Məhkəmə qərarları › İş №2(017)-9/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-9/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-9/2023 13.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi X1, İddiaçı4, İddiaçı6 və Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət yolu ilə vurulmuş zərərə görə Cavabdeh İddiaçı1 xeyrinə 7000 manat məbləğində pulun, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 50 manat pulun; İddiaçı2 xeyrinə 20000 manat məbləğində pulun, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 150 manat pulun; İddiaçı3 xeyrinə 5100 manat (3000 ABŞ dolları) məbləğində pulun, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 75 manat pulun; İddiaçı4 xeyrinə 20000 manat məbləğində pulun, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 160 manat pulun; İddiaçı5 xeyrinə 5000 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 34 manat pulun; İddiaçı6 xeyrinə 12000 manat məbləğində pulun alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin oktyabr ayında Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı1 7000 manat məbləğində pul alaraq qızıl məmulatı adı ilə üzərinə qızıl suyu çəkilmiş mis ərintisindən hazırlanmış əşyaları ona satmışdır. İddiaçı1 2019-cu ilin yanvar ayında həmin əşyaların qızıl olmadığını bilmiş və mağazada onun özünə qaytarıb verdiyi pulunu geri istəmiş, cavabdeh həmin əşyaları götürüb əvəzində həqiqi qızıl məmulatını verəcəyini vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 7000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla İddiaçı1 qarşı dələduzluq etmişdir. Bundan başqa Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin sentyabr ayında Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı2 10000 manat məbləğində nağd şəkildə almaqla, 10000 manat isə borclu olduğu pulun müqabilində qızıl məmulatı adı ilə üzərinə qızıl suyu çəkilmiş mis ərintisindən hazırlanmış əşyaları ona satmışdır. İddiaçı2 2018-ci ilin oktyabr ayında həmin əşyaların qızıl olmadığını bilmiş və mağazada onun özünə qaytarıb verdiyi pulunu geri istəmiş, cavabdeh həmin əşyaları götürüb əvəzində həqiqi qızıl məmulatını verəcəyini vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla İddiaçı2 qarşı dələduzluq etmişdir. Bundan başqa Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin fevral ayında Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı3 3000 ABŞ dolları alıb 196000 rus rubluna dəyişəcəyini vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan suiistifadə etmə və aldatma yolu ilə 3000 ABŞ dolları (5100 manat) məbləğində maddi ziyan vurmaqla İddiaçı3 qarşı dələduzluq etmişdir. Həmin hərəkətlərinə görə Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq olunaraq təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsindən azad edilmiş, Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh nə istintaq dövründə nə də ki, ondan sonrakı dövrlərdə cinayət yolu ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vurduğu maddi zərəri qaytarmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ondan pulunu tələb etsələr də bu günə kimi qaytarmamışdır. Ona görə də cinayət yolu ilə vurulmuş zərərə görə Cavabdeh İddiaçı1 xeyrinə 7000 manat məbləğində pulun, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 50 manat pulun; İddiaçı2 xeyrinə 20000 manat məbləğində pulun, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 150 manat pulun; İddiaçı3 xeyrinə 5100 manat (3000 ABŞ dolları) məbləğində pulun, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 75 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin əvvəllərində Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında onunla görüşərək razılığa gəlmişlər ki, 20000 manat pul verəcəyi təqdirdə qızıl-zinət əşyalarını alıb sataraq əldə edəcəyi gəliri onunla yarı böləcəkdir. Həmin vaxt Cavabdeh 10000 manat 15 gün sonra isə 10000 manat olmaqla cəmi 20000 manat məbləğində pul vermişdir. Lakin Cavabdeh verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Cavabdeh nə istintaq dövründə nə də ki, ondan sonrakı dövrlərdə cinayət yolu ilə ona vurduğu maddi zərəri qaytarmamışdır. Ondan pulunu tələb etsə də bu günə kimi qaytarmamışdır. Ona görə də Cavabdeh 20000 manat maddi zərərin, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 160 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı6 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin aprel ayında Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında ona 15000 manat dəyərində saxta qızıl-zinət əşyaları satmışdır. 2019-cu ilin təxminən iyun-iyul ayında həmin əşyaların saxta olmasını bilərək həmin mağazada onun özünə qaytarıb verdiyi pulunu geri istəmiş, cavabdeh həmin əşyaları götürüb aldığı pulu qaytaracağını vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 15000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. İbtidai istintaq dövründə cavabdeh ona nağd şəkildə 3000 manat, məhkəmə ərəfəsində isə 330 manat qaytarmışdır. Ona görə də Cavabdeh 12000 manat maddi zərərin əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı5 məhkəməyə göndərdiyi ərizədən görünür ki, üzrlü səbəbdən məhkəməyə gələ bilmir, iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və verdiyi izahatında göstərdi ki, Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmlə razılaşmadığına görə hökmdən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq olunaraq təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsindən azad edilmiş, Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı ilə də razılaşmamış və kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bütün bunlara baxmayaraq bir daha bildirir ki, onun tərəfindən iddiaçılara hər hansı bir zərər vurulmamışdır. Bu səbəbdən də nə istintaq nə də ki, sonrakı dövrlərdə onlara heç bir ödəniş etməmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh qarşı “pul” tələbinə dair iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 iddiaları təmin, iddiaçılar İddiaçı3 və İddiaçı6 iddiası isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 27 oktyabr 2021-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin oktyabr ayında Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı1 7000 manat məbləğində pul alaraq qızıl məmulatı adı ilə üzərinə qızıl suyu çəkilmiş mis ərintisindən hazırlanmış əşyaları ona satmışdır. İddiaçı1 2019-cu ilin yanvar ayında həmin əşyaların qızıl olmadığını bilmiş və mağazada onun özünə qaytarıb verdiyi pulunu geri istəmiş, cavabdeh həmin əşyaları götürüb əvəzində həqiqi qızıl məmulatını verəcəyini vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 7000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla İddiaçı1 qarşı dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2018ci ilin sentyabr ayında Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı2 10000 manat məbləğində nağd şəkildə almaqla, 10000 manat isə borclu olduğu pulun müqabilində qızıl məmulatı adı ilə üzərinə qızıl suyu çəkilmiş mis ərintisindən hazırlanmış əşyaları ona satmışdır. İddiaçı2 2018-ci ilin oktyabr ayında həmin əşyaların qızıl olmadığını bilmiş və mağazada onun özünə qaytarıb verdiyi pulunu geri istəmiş, cavabdeh həmin əşyaları götürüb əvəzində həqiqi qızıl məmulatını verəcəyini vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla İddiaçı2 qarşı dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin fevral ayında Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı3 3000 ABŞ dolları alıb 196000 Rus rubluna dəyişəcəyini vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 3000 ABŞ dolları (5100 manat) məbləğində maddi ziyan vurmaqla İddiaçı3 qarşı dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin əvvəllərində Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı4 ilə görüşərək razılığa gəlmişlər ki, 20000 manat pul verəcəyi təqdirdə qızıl-zinət əşyalarını alıb sataraq əldə edəcəyi gəliri onunla yarı böləcəkdir. Həmin vaxt Cavabdeh 10000 manat, 15 gün sonra isə 10000 manat olmaqla cəmi 20000 manat məbləğində nağd pul vəsaiti vermişdir. Lakin Cavabdeh verdiyi vədi yerinə yetirməyərək etibardan suiistifadə etmə və aldatma yolu ilə 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla İddiaçı4 qarşı dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin əvvəllərində Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı5 20000 Rus publu alıb 5000 Azərbaycan manatına dəyişəcəyini vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 5000 manat məbləğində maddi ziyan vurmaqla İddiaçı5 qarşı dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin aprel ayında Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı6 15000 manat dəyərində saxta qızıl-zinət əşyaları satmış, sonuncu 2019-cu ilin təxminən iyun-iyul ayında həmin əşyaların saxta olmasını bilərək həmin mağazada onun özünə qaytarıb verdiyi pulunu geri istəmiş, cavabdeh həmin əşyaları götürüb aldığı pulu qaytaracağını vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 15000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Ona görə də Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq olunaraq təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsindən azad edilmiş, Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 17 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 179.4-ü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli. 07 nömrəli qərarının 2-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən olundu ki, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin oktyabr ayında Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı1 7000 manat məbləğində pul alaraq qızıl məmulatı adı ilə üzərinə qızıl suyu çəkilmiş mis ərintisindən hazırlanmış əşyaları ona satmışdır. İddiaçı1 2019-cu ilin yanvar ayında həmin əşyaların qızıl olmadığını bilmiş və mağazada onun özünə qaytarıb verdiyi pulunu geri istəmiş, cavabdeh həmin əşyaları götürüb əvəzində həqiqi qızıl məmulatını verəcəyini vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 7000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla İddiaçı1 qarşı dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2018ci ilin sentyabr ayında Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı2 10000 manat məbləğində nağd şəkildə almaqla, 10000 manat isə borclu olduğu pulun müqabilində qızıl məmulatı adı ilə üzərinə qızıl suyu çəkilmiş mis ərintisindən hazırlanmış əşyaları ona satmışdır. İddiaçı2 2018-ci ilin oktyabr ayında həmin əşyaların qızıl olmadığını bilmiş və mağazada onun özünə qaytarıb verdiyi pulunu geri istəmiş, cavabdeh həmin əşyaları götürüb əvəzində həqiqi qızıl məmulatını verəcəyini vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla İddiaçı2 qarşı dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin fevral ayında Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı3 3000 ABŞ dolları alıb 196000 Rus rubluna dəyişəcəyini vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 3000 ABŞ dolları (5100 manat) məbləğində maddi ziyan vurmaqla İddiaçı3 qarşı dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin əvvəllərində Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı4 ilə görüşərək razılığa gəlmişlər ki, 20000 manat pul verəcəyi təqdirdə qızıl-zinət əşyalarını alıb sataraq əldə edəcəyi gəliri onunla yarı böləcəkdir. Həmin vaxt Cavabdeh 10000 manat, 15 gün sonra isə 10000 manat olmaqla cəmi 20000 manat məbləğində nağd pul vəsaiti vermişdir. Lakin Cavabdeh verdiyi vədi yerinə yetirməyərək etibardan suiistifadə etmə və aldatma yolu ilə 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla İddiaçı4 qarşı dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin əvvəllərində Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı5 20000 Rus publu alıb 5000 Azərbaycan manatına dəyişəcəyini vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 5000 manat məbləğində maddi ziyan vurmaqla İddiaçı5 qarşı dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin aprel ayında Ağcabədi şəhəri H.Hacıyev küçəsində Ağcabədi rayon Mərkəzi bazarın yaxınlığında yerləşən “999” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında İddiaçı6 15000 manat dəyərində saxta qızıl-zinət əşyaları satmış, sonuncu 2019-cu ilin təxminən iyun-iyul ayında həmin əşyaların saxta olmasını bilərək həmin mağazada onun özünə qaytarıb verdiyi pulunu geri istəmiş, cavabdeh həmin əşyaları götürüb aldığı pulu qaytaracağını vəd etmiş, lakin verdiyi vədi yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 15000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Ona görə də Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq olunaraq təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsindən azad edilmiş, Xocavənd Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı6 vurduğu 15000 manat ziyandan ayrı-ayrı vaxtlarda 3000 manat və 330 manat olmaqla cəmi 3330 manat məbləğində pul qaytarmış, 11670 manat ödənilməmiş qalmışdır. Qalan iddiaçılara vurulmuş ziyandan isə heç bir ödəniş edilməmişdir. İddiaçılar ondan pulunu tələb etsələr də bu günə kimi pullarını qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri aşağıdakı kimi müəyyən edilmişdir: Dövlət rüsumu tutulmalı olan Dövlət rüsumunun məbləği hərəkətlər 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək 30 manat olduqda 8.1.2. iddia qiyməti 1.000 manatdan 30 manat + 1.000 manatdan yuxarı olan 10.000 manatadək olduqda iddia qiymətinin 1 faizi 8.1.3. iddia qiyməti 10.000 manatdan 120 manat + 10.000 manatdan yuxarı 100.000 manatadək olduqda olan iddia qiymətinin 0,3 faizi 8.1.4. iddia qiyməti 100.000 manatdan 390 manat + 100.000 manatdan yuxarı 1.000.000 manatadək olduqda olan iddia qiymətinin 0,1 faizi 1.290 manat + 1.000.000 manatdan 8.1.5. iddia qiyməti 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər çox olduqda bir halda 50.000 manatdan çox olmamaqla) Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilirlər. İş materiallarında olan 069662 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı6 müharibə veteranıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı6 iddia tələbi 11670 manat məbləğində təmin edildiyi üçün Cavabdeh dövlət rüsumuna görə 125 manat məbləğində pul alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********294 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 adından vəkil X3 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 45 nömrəli müqavilə üzrə qonorar olaraq 300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********301 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı2 adından vəkil X3 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 47 nömrəli müqavilə üzrə qonorar olaraq 300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli FJB**********262 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı4 adından vəkil X3 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 51 nömrəli müqavilə üzrə qonorar olaraq 300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarından görünür ki, İddiaçı3 hüquqi xidmət göstərilməsi üçün 300 manat pul tələbi ilə bağlı halları təsdiq edən heç bir mötəbər sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh qarşı “pul” tələbinə dair iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 iddiaları təmin, İddiaçı3 və İddiaçı6 iddiaları isə qismən təmin edilməli, cinayət yolu ilə vurulmuş zərərə görə Cavabdeh alınaraq: 7000 manat məbləğində pul, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pul və dövlət rüsumuna görə ödənilmiş 50 manat pul olmaqla cəmi 7350 manat İddiaçı1; 20000 manat məbləğində pul, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pul və dövlət rüsumuna görə ödənilmiş 150 manat pul olmaqla cəmi 20450 manat İddiaçı2; 5100 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 75 manat pul olmaqla cəmi 5175 manat İddiaçı3; 20000 manat məbləğində pul, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pul və dövlət rüsumuna görə ödənilmiş 160 manat pul olmaqla cəmi 20460 manat İddiaçı4; 5000 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 34 manat pul olmaqla cəmi 5034 manat İddiaçı5; 11670 manat məbləğində pul İddiaçı6 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh qarşı “pul” tələbinə dair iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 iddiaları təmin, İddiaçı3 və İddiaçı6 iddiası isə qismən təmin edilsin. Cinayət yolu ilə vurulmuş zərərə görə Cavabdeh alınaraq: 7000 manat məbləğində pul, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pul və dövlət rüsumuna görə ödənilmiş 50 manat pul olmaqla, cəmi 7350 manat məbləğində pul İddiaçı1; 20000 manat məbləğində pul, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pul və dövlət rüsumuna görə ödənilmiş 150 manat pul olmaqla, cəmi 20450 manat məbləğində pul İddiaçı2; 5100 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 75 manat pul olmaqla, cəmi 5175 manat məbləğində pul İddiaçı3; 20000 manat məbləğində pul, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat pul və dövlət rüsumuna görə ödənilmiş 160 manat pul olmaqla, cəmi 20460 manat məbləğində pul İddiaçı4; 5000 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 34 manat pul olmaqla, cəmi 5034 manat məbləğində pul İddiaçı5; 11670 manat məbləğində pul İddiaçı6 verilsin. Həmçinin, Cavabdeh dövlət rüsumuna görə 125 manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar