Məhkəmə qərarları › İş №2(017)-849/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-849/2024

08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-849/2024 08.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Agcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı oğlnun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 30 iyul 2022-ci il tarixdə Cavabdeh ondan 4500 manat məbləğində 7 ton 150 klq taxılı nisyə almış, iki gün müddətində pulunu ödəyəcəyinə dair söz versə də, pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Dəfələrlə cavabdehin evinə gedib pulunu tələb etsə də, hər hansı nəticəsi olmamışdır. İddia ərizəsinə əlavə etdiyi diskdəki səs yazılarında görünür ki, cavabdeh atası Rasim Hüseynovla çoxsaylı danışıqlar aparmış, müxtəlif vədlər vermiş, lakin heç bir vədini yerinə yetirməmişdir. Bununla bağlı Ağcabədi rayon Polis şöbəsinə və Ağcabədi rayon Prokurorluğuna şikayətlər vermiş olsa da, cavabdehi gətirmək və izahatını almaq mümkün olmamışdır. Araşdıma ilə bağlı Ağcabədi rayon Prokurorluğu və Ağcabədi rayon polis şöbəsi tərəfindən 11 noyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və polis şöbəsi tərəfindən müraciətlərinin mülki xarakterli olması ilə əlaqədar onlara məhkəməyə müraciət etməsinin tövsiyyə olunmasını göstərib, məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyirinə 4500 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavbdeh Cavabdeh öz aralarında 1 kilaqramı 61 qəpikdən razılaşaraq 4500 manat dəyərində 7 ton 150 klq çəkidə nisiyə taxıl satmışdır. Cavabdeh hazırkı vaxtadək ona olan borcundan ödəniş etməmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 4500 manat borc pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən 02 mart 2011-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, cavabdeh iddiaçı Hüseynov X1 rayonu, Əmirallar kəndindən məcburi köçkün olmuşdur. İş materiallarında olan Ağcabədi rayon PŞ-nin cinayət işi başlanmasının rədd edilməsi barədə 11 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı nisiyə 4500 manat dəyərində 7 ton, 150 klq taxıl almış və hazırkı vaxtadək cavabdeh tərəfindən ödəniş olunmamışdır. Bununla bağlı rayon PŞ-də araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində iddiaçının tələbi mülki tələb olduğu və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. İş materiallarında olan Ağcabədi rayon Prokurorluğunun 19 may 2023-cü il tarixli məktundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh ondan nisiyə 4500 manat dəyərində 7 ton, 150 klq taxıl alması və hazırkı vaxtadək cavabdeh tərəfindən ödəniş olunmaması barədə müraciət olunmuş, bununla bağlı iddiaçının tələbi mülki tələb olduğu və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. İş materiallarında olan diskdəki səs yazılarından görünür ki, iddiaçının atası Rasim Hüseynovla Cavabdeh arasında telefon vasitəsilə mübahisəli məsələ ilə bağlı, həmçinin Cavabdeh tərəfindən borcun qaytracağı barədə vədlərin verilməsi və möhlət istəməsi ilə bağlı danışıqlar aparılmışdır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh aralarında olan şifahi razılaşma əsasında 4500 manata qiymətləşərək, 7 ton 150 klq taxıl nisyə satılmış, cavabdeh tərəfindən həmin məbləğdən heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdeh tərəfindən bu günədək iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əməl edilməmiş və iddiaçıya nisyə satılmış 7 ton 150 klq taxılın 4500 manat dəyərindən bu günədək qaytarılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 65 manat dövlət rüsumu iddiaçının məcburi köçkün kimi rüsumdan azad olması nəzərə alınmaqla həmin məbləğ də cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh nisyə satılmış 7 ton 150 klq taxıla görə cavabdehin 4500 manat məbləğində borc öhdəliyi yaranmış, lakin Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində borc pul tutularaq İddiaçı xeyirinə ödənilsin. Cavabdeh 65 manat dövlət rüsumu tutularaq Hökümət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar