Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-90/2025 18.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi, anası X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə avtomobilin icarəyə verilməsinə dair 220605-09 saylı müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən Cavabdeh ** KG *** dövlət qeydiyyat nişanlı Toyota prius markalı avtomobili xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti üçün ilkin ödəniş 2000 manat olmaqla hər ay 750 manatdan 36 ay müddətinə gecikməsiz ödənildikdə müddətin sonunda icarə götürənə qalmaq şərtilə verilməsinə razılaşılmışdır. Cavabdeh ilkin ödənişin bir qismini yəni 1100 manatı ödəmiş, qalıq qalna 900 manatı isə hissə-hissə 2 ay müddətinə ödəyəcəyinə söz vermişdir. Bir müddət keçdikdən sonra cavabdeh bəhanə olaraq fermasında yanğın olduğunu, ziyana uğradığı üçün ödəniş edə bilməyəcəyini bildirdi. 8 ay keçdikdən sonra iddiaçı yenidən pulunu tələb etdikdə Cavabdeh ödənişlərini edə bilməyəcəyini bildirib, həmin avtomobili geri qaytamışdır. Hazırda həmin avtomobilə görə cavabdehin ilkin ödəniş kimi 900 manat, 500 manat cərimə, hər ay ödənilməli olan 750 manat ödənilməmiş 8 aya görə yığılmış 6000 manat ümumilikdə 7500 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhər Xətai Rayon Polis İdarəsi 37-ci polis bölməsinə müraciət etmiş, araşdırılma aparılmış, lakin mülki xarakterli olduğu üçün aidiyyəti üzrə Məhkəməyə müracət olunması tövsiyyə olunmuşdur. Cavabdehdən borcunu dəfələrlə istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. O, məcbur qalaraq Məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh 7500 məbləğində borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Vəkil “Elektron məhkəmə” sistemi vasitəsilə məlumat göndərərək iddianı müdafiə etdiyini və işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi anası X2 iddianı müdafiə edərək, izahatında göstərdi ki, İddiaçı onun doğma oğludur. Oğlu Nurlan Cavabdeh ilə ** KG *** dövlət qeydiyyat nişanlı Toyota prius markalı avtomobili xx.xx.2023cü il tarixdə taksi fəaliyyəti üçün ilkin ödəniş 2000 manat olmaqla hər ay 750 manatdan 36 ay müddətinə gecikməsiz ödənildikdə müddətin sonunda icarə götürənə qalmaq şərtilə verilməsinə razılaşılmışdır. Cavabdeh ilkin ödənişin bir qismini yəni 1100 manatı ödəmiş, qalıq qalna 900 manatı isə hissə-hissə 2 ay müddətinə ödəyəcəyinə söz vermişdir. Bir müddət keçdikdən sonra cavabdeh bəhanə olaraq fermasında yanğın olduğunu, ziyana uğradığı üçün ödəniş edə bilməyəcəyini bildirdi. 8 ay keçdikdən sonra iddiaçı yenidən pulunu tələb etdikdə Cavabdeh ödənişlərini edə bilməyəcəyini bildirib, həmin avtomobili geri qaytamışdır. Hazırda həmin avtomobilə görə cavabdehin ilkin ödəniş kimi 900 manat, 500 manat cərimə, hər ay ödənilməli olan 750 manat ödənilməmiş 8 aya görə yığılmış 6000 manat ümumilikdə 7500 manat borcu yaranmışdır. Məhkəmə iclasında cavbdeh Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, İddiaçı mobil telefon nömrəsini internet vasitəsilə ədə etmiş, taksi fəaliyyəti ilə məşul olmaq üçün İddiaçılə əlaqə saxlayaraq görüşmüşlər. Nurlandan götürdüyü birinci avtomobil qara rəngli “TOYOTO-Pirus” markalı avtomobil olmuş, həmin avtomobili təxminən bir həftə idarə etdikdən sonra avtomobildə texniki nasazlıq yaranmış, avtomobili təmir etdirdikdən sonra yenə nasazlıq yarandığı üçün Nurlana geri qaytarmışdır. Nurlan həmin avtomobil təmir olunanadək ** KG *** dövlət qeydiyyat nişanlı Toyota prius markalı avtomobili ona vermişdir. Həmin avtomobili təxminən 2 ay idarə etikdən sonra ödənişləri etməyə maddi imkanı olmadığı üçün avtomobillərin daşınması xidməti üçün nzərdə tutulan evakuator vasitəsilə Nurlana geri qaytarmışdır. İddiaçı tərəfindən işə əlvə edilmiş avtomobilin icarəyə verilməsi barədə müqavilədən xəbəri yoxdur və həmin müqavildə ki, imza ona məxsus deyildir. Ona görə məhkəmədən xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş və ekspertin müvafiq rəyi ilə də sübuta yetirilmişdir ki, müqavilə onun tərəfindən imzalanmayıbdır. Həmin avtomobilə görə 2 ayın ödəniş borcu və hesablanmış cərimələr də daxil olmaqla onun iddiaçıya hazırda ümumilikdə 2050 manat borcu vardır. Həmin borcu yaxın vaxtlarda qaytaracağına söz verdi. Ona görə də, göstərniklərini nəzərə alınaraq iddianın qismən təmin edilməsini məhkəməən xahiş etdi. İş materiallarına əlavə edilmiş 23 may 2023-cü il tarixli avtomobilin icarəyə verilməsinə dair 220605-09 saylı müqavilədən görünür ki, tərəflər arasında ** KG *** dövlət qeydiyyat nişanlı Toyota prius markalı avtomobili xx.xx.2023-cü il tarixdə taksi fəaliyyəti üçün ilkin ödəniş 2000 manat olmaqla hər ay 750 manatdan 36 ay müddətinə gecikməsiz ödənildikdə müddətin sonunda icarə götürənə qalmaq şərtilə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, 10 sentyabr 2025-ci il tarixli rəydən grünür ki, avtomobilin icarəyə verilməsinə dair 220605-09 saylı müqavilənin 2-ci vərəqində “İcarəyə götürən” bölməsində “X3 imza əlyazmaları və imza sözünün qarşısındakı imza- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş EQ protokollarınadan grünür ki, cavabdeh X3 ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ümumilikdə 432 manat cərimə yazılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 95 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı öz aralarında olan razılaşma əsasında avtomobilin icarəyə götürülməsi ilə bağlı ümumilikdə 2482 manat məbləğində borcu yaranmışdır, iddiaçı iddia tələbində cavabdehin ona ümumilikdə 7500 manat borclu olmasını bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin işə əlavə edilmiş avtomobil icarəsinə dair müqavilənin Cavabdeh tərəfindən imzalanmadığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2025-ci il tarixli, 4/1346 nömrəli ekspert rəyi ilə sübuta yetirilmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi xarici yaddaş qrğusunda (Flashcard) olan səs yazıları məhkəmə iclasında dinlənmiş, dinlənilmə zamanı tərəflər arasında hazırkı mübahisə ilə bağlı danışıqlar getsə də, cavabdehin iddiaçıya 7500 manat məbləğində borclu olması öz əksini tapmamışdır. Cavabdeh İddiaçıya məxsus Avtomobildən istifadə nəticəsində yaranmış 2482 manat borc hazırkı vaxtadək ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 45 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı 2482 manat borcu yaranmış, həmin borcdan cavabdeh tərəfindən iddiaçıya heç bir məbləğdə ödəniş olunmamışdır. Ona görə iddia qismən təmin olunaraq cavabdehdən 2482 manat məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2482 (iki min dörd yüz səksən iki) manat məbləğində borc pul və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-90/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-90/2025
18.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver