Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4062/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4062/2023 (Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən çıxarılma, qanunsuz hərəkətlərə son qoyulması, qanunsuz tikilinin sökülməsi, işin faktiki hallarının müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması, onun tərəfindən tikilimiş tikilinin öz şəxsi vəsaiti hesabına sökülməsi, maneələrin aradan qaldırılması” tələbinə dair iddia üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2023-cü il tarixli 2(107)65/2023 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla
1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 22 sentyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən N yerləşən 51 kvadratmetrlik qeyri-yaşayış binası və 0,0136 ha torpaq sahəsi İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir.
2. DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı 10 noyabr 2021-ci il tarixli, 8396 nömrəli məktubundan görünür ki, İddiaçı DƏDRX-ni n 12 saylı Ərazi İdarəsinə müraciəti əsasında mülkiyyətində olan Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsində yerində baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Ölçü işləri aparılan zaman məlum olmuşdur ki, N yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metri başqa vətəndaş tərəfindən zəbt olunmuş, həmçinin 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metrində başqa vətəndaş tərəfindən tikinti işləri aparılmış və ayaqyolu tikilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində ol an Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən 0,0136 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, onun qanunsuz hərəkətlərinə son qoyulması, onun tərəfindən tikilmiş tikilinin onun öz şəxsi vəsaiti hesabına sökülməsi, tərəfindən olan maneələrin aradan qaldırılması və dəymiş maddi ziyanla bağlı 721,40 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə tərəfindən X5 MMC mütəxəssisləri cəlb edilməklə iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/687 nömrəli rəyində müəyyən edilmişdir ki, mülki iş materiallarında olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfinən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, 8396 nömrəli məlumatına ə sasən Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metri başqa vətəndaş tərəfindən zəbt olunmuş həmçinin 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metrində başqa vətəndaş tərəfindən tikinti işləri aparılmış və ayaqyolu tikilmişdir. Mübahisə predmeti olan ayaqyolu tikilisinin hündürlüyünün 2,40 metr, sahəsinin isə 2,72 kv.m olan (1.60m x 1.70m) yardımçı tikili olduğunu nəzərə alaraq həmin tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1 maddəsinin tələbinə uyğun inşa edildiyi müəyyən olunur.
5. X5 MMC-nin 12 may 2022-ci il tarixli, 18 nömrəli mütəxəssis rəyinə əsasən naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatı zamanı İddiaçı mülkiyyətin də olan Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən 0,0136 ha torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh tərəfindən zəbt edilməməsi müəyyən olunmuşdur. Naturada aparılan tədqiqat işləri nəticəsində Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən 0,0126 ha torpaq sahəsi üzərində hər hansı bir tikinti işlərinin aparılmaması müəyyən olunmuşdur. Tədqiq olunan torpaq və tikili sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsi ilə tərtib olunan aeroplan və plan-sxemdə aydın şəkildə göstərilmişdir. Mütəxəssis tədqiqatının dəyəri 300 manat təşkil edir.
6. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsindən mütəxəssis cəlb edilməsi qərara alınmış və həmin İdarənin 14 iy ul 2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyindən görünür ki, 24 iyun 2022-ci il tarixli, 2(075)-230/2022 saylı məktubun icrası ilə əlaqədar olaraq müvafiq rəyin təqdim edilməsi ilə bağlı qeyd olunan torpaq sahəsinə naturada baxış keçirilmiş və İddiaçı Çələbixan qəsəbəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsi üzərində ölçü işləri aparılmışdır. Ölçü işləri aparılan zaman məlum olmuşdur ki, Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metrində başqa vətəndaş tərəfindən tikinti işləri aparılmış və ayaqyolu tikilmişdir.
7. Bundan sonra, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə idia tələbinin dəqiqləşdirilməsi barədə ərizə t əqdim edərək Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindəki 8,50 metr sahəsinin 0,5 metr enində, 5,30 metr uzunluğunda olan hissəsində Cavabdeh tərəfindən tikilmiş mağazanın çöl yan divarı, həmçinin hündürlüyü 2,40 metr, sahəsi isə 2,72 kv/m olan (1,60m x 1,70m) yardımçı tikili olan ayaqyolunun cavabdehin öz vəsaiti hesabına sökülməsi, onun həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən 0,0136 ha torpaq sahəsindən iddiaçıya edilən maneələrin aradan qaldırılması və dəymiş maddi ziyanla bağlı 721,40 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Sonradan İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizə göndərərək iddi a ərizəsində 721,40 manat pul maddi ziyan kimi göstərilsə də həmin pulun 100,40 manatının iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu, 500 manatının hüquqların müdafiəsi ilə əlaqədar vəkilə ödənilmiş pul və 121 manatının isə DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət əsasında ödənilmiş vəsait olduğunu göstərmiş, ona görə də həmin 721,40 manat pulun qeyd etdiyi xərclər olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
9. İddiaçı movgeyini belə əsaslandırmişdır ki, Cavabdeh inşa etdiyi qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə qonşuluqda yerləşir. Cavabdeh İddiaçı mülkiyyətində olan Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən 0.0136 ha torpaq sahəsinə qanunsuz daxil olmuş, həmin torpaq sahəsinin şərq tərəfindəki 8,50 metr sahəsinin 0,5 metr enində, 5,30 metr uzunluğunda olan hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş mağazanın çöl yan divarı iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,5 metr hissəsində yerləşir. Cavabdeh bununla kifayətlənməyərək iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbtini davam etdirmiş və iddiaçının mülkiyyətində olan 0.0136 ha torpaq sahəsinin şərq tərəfində iddiaçının heç bir icazəsini almadan hündürlüyü 2,40 metr, sahəsi isə 2,72 kv/m olan (1,60m x 1,70m) yardımçı tikili olan ayaqyolu inşa etdirmişdir.
10. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun Şəki rayonu Çələbixan qəsəbəsi ərazisində İddiaçı ilə qonşuluqda 46 kv/m torpaq sahəsi vardır. Həmin torpaq sahəsi o vaxtkı Şəki rayonu X3 tərəfindən ona 30 il müddətinə icarəy ə verilmişdir. O, 46 kv/m torpaq sahəsinə münasibətdə Şəki rayonu X3 ilə 30 il müddətinə icarə müqaviləsi bağlasa da, həmin vaxt torpaq icarə müqaviləsinin qeydiyyata alınması ilə bağlı DƏDRX-nin Şəki ərazi İdarəsinə müraciət etməmişdir. Lakin 46 kv/m torpaq sahəsini icarəyə götürdükdən sonra həmin torpaq sahəsində 2005-ci ildə əvvəlcə 24 kv/m ölçüdə tikili inşa etmişdir. Sonrakı illərdə isə tikilinin həcmini genişləndirmiş və hazırda ona məxsus mağaza binası 40 kv/m ölçüdədir. Həmçinin o, 2019-2020-ci illərdə özünə məxsus mağaza binasına bitişik şəkildə ayaqyolu inşa etmişdir. Onun bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı sənədlər DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşı tərəfindən 2019-cu ildə sənədlərin hazırlanması adı ilə ondan götürülmüş, lakin hələ də ona qaytarılm amışdır. İddiaçının mübahisələndirdiyi ayaqyolu isə onun tərəfindən 2019-2020-ci illərdə inşa etdirilmişdir. Hazırda özünə məxsus torpaq sahəsi və mağaza tikilisi ilə bağlı məhkəməyə təqdim edə biləcək sənədi yoxdur. Buna baxmayaraq İddiaçı tərəfindən onunla qonşuluqdakı tikili onun öz tikilisini inşa etdirməsindən sonra inşa etdirilmişdir. Həmçinin onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsi zəbt edilməmişdir. Hesab edir ki, onun mağazasının yan divarı və ayaqyolu iddiaçının mülkiyyətində olan torpaq sahəsində deyil, onun özünə məxsus olan torpaq sahəsində inşa edilmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
11. Şəki Rayon Məhkəməsi (bundan sonra birinci instansiya məhkəməsi) (hakim X4) 2(075)-230/2022 saylı iş üzrə xx. xx.2022-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən 22 sentyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindəki 8,50 metr sahəsinin 0,5 metr enində, 5,30 metr uzunluğunda olan hissəsində Cavabdeh tərəfindən tikilmiş mağazanın çöl yan divarı, həmçinin hündürlüyü 2,40 metr, sahəsi isə 2,72 kv/m olan (1,60m x 1,70m) yardımçı tikili olan ayaqyolu Cavabdeh öz vəsaiti hesabına sökülsün. Cavabdeh həmin torpaq sahəsindən məcburi qaydada çıxarılsın və Cavabdeh oğlu tərəfindən 0,0136 ha torpaq sahəsindən İddiaçı edilən maneələr aradan qaldırılması və Cavabdeh 100,40 manat dö vlət rüsumu, 121 manat DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsinə ödənilmiş xərc, 500 manat vəkilə ödənilmiş xidmət haqqı olmaqla cəmi 721,40 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş tikiliyə, tikilinin yerləşdiyi torpaq sahəsinin ona aidiyyətinin olmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim edilməməklə yanaşı məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edilməklə mübahisələndirilən tikinti işlərinin aparılması müəyyən edilmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində tikinti işləri aparılarkən bununla bağlı iddiaçıdan hər hansı bir icazə alınmamışdır. Cavabdeh idd iaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərini apararkən bununla bağlı İddiaçı hər hansı bir icazəsini almadığından Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikililər üzərində hər hansı bir mülkiyyət hüququ tanına bilməz. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsini, cavabdehin həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmasını, cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinə edilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Həmçinin iddiaçı həmin tələblə məhkəməyə müraciət etməsi ilə bağlı məhkəmə xərclərini də çəkmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsində həmin xərclərin cəm şəklində maddi ziyan olmasın ı göstərməsinə baxmayaraq iddiaçının vəkilinin izahatı, bununla bağlı ərizəsi, məhkəməyə təqdim edilmiş sənədlər nəzərə alınaraq məhkəmə 721,40 manat məbləğin maddi ziyan deyil, iddiaçının hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etməmişdən çəkmək məcburiyyətində qaldığı məhkəmə xərclərinin cəmi olmasını qəbul edir. İddiaçı cavabdehə qarşı qaldırdığı tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə edilən maneələrin aradan qaldırılması tələbində haqlı olduğundan həmin tələb üzrə çəkdiyi məhkəmə xərclərinin də cavabdehdən xeyrinə tutulmasını tələb etməkdə haqlıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4,170.1, 178.1, 178.2, 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 115.0.1,119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(075)- 230/2022 saylı qətnaməsinin qismən - iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Hazırki iş üzrə X1 12 may 2022-ci il tarixli, 18 nömrəli rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/687 nömrəli rəyi arasında ziddiyyət olduğundan məhkəmə kollegiyası tərəfindən təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir.
16. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 28 aprel 2023-cü il tarixli 10/713 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri yaşayış binasının yerləşdiyi 0.0136 ha torpaq sahəsinin şərq tərəfindən 0.5 metrində başqa vətəndaş tərəfindən tikinti işləri aparılmış və eni 1.58 metr, uzunluğu isə 1.7 metr olan sanitar qovşaq inşa edilmişdir
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər-X2 (sədrliyi və məruzəsi ilə), hakimlər X7 və X6) xx.xx.2023-ci il tarixli 2(107)-65/2023 saylı qətnaməsi ilə, cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətin təmin edilməmişdir v ə iş üzrə Şəki Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(075)-230/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılması qət edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması və ona məxsus torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edildiyi işin faktiki halları və ekspert rəyi ilə təsdiq edilir. Belə olan vəziyyətdə cavabdehin iddiaçıya məxsus torpaq sahəsində tikili inşa etməsi iddiaçının hüquqlarını pozur və bu baxımdan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.4-ci maddələri ilə əsaslandırmışdır.
19. Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Mülki Məcəlləsi 139.1, 139.3, 140, 146.1-146.2, 152.1, 152. 5, 157.2, 157.4, 170.1, 178.1.,178.2, 180.1,180.2180.3,180.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci və 9.3, 14.2, 77.1, 88, 117.1,119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkil) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il, İş № 2(107)-65/2023 saylı qətnaməsinin ləğv edilməsinə, işin yeni Apellyasiya baxışına göndərilməsinə dair məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normaalarını pozmuşdur. Bildirilib ki, iddiaçı torpaq sahəsinin şərq tərəfindən 0,5 metr hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini, həmçinin torpaq sahəsinin şərq tərəfindəki his səsində onun icazəsi olmadan, qanunsuz olaraq ayaqyolu inşa edildiyini göstərərək həmin tikililərin sökülməsini, torpaq sahəsinin qeyri-qanuni zəbtdən azad edilməsini istəmişdir. Lakin onun tikilisi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşmədiyi, tikilinin öz torpaq sahəsində yerləşməsini dəfələrlə qeyd edərək iddianı qəbul etməmişdir. X1 xx.xx.2022-ci il tarixli 18 nömrəli mütəxəssis rəyi ilə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsinin zəbt edilməməsi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 12 iyul 2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyi və ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli 10/687 nömrəli ekspert rəyi ilə birinc i verilmiş mütəxəssis rəyi təkzib edilmişdir. Məhkəmə ikinci rəyi əsaslı hesab etmişdir. Cavabdeh qeyd olunan ekspertiza rəyi ilə razı deyil. Müstəqil mütəxəssis rəyi ilə sonda qəbul edilən ekspert rəyi ciddi ziddiyyət təşkil edir. Məhkəmə bu anlaşılmazlığı aydınlaşdırmaq üçün cavabdehin istədiyini əlavə ekspertizan təmin etməli idi. Ancaq onunla bağlı münasibətlər qeyriobyektiv olaraq qiymətləndirildi. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Belə ki, mübahisəyə çəkişmə, tərəflərin bərbarəliyi və faktlar əsasında baxmadı. Nəticə etibarı ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin başlama və bitmə nöqtəsi müəyyən olunmadı. Bununlada zəhməti hesabına tikdirdiyi əmlakının sökülməsi məsələsi ortaya qoyuldu. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə e kspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertərə tapşırılmaqla, təkrar ekspertiza təyin edə bilər. İşdə iki ziddiyyətli, bir-birinə tam əks olan iki rəy var. Məhkəmə bütün bunları etmədi. Nəticədə birtərəfli, qərəzli, ədalətsiz qərar qəbul etməklə əmlakımın bir hissəsinin sökülməsi qərarına gəldi.
21. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1-139.3,146.1-146.2-ci maddələrinə, AR MPM-nın 9.1, 9.2, 88, 102-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətlərinə qarşı etir az daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 24. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 25. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 26. 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahə nin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. 27. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 28. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
37. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razı laşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
38. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanun un tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. assasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının mülki yyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindəki 8,50 metr sahəsinin 0,5 metr enində, 5,30 metr uzunluğunda olan hissəsində Cavabdeh tərəfindən tikilmiş mağazanın çöl yan divarı, həmçinin hündürlüyü 2,40 metr, sahəsi isə 2,72 kv/m olan (1,60m x 1,70m) yardımçı tikili olan ayaqyolunun cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə nəticəsi işin tam araşdırılmış hallarına uyğun olmamış, ekspert rəylərinə düzgün qiymət verilməmişdir.
44. Belə ki, iş üzrə keçirilmiş ekspert rəyi, həmçinin alınmış mütəxəssis rəylərində cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 50 sm enində zəbt etdiyi, həmçinin zəbt edilmiş torpaq sahəsində ölçüləri 1,60m x 1,70m olan ayaqyolu tikintisinin inşa edildiyi göstərilmişdir.
45. İlk növbədə qeyd edilməlidir ki, bu rəylərin heç birində cavabdehə məxsus mağazanın çöl yan divarının iddiaçıya məxsus torpaq sahəsində inşa edildiyi müəyyən edilməmişdir. Həmçinin istinad edilən iddiaçıya məxsus torpaq sahəsinin eni 50 sm hissəsinin zəbt edilməklə inşa edilmiş ayaqyolu tikilisinin eninin 1,6 metr olması və mağazanın çöl yan divarına bitişik inşa edilməsi nəzərə alınarsa, zəbt edilmiş eni 50 cm torpaq sahəsi çıxıldıqdan sonra mağazanın çöl yan divarına qədər məsafə 1,1 metr təşkil etməlidir. Belə olan halda, həm mağazanın çöl yan divarının, həm də ayaqyolu tikilisinin 50cm zəbt edilmiş torpaq sahəsində yerləşməsi mümkün deyildir.
46. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi barədədir və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2., 172.3, 173.3-cü madd ələri təşkil edir.
47. Məhkəmə qeyd edirki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmi ş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər.
48. Məhkəmə kollegiyası hesab edir ki, zəbt edilən torpaq sahəsinin eninin 50 sm olmasını nəzərə alaraq apellyasiya məhkəməsi bu iddianı Mülki Məcəllənin 157.2-ci maddəsi ilə yanaşı 173.3-cü maddənin tələbləri baxımından da qiymətləndirməli, cavabdeh tərəfindən ayaqyolu tikilisi inşa edilərkən iddiaçının torpaq sahəsinin sərhədlərini qərəzli pozub-pozmaması, iddiaçınnı tikili aparılarkən buna etiraz edibetməməsi, bu tikilinin zəruriliyi baxımından işin faktiki hallarına qiymət verilməlidir.
49. Məhkəmə kollegiyası kassasiya şika yətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
50. Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
51. Hər kəsin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir.
52. Əd alətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.
53. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsa sən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır.
55. Ona görə də qətnamə ləğv edilməli, iş yeni baxışa göndərilməli, kassasiya şiayəti təmin edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2023-cü il tarixli 2(107)65/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.