Məhkəmə qərarları › İş №2(107)-65/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-65/2023

19.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-65/2023 19.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması, tərəfindən tikilmiş tikilinin öz şəxsi vəsaiti hesabına sökülməsi, maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılması, tikilinin sökülməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması, tərəfindən tikilmiş tikilinin öz şəxsi vəsaiti hesabına sökülməsi, maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(075)-230/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsi DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən 22 sentyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinin şərq tərəfindəki 8,50 metr sahəsinin 0,5 metr enində, 5,30 metr uzunluğunda olan hissəsində Cavabdeh tərəfindən mağaza və sahəsi isə 2,72 kv/m olan (1,60m x 1,70m) ayaqyolu tikilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən 0,0136 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, onun qanunsuz hərəkətlərinə son qoyulması, tərəfindən tikilmiş tikilinin onun öz şəxsi vəsaiti hesabına sökülməsi, tərəfindən olan maneələrin aradan qaldırılması və dəymiş maddi ziyanla bağlı 721,40 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Sonradan İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə idia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindəki 8,50 metr sahəsinin 0,5 metr enində, 5,30 metr uzunluğunda olan hissəsində Cavabdeh tərəfindən tikilmiş mağazanın çöl yan divarı, həmçinin hündürlüyü 2,40 metr, sahəsi isə 2,72 kv/m olan (1,60m x 1,70m) yardımçı tikili olan ayaqyolunun cavabdehin öz vəsaiti hesabına sökülməsi, onun həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən 0,0136 ha torpaq sahəsindən iddiaçıya edilən maneələrin aradan qaldırılması və dəymiş maddi ziyanla bağlı 721,40 manat pulunCavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Sonradan İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizə göndərərək iddia ərizəsində 721,40 manat pul maddi ziyan kimi göstərilsə də həmin pulun 100,40 manatının iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu, 500 manatının hüquqların müdafiəsi ilə əlaqədar vəkilə ödənilmiş pul və 121 manatının isə DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət əsasında ödənilmiş vəsait olduğunu göstərmiş, ona görə də həmin 721,40 manat pulun qeyd etdiyi xərclər olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iddiaçının iddia ərizəsinin xahiş edirəm hissəsində qeyd etdiyi 721,40 manat pulun 100,40 manatının iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu, 500 manatının vəkilə ödənilmiş xidmət haqqı, 121 manatının isə DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət əsasında ödənilmiş vəsait olmaqla, tələb edilən həmin məbləğin ümumilikdə iddiaçının çəkdiyi məhkəmə xərclərinin cəmi olmasını qəbul etmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflərin Şəki rayonu Çələbixan qəsəbəsi ərazisində inşa etdirdikləri qeyri-yaşayış sahələri qonşuluqda yerləşir. İddiaçı özünə məxsus torpaq sahəsinin və həmin torpaq sahəsindəki qeyri-yaşayış sahəsinin mülkiyyətində olmasına dair mülkiyyət sənədini məhkəməyə təqdim etmiş və mülkiyyətində olan torpaq sahəsinin şərq tərəfindən 0,5 metr hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini, mülkiyyətində olan torpaq sahəsinin şərq tərəfindəki hissəsində cavabdeh tərəfindən onun icazəsi olmadan, qanunsuz olaraq ayaqyolu inşa edildiyini göstərərək həmin tikililərin sökülməsini, torpaq sahəsinin cavabdehin qeyri-qanuni zəbtindən azad edilməsini tələb edir.

7. Cavabdeh tərəf isə iddiaçının sökülməsini tələb etdiyi tikililərin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşmədiyini, özünə aid torpaq sahəsində inşa edilməsini əsas gətirərək iddianı qəbul etməmişdir. Lakin cavabdeh tərəfindən həmin ərazidə özünə hər hansı bir torpaq sahəsinin məxsus olmasına dair heç bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir.

8. X1 Mərkəzinin 12 may 2022-ci il tarixli, 18 nömrəli mütəxəssis rəyi ilə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsinin zəbt edilməməsi müəyyən edilsə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 14 iyul 2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/687 nömrəli ekspert rəyi ilə X2 12 may 2022-ci il tarixli, 18 nömrəli mütəxəssis rəyində göstərilənlər təkzib edilmişdir. Bu baxımdan məhkəmə mübahisənin həllində Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/687 nömrəli ekspert rəyinə istinad edilməsini daha doğru hesab edir.

9. Ekspertiza tədqiqatı zamanı cavabeh tərəfindən ayaqyolunun Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinin tələbinə uyğun inşa edildiyi qeyd edilsə də, həmin ayaqyolu tikilisinin cavabdehin deyil, cavabdeh tərəfindən iddiaçının razılığı alınmadan məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilməsi müəyyən edilmişdir. Həmçinin ekspertiza tədqiqatı zamanı Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yanında inşa etdiyi mağaza binasının çöl yan divarının İddiaçı mülkiyyətində olan 0,0136 ha torpaq sahəsinin şərq tərəfindəki 8,50 metr sahəsinin 0,5 metr enində, 5,30 metr uzunluğunda olan hissəsində yerləşməsi, bundan başqa Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin şərq tərəfində hündürlüyü 2,40 metr, sahəsi isə 2,72 kv/m olan (1,60m x 1,70m) yardımçı tikili olan ayaqyolu inşa edilməsi müəyyən edilmişdir.

10. Cavabdeh tərəfindən inşa edilmiş tikiliyə, tikilinin yerləşdiyi torpaq sahəsinin ona aidiyyətinin olmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim edilməməklə yanaşı məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edilməklə mübahisələndirilən tikinti işlərinin aparılması müəyyən edilmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində tikinti işləri aparılarkən bununla bağlı iddiaçıdan hər hansı bir icazə alınmamışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərini apararkən bununla bağlı İddiaçı hər hansı bir icazəsini almadığından Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikililər üzərində hər hansı bir mülkiyyət hüququ tanına bilməz.

11. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsini, cavabdehin həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmasını, cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinə edilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Həmçinin iddiaçı həmin tələblə məhkəməyə müraciət etməsi ilə bağlı məhkəmə xərclərini də çəkmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsində həmin xərclərin cəm şəklində maddi ziyan olmasını göstərməsinə baxmayaraq iddiaçının vəkilinin izahatı, bununla bağlı ərizəsi, məhkəməyə təqdim edilmiş sənədlər nəzərə alınaraq məhkəmə 721,40 manat məbləğin maddi ziyan deyil, iddiaçının hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etməmişdən çəkmək məcburiyyətində qaldığı məhkəmə xərclərinin cəmi olmasını qəbul edir. İddiaçı cavabdehə qarşı qaldırdığı tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə edilən maneələrin aradan qaldırılması tələbində haqlı olduğundan həmin tələb üzrə çəkdiyi məhkəmə xərclərinin də cavabdehdən xeyrinə tutulmasını tələb etməkdə haqlıdır.

12. Şəki Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(075)-230/2022 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin edilmiş, Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən 22 sentyabr 2021ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindəki 8,50 metr sahəsinin 0,5 metr enində, 5,30 metr uzunluğunda olan hissəsində Cavabdeh tərəfindən tikilmiş mağazanın çöl yan divarı, həmçinin hündürlüyü 2,40 metr, sahəsi isə 2,72 kv/m olan (1,60m x 1,70m) yardımçı tikili olan ayaqyolunun Cavabdeh öz vəsaiti hesabına sökülməsi, Cavabdeh həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən 0,0136 ha torpaq sahəsindən İddiaçı edilən maneələrin aradan qaldırılması, Cavabdeh 100,40 manat dövlət rüsumu, 121 manat DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsinə ödənilmiş xərc, 500 manat vəkilə ödənilmiş xidmət haqqı olmaqla cəmi 721,40 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 50 manat ekspertiza xərcinin alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X4 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba, 300 manat mütəxəssis xərci isə alınıb X5-Kapital Bank ASC-nin Sahil filialındakı KOD 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ64AİİB40090 0C**********208 hesaba ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 170, 178 və 180-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

14. Mülki işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 22 sentyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən 51 kvadratmetrlik qeyri-yaşayış binası və 0,0136 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

15. İşdə olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı 10 noyabr 2021-ci il tarixli, 8396 nömrəli məktubundan görünür ki, İddiaçı DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciəti əsasında mülkiyyətində olan Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsində yerində baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Ölçü işləri aparılan zaman məlum olmuşdur ki, Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metri başqa vətəndaş tərəfindən zəbt olunmuş, həmçinin 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metrində başqa vətəndaş tərəfindən tikinti işləri aparılmış və ayaqyolu tikilmişdir.

16. İşdə olan eManat ödəmə terminalından götürülmüş 44582 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən DƏDRX-nin Şəki rayon şöbəsinə 120 manat vəsait ödənilmiş və ödəyicidən əlavə olaraq 1 manat komissiya haqqı tutulmuşdur.

17. İşdə olan X2 12 may 2022-ci il tarixli, 18 nömrəli mütəxəssis rəyindən görünür ki, naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatı zamanı İddiaçı mülkiyyətində olan Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən 0,0136 ha torpaq sahəsinin hər hansı bir hissəsinin cvabdeh Cavabdeh tərəfindən zəbt edilməməsi müəyyən olunmuşdur. Naturada aparılan tədqiqat işləri nəticəsində cvabdeh Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən 0,0126 ha torpaq sahəsi üzərində hər hansı bir tikinti işlərinin aparılmaması müəyyən olunmuşdur. Tədqiq olunan torpaq və tikili sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsi ilə tərtib olunan aeroplan və plan-sxemdə aydın şəkildə göstərilmişdir. Mütəxəssis tədqiqatının dəyəri 300 manat təşkil edir.

18. İşdə olan Şəki Regional Vəkil Bürosunun 14 oktyabr 2021-ci il tarixli, 403 nömrəli arayışından görünür ki, Vəkil1 ilə vətəndaş İddiaçı arasında 12 oktyabr 2021-ci il tarixli hüquqi yardım göstərilməsi barədə müqavilə imzalanmış və müqavilənin şərtlərinə görə vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 500 manat ödəniş edilmişdir.

19. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 14 iyul 2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyindən görünür ki, 24 iyun 2022-ci il tarixli, 2(075)-230/2022 saylı məktubun icrası ilə əlaqədar olaraq müvafiq rəyin təqdim edilməsi ilə bağlı qeyd olunan torpaq sahəsinə naturada baxış keçirilmiş və İddiaçı Çələbixan qəsəbəsində yerləşən qeyriyaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsi üzərində ölçü işləri aparılmışdır. Ölçü işləri aparılan zaman məlum olmuşdur ki, Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metrində başqa vətəndaş tərəfindən tikinti işləri aparılmış və ayaqyolu tikilmişdir.

20. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/687 nömrəli rəyindən görünür ki, mülki iş materiallarında olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfinən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, 8396 nömrəli məlumatına əsasən Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metri başqa vətəndaş tərəfindən zəbt olunmuş həmçinin 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metrində başqa vətəndaş tərəfindən tikinti işləri aparılmış və ayaqyolu tikilmişdir. Mübahisə predmeti olan ayaqyolu tikilisinin hündürlüyünün 2,40 metr, sahəsinin isə 2,72 kv.m olan (1.60m x 1.70m) yardımçı tikili olduğunu nəzərə alaraq həmin tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1 maddəsinin tələbinə uyğun inşa edildiyi müəyyən olunur.

21. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki rayonu Çələbixan qəsəbəsi ərazisində İddiaçı ilə qonşuluqda 46 kv/m torpaq sahəsi vardır. Həmin torpaq sahəsi o vaxtkı Şəki rayonu X6 tərəfindən Cavabdeh 30 il müddətinə icarəyə verilmiş və müqavilə halhazıradək qüvvədədir. O, 46 kv/m torpaq sahəsinə münasibətdə Şəki rayonu X6 ilə 30 il müddətinə icarə müqaviləsi bağlasa da həmin vaxt torpaq icarə müqaviləsinin qeydiyyata alınması ilə bağlı DƏDRX-nin Şəki ərazi İdarəsinə müraciət etməmişdir. Lakin 46 kv/m torpaq sahəsini icarəyə götürdükdən sonra həmin torpaq sahəsində 2005-ci ildə əvvəlcə 24 kv/m ölçüdə tikili inşa etmişdir. Sonrakı illərdə isə tikilinin həcmini genişləndirmiş və hazırda ona məxsus mağaza binası 40 kv/m ölçüdədir. İddiaçının mübahisə etdiyi ərazi daha öncədən ölçülərək və naturada tanıdılaraq cavabdehin istifadəsinə verilmiş, cavabdeh də ona ayrılan ərazidə tikinti işləri aparmışdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsi zəbt edilməmiş, əksinə qanunamüvafiq şəkildə öz istifadəsində olan ərazidə tikinti işləri aparılmışdır. Onun mağazasının yan divarı və ayaqyolu iddiaçının mülkiyyətində olan torpaq sahəsində deyil, onun özünə məxsus olan torpaq sahəsində inşa edilmişdir. İşdə müxtəlif təşkilatar tərəfindən ərazidə ölçmə işləri aparılmış və fərqli rəylər əldə edilmişdir ki, burada da ziddiyyətlər müəyyən edilmişdir. Məhkəmə bu halları ətraflı araşdırmamış, kompleks məhkəmə ekspertizası təyin etmədən düzgün olmayan nəticəyə gəlmişdir.

23. Ona görə də, Şəki Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(075)- 230/2022 saylı qətnaməsinin qismən - iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

26. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(075)-230/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tərəflər hər biri ayrı-ayrılıqda ayaqyolunun ölçülərinin 1.7x1.6 metr ilə 1.7x1.58 metr olmasının eyni tikili olması ilə razılaşdıqlarını bildirdilər.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinəəsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

30. Cavabdeh Şəki Rayon Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2(075)-230/2022 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi iddianı tam təmin etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

32. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

33. Hazırki iş üzrə X2 12 may 2022-ci il tarixli, 18 nömrəli rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/687 nömrəli rəyi arasında ziddiyyət olduğundan məhkəmə kollegiyası tərəfindən təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 28 aprel 2023-cü il tarixli 10/713 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri yaşayış binasının yerləşdiyi 0.0136 ha torpaq sahəsinin şərq tərəfindən 0.5 metrində başqa vətəndaş tərəfindən tikinti işləri aparılmış və eni 1.58 metr, uzunluğu isə 1.7 metr olan sanitar qovşaq inşa edilmişdir

34. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması və ona məxsus torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edildiyi yuxarıda göstərilənlərlə təsdiq edilmişdir.

35. Məhkəmə kollegyiası hesab edir ki, belə olan vəziyyətdə cavabdehin iddiaçıya məxsus torpaq sahəsində tikili inşa etməsi iddiaçının hüquqlarını pozur və bu baxımdan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.4-ci maddələri ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər (maddə 152.3). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4). Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.

36. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddia tələbini əsaslı saymış, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, eləcə də yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(075)-230/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE********** **********; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100 00********** SWİFT BİK CTREAZ 22).

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(075)-230/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********** **********; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100 00********** SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar