkən Anar da Bayramın yanında olduğundan iddia ərizəsində onu da cavabdeh kimi göstərmişdir. Göstərdiyi kimi Cavabdeh1 həmin torpaq sahəsindən qanunsuz istifadə edir və dəfələrlə mülkiyyətlərində olan torpaq sahəsindən çıxmasını tələb etsə də, Cavabdeh1 torpaq sahəsini onlara qaytarmaqdan imtina etmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçı və digə İddiaçı4 nümayəndəsi İddiaçı5 iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə, JN 246A, KOD 60807028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun və digər ailə üzvlərinin (iddiaçıların) ümumibirgə mülkiyyətlərinə Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi verilmişdir. 2021-ci ildə əmisi Bəyoğlan onların məlumatı və xəbəri olmadan həmin torpaq sahəsini əmisi oğlu Cavabdeh1 satmışdır. Hazırda Cavabdeh1 həmin torpaq sahəsində bünövrə tökmüş və mal tövləsi tikmişdir. Cavabdeh1 tarpaq sahəsinin onlara məxsus olmasını və həmin torpaq sahəsində çıxmasını tələb etsələr də, Bayram həmin torpaq sahəsindən çıxmamışdır. Ona görə də, göstərdiklərinin nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ona qarşı torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddianı qəbul etmir. Belə ki, qeyd edilən torpaq sahəsini 2021-ci ildə əmisi Bəyoğlandan 8500 manata almışdır. Torpaq sahəsini aldıqdan təxminən 20 gün sonra torpaq sahəsinin iddiaçıların mülkiyyətində olmasını bilmiş və bu barədə əmisi Bəyoğlana demişdir. Bəyoğlan da bu məsələni özü həll edəcəyini, özünə məxsus evi qardaşı İddiaçı1 verdiyini, Abbas da həmin torpaq sahəsini ona verdiyini və torpağın sənədlərini Abbasdan alaraq ona verəcəyini bildirmişdir. Lakin, İddiaçı1 torpağın sənədlərini ona verməmiş və hazırda da həmin torpaq sahəsini ondan tələb edir. Göstərdiyi kimi, mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətində olsa da, həmin torpaq sahəsini əmisi Bəyoğlandan 8500 manata almışdır və torpaq sahəsinə çəkdiyi xərclər ona ödənildiyi halda torpaq sahəsini təhvil verəcəkdir. Həmçinin həmin torpaq sahəsinin qardaşı Cavabdeh2 heç bir aidiyyəti yoxdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN 246A, KOD 60807028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə, Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Vəliyev (Vəlizadə) Firaman (Firavan) Abbas oğlunun mülkiyyətinə verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. İşin araşdırılan halları, tərəflərin izahatları ilə müəyyən olunur ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə, Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Vəliyev (Vəlizadə) Firaman (Firavan) Abbas oğlunun mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi Cavabdeh1 qanunsuz istifadəsindədir. Hazırda da iddiaçılar cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edirlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1 qarşı torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdırlar. Cavabdeh1 izahatında iddiaçıların mülkiyyətində olan həmin torpaq sahəsini 2021-ci ildə əmisi Bəyoğlandan 8500 manata almasını göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə baxışı zamanı proses iştirakçılarının izahatları ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin Cavabdeh2 heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə, JN 246A, KOD 60807028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağcabədi rayon Təzəkənd kəndi ərazisində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətlərinə verilmiş 0,18 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz tikililər sökülməli, həmin torpaq sahəsindən istifadəyə yönəlmiş maneələr aradan qaldırılmalı, Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılmalı və iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. İşdə olan 04 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, 100 manat dövlət rüsumu İddiaçı5 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı5 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı5 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə, JN 246A, KOD 60807028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağcabədi rayon Təzəkənd kəndi ərazisində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətlərinə verilmiş 0,18 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz tikililər sökülsün, həmin torpaq sahəsindən istifadəyə yönəlmiş maneələr aradan qaldırılsın və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılsın. İddiaçı5 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı5 verilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar