Məhkəmə qərarları › İş №2(105)-746/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-746/2024

18.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-746/2024 18.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e- 2(067)-45/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması, ona məxsus torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən tikilmiş tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına sökülməsi və kapital banka ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək hazırkı işin icraatının dayandırılmasını xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh1 ilə məhkəmədə iddia qaldıraraq “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Nümayəndə arasında ünvan 2 ünvanındakı ümumi sahəsi 36,4 kv.m. olan qeyri-yaşayış binasının altında yerləşən 340 kv.m. torpaq sahəsinə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 113 saylı müqavilənin qismən - ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 0.00519 ha torpaq sahəsi, ümumi sahəsi 41,7 kv.m. qeyri-yaşayış binası, habelə qanuni istifadəsində də olan 12.5 kv.m. torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, həmin hissəyə dair cavabdehlərin adına dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə” dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsi 2(067)1820/2023 saylı qətnaməsi ilə həmin iddia ərizəsini təmin etməyib. İddiaçı Cavabdeh1 2(067)-820/2023 saylı qətnamədən xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti verib. Bildirir ki, mülki iş üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün deyildir. Buna görə də hesab edir ki, iş üzrə icraat dayandırılmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2(067)-45/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Nümayəndə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə və alqı-satqı müqavilələrinin və qeydiyyatın qismən etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır (hakim Vüsalə Qasımova). Qərardaddan İddiaçı şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 01 fevral 2024cü il tarixli, 2(067)-45/2024 saylı qərardadının ləğv edərək işə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2(067)-45/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və orada tikili tikilmişdir. İddia tələbi məhkəməyə verilməmişdən qabaq və məhkəmənin icraatında olduğu dövrdə aparılmış araşdırılmalarda (cinayət işinin başlanılmasının rədd edilməsi qərarı, iş üzrə mütəxəssis rəyləri və ekspertiza rəyi) cavabdeh qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsini, orada tikili tikməsi aydın görünür. Cavabdeh işin baxılmasının yubadılması, iddiaçının məhkəmələrdə gəzməsi məqsədilə iddiaçıya qarşı əsassız olaraq məhkəmələrdə iddia qaldırmaqla məşğuldur. Bundan əvvəl cavabdeh Sumqayıt İnzibati Məhkəməsində hazırkı icraatında dayandırılmasında qeyd edilmiş tələblərə oxşar tələblərlə iddia qaldırmış, lakin Sumqayıt İnzibati Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadları ilə iddia tələbi mümkün sayılmamışdır. Bundan sonra iddiaçı Cavabdeh1 məhkəmədə iddia qaldıraraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Nümayəndə arasında ünvan 2 ünvanındakı ümumi sahəsi 36,4 kv.m. olan qeyri-yaşayış binasının altında yerləşən 340 kv.m. torpaq sahəsinə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 113 saylı müqavilənin qismən - ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 0.00519 ha torpaq sahəsi, ümumi sahəsi 41,7 kv.m. qeyri-yaşayış binası, habelə qanuni istifadəsində də olan 12.5 kv.m. torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, həmin hissəyə dair cavabdehlərin adına dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbinin heç bir hüquqi əsası olmamaqla bərabər, iddianın verilməsinin əsas səbəbi məhkəmələri və iddiaçını əsassız iddialarla yükləmək, iddiaçıya qarşı açıq şantaj üsüllarından istifadə etməkdir. Cavadbehin iddia tələbi məhkəmədə baxılaraq Xaçmaz Rayon Məhkəməsinin 2(067)1820/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Cavabdeh bundan sonra həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Hesab edir ki, İddiaçı iddiasına baxılmasının dayandırılması, onun məhkəməyə müraciət etmək hüququnun kobud surətdə pozuntusudur. Birincisi ona görə ki, cavabdeh apellyasiya şikayəti verdiyi Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hazırkı iddia tələbi ilə birbaşa heç bir bağlılığı yoxdur. İkincisi cavabdeh apellyasiya şikayətinin heç bir uğurluluq ehtimalı yoxdur. Belə olan halda cavabdehin uğurluluq ehtimalı olmayan əsassız iddialarla məhkəməyə müraciət edərək hazırkı işin icraatının dayandırması barədə ərizə verməsi hüququndan sui-istifadə olmaqla bərabər iddiaçının mülkiyyət hüququnun müdafiəsinin kobud surətdə pozuntusudur. Hazırkı halda cavabdeh özü də məhkəmələrdə qaldırdığı iddialarının əsassız olduğunu bilir, sadəcə olaraq vaxtı uzatmaqla nəyəsə nail olmaq ümidi ilə hazırkı iddia tələbləri ilə məhkəmələrə müraciət edir. Hər bir halda iddia tələblərinə məhkəmələrdə baxılmasının ağlabatan müddəti olmalıdır. Hazırkı halda iddiaçının mülkiyyət hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməsi, lakin bir il yarımdan çox olan müddətdə işə baxılması, hazırkı haldada, nə vaxt yekunlaşacağı bilinməyən iddia tələbi ilə bağlı icraatın dayandırlması iddiaçının Konstitusiya ilə təsbit olunmuş hüquqlarının birbaşa pozuntusudur. Hazırkı vəziyyətdə cavabdeh gündə bir əsassız iddia ilə məhkəməyə müraciət edərək hazırkı icraatın dayandırılması ilə bağlı məhkəməyə müraciət edəcəyi təqdirdə iddiaçının hüquqları necə olur, onu kim qoruyur. Hər bir halda hazırkı iş üzrə icraat dayandırılarkən apellyasiya şikayəti verilən iddianın əsaslı olub, olmaması, iddianın uğurluluq ehtimalı, dayandırılan iddia ilə apellyasiya şikayəti verilən iddianın hər hansı bir bağlılığının olub-olmaması, iddiaya baxılması dayandırılacağı halda iddiaçının hüquqlarının pozulub-pozulmaması, apellyasiya şikayəti verilən iddia ilə hazırkı iddianın dayandırılmasının mütənasibliyi araşdırılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə müəyyən etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Nümayəndə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə və alqı-satqı müqavilələrinin və qeydiyyatın qismən etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə icraatının nəticəsi hazırki işlə preyudisial əhəmiyyətli olduğundan bu işin icraatı dayandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılmasına dair gəldiyi nəticəni əsaslı sayır. Belə ki, hazırki işdən görünür ki, iddiaçı tələbində RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması, ona məxsus torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən tikilmiş tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına sökülməsi və kapital banka ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)- 1820/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 məhkəmədə iddia qaldıraraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Nümayəndə arasında ünvan 2 ünvanındakı ümumi sahəsi 36,4 kv.m. olan qeyri-yaşayış binasının altında yerləşən 340 kv.m. torpaq sahəsinə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 113 saylı müqavilənin qismən - ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 0.00519 ha torpaq sahəsi, ümumi sahəsi 41,7 kv.m. qeyri-yaşayış binası, habelə qanuni istifadəsində də olan 12.5 kv.m. torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, həmin hissəyə dair cavabdehlərin adına dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 2(105)-598/2024 nömrəli bildirişdən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Nümayəndə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə və alqı-satqı müqavilələrinin və qeydiyyatın qismən etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1820/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması 03 aprel 2024-cü il tarixdə, saat 15:30-a təyin edilmişdir. Göründüyü kimi qeyd edilən iş üzrə iddia ərizəsində hazırki iddianın əsasını təşkil edən ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsinə dair bağlanılmış xx.xx.2015ci il tarixli, 113 saylı müqavilənin qismən - ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 0.00519 ha torpaq sahəsi, ümumi sahəsi 41,7 kv.m. qeyriyaşayış binası, habelə qanuni istifadəsində də olan 12.5 kv.m. torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi, həmin hissəyə dair cavabdehlərin adına dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh iddianın əsasını təşkil edən torpaq sahəsi, onun üzərindəki qeyri-yaşayış binasının iddiaçının mülkiyyətinə keçməsinə əsas olmuş müqaviləni, mübahisə predmetinə dair iddiaçının adına olan reyestr qeydiyyatını mübahisələndirmişdir. Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş həmin müqavilənin, eləcə də dövlət reyestrindəki qeydiyyatın etibarsız hesab edilib-edilməsinə dair idda ərizəsinin nəticəsindən asılı olduğundan həmin işə baxılıq qurtaranadək hazırki işə baxıla bilməz. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək qeyd edir ki, qeyd edilən işin hazırki işə bağlılığının olmaması, cavabdeh həmin iş üzrə apellyasiya şikayətinin heç bir uğurluluq ehtimalının olmaması barədə dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir. Həmin dəlillər hazırki iş üzrə icraatın dayandırılmamasına əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələrdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2(067)-45/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2(067)-45/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar