Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-870/2025 20.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, İddiaçı və Cavabdeh Mehdi qızının iştirakı ilə İddiaçı Cavabdeh Mehdi qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Mehdi qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4500 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, 2022-ci ildə həyat yoldaşı X3 iştirakı ilə onun kurs yoldaşı Yasəmənin vasitəsilə Cavabdeh Mehdi qızı ilə tanış olmuşdur. Cavabdeh onlara söz vermişdir ki, həyat yoldaşı X7 xəstəxanaya işə düzəlməsinə kömək edə bilər. Bunun üçün 4500 manat pul lazımdır. 2023-cü ilin yanvar ayının 1-də video çəkilişlə evində Cəmiləyə 1000 manat pul vermişdir. Sonuncu bu işdə onu tanımağı, yanvar ayının 20-də iş düzələndə hesablaşacaqlarını demişdir. Zəng vurub işi soruşanda Cəmilə bir az iş ləngidiyini və əlavə pul lazım olacağını dedikdə hazırda onun pulu olmadığını demişdir. Buna baxmayaraq 500 manat tapıb Cəmilənin işlətdiyi ətriyyat dükanında ona vermişdir. Əlavə olaraq həyat yoldaşı Təranə isə Cəmiləyə iş yerində 1000 manat pul vermişdir. Ümumilikdə Cəmiləyə 2500 manat pul verilmişdir. Qalan 2000 manatı isə iş düzələndən sonra verilməli idi. Cəmilə ona bildirdi ki, pulları X4 verib. Bundan sonra Rüstəmlə danışmış, sonuncu 2500 manatı aldığını bildirmişdir. X2 barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işi üzrə X8 onun 2500 manat pulunu mənimsədiyi müəyyən edilmişdir. Amma pulu Cəmiləyə verdiyinə görə ondan da tələb edir. Bu işdə ziyana düşmüşdür. Ona görə də Cavabdeh Mehdi qızından 4500 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh Mehdi qızı iddianı qəbul etmədi və izahatında göstərdi ki, Ağcabədi şəhərində ətriyyat mağazası işlədir. Ramilin arvadı Təranə hərdən mağazaya gəlib ondan ətir almış, onunla tanışlığı başlamışdır. Özünün bir nəfər şəxs vasitəsilə işə düzəlməsi barədə Təranəyə söhbət etmiş, sonuncu da xəstəxanada işə düzəlməkdə ona köməklik edilməsini xahiş etmişdir. Bu barədə onun iş məsələsini həll edən Rüstəmə danışmış, Rüstəm isə heç bir problem olmadığını demişdir. Rüstəm Təranənin işini düzəltmək üçün ilkin olaraq 1000 manat pul istəmiş, Təranəyə həmin pulu gətirməyi demiş, xx.xx.2023-cü il tarixdə Təranə əri Ramillə birlikdə gəlib 1000 manatı vermiş, həmin gün pulu Rüstəmə vermişdir. xx.xx.2023-cü il tarixdə Rüstəm əmrin verilməsi üçün 500 manat verilməli olduğunu demiş, Təranəyə bu barədə bildirmiş, həmin gün Ramil 500 manat ona vermiş, mağazada 500 manat pulu Rüstəmə vermişdir. xx.xx.2023-cü il tarixdə Rüstəm Təranənin əmrinin verildiyini deyib, yaxın günlərdə işə çıxacağını, ona görə də əlavə 1000 manat istəmiş, Təranəyə bu barədə demiş, həmin gün Təranə mağazaya gəlib 1000 manat vermiş, həmin gün 1000 manatı Rüstəmə vermişdir. Təranədən aldığı cəmi 2500 manat pulu Rüstəmə vermişdir. Sonradan məlum olmuşdur ki, X8 işə düzəltmək adı ilə neçə nəfər adamları, o cümlədən onu və Ramili aldadıb pulunu mənimsəmişdir. Onun barəsində olan cinayət işi üzrə həm özü, həm də İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı özü də bilmişdir ki, onun verdiyi pullar, yəni 2500 manat pul Rüstəm Hüseynova çatmış və sonuncu tərəfindən mənimsənilmişdir. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinin tələbinə görə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmədə sübut etmə yükünü daşıyan İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İş materiallarına əlavə olunmuş hökmün surətindən görünür ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə X8 CM-nin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə İddiaçı və Cavabdeh Mehdi qızı zərərçəkmiş şəxs qismində tanınmışlar. Məhkəmədə cinayət işinə baxılarkən İddiaçı zərərçəkmiş şəxs qismində ifadə vermişdir. İddiaçı həmin ifadəsində göstərmişdir ki, o, X5 Cavabdeh Mehdi qızı vasitəsilə tanımışdır. X1 işə düzəltmək istəmiş, xx.xx.2022-ci il tarixdə Təranə Cəmilənin nömrəsini alıb danışmış və Cəmilə bir tanışı vasitəsilə Təranəni Ağcabədi rayon Mərkəzi Xəstəxanasının kadrlar şöbəsinə işə düzəldə biləcəyini demişdir. Cəmilə iş üçün 4500 manat pul verməyi demiş, həmin pulun 2500 manatını əvvəlcədən, qalan 2000 manatını isə işə düzəldikdən sonra verməyi demiş, o, da razılaşmışdır. xx.xx.2023-cü il tarixdə 1000 manat pul düzəldib Təranə ilə birlikdə Cəmilənin evinə getmiş, 1000 manat pulu vermiş, xx.xx.2023-cü il tarixdə 500 manatı da düzəldib Cəmilənin işlədiyi ətriyyat mağazasına getmiş və 500 manat pulu orada Cəmiləyə vermişdir. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə qalan 1000 manatı Təranə aparıb Cəmiləyə ətriyyat mağazasında vermiş, onlar ümumilikdə Cəmiləyə 2500 manat pul vermişdir. Həmin vaxt Cəmilə işin X6 düzəltdiyini və pulu da Rüstəmə verdiyini demişdir. O, Rüstəmlə danışıb xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Ağcabədi rayon Mərkəzi Xəstəxanasının qarşısında görüşmüş, Rüstəm ona Təranənin xx.xx.2023-cü il tarixdə işə çıxacağını demiş, xx.xx.2023-cü il tarixdə Rüstəmə zəng etmiş, lakin Rüstəm cavab verməmişdir. Rüstəm Təranənin işini düzəltməmiş və pulu da geri qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs Rüstəm Hacıyev onun pulunu qaytarmamışdır. Ona görə də Rüstəm Hacıyevə qanuna müvafiq cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar cavabdeh tərəfindən etiraf edilməmiş və digər mötəbər sübutlarla təsdiqini tapmamışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığı hallarda, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işləri üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı bir sıra qərarlarında Avropa Məhkəməsinin hüquqi mövqeyinə oxşar mövqelər formalaşdırmışdır. Belə ki, E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbində göstərilən dəlillər əsassızdır və heç bir sübutla təsdiq olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Mehdi qızına qarşı 4500 manat borc tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh Mehdi qızına qarşı 4500 manat pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-870/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-870/2025
20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver