Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-869/2025 02.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 və Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, anası X4 xx.xx.2002ci il tarixdə Ağcabədi şəhərində vəfat etmiş və Ağcabədi şəhər qəbiristanlığında dəfn edilmişdir. Anasının qəbir daşının üzərində doğulduğu və dəfn olunduğu tarix göstərilmişdir. X3 ölüm haqqında sənədi olmadığı üçün ondan qalan mirası sənədləşdirmək mümkün olmamışdır. Qeydiyyat şöbəsinə müraciət olunmuş, lakin həkim arayışı olmadığına görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də X3 xx.xx.2002-ci il tarixdə Ağcabədi şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərdi ki, ərizəçi onun əmisi oğludur. X4 ərizəçinin anası olmuş, xx.xx.2002-ci il tarixdə Ağcabədi şəhərində vəfat etmiş, şəhər qəbiristanlığında dəfn edilmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X5 şahid X9 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd təqdim edilmədiyi üçün X3 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş 160 nömrəli doğum və xx.xx.1976-cı il tarixli 01 nömrəli nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, X1 15 iyun 1954-cü il tarixdə anadan olmuş, nikaha daxil olduqdan sonra Abbasova soyadını qəbul etmişdir. İş materiallarına əlavə olunmuş AZ-T 279222 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Amil Sovet oğlunun anasıdır. İş materiallarına əlavə olunmuş və Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X4 xx.xx.2002-ci il tarixdə Ağcabədi şəhərində vəfat etmiş, Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 15 iyun 1954-cü il tarixdə anadan olmuş X4 xx.xx.2002-ci il tarixdə Ağcabədi şəhərində vəfat etmiş və Ağcabədi şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, X3 xx.xx.2002-ci il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 iyun 1954-cü il tarixdə anadan olmuş X3 xx.xx.2002-ci il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-869/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-869/2025
02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver