Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-907/2023 10.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ərizəçilər X2 və Ərizəçi2 ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər X2 və Ərizəçi2 ölüm faktının müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Göstərilən mülki işin məhkəmə iclası 10 may 2023-cü il tarixli, saat 14:30-a Ağcabədi rayon Məhkəməsinin binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçilər X2 və Ərizəçi2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamı saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi2 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi2 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263 və 264-cü maddələrini rəhbər turaraq, məhkəmə Qəraraaldı: Ərizəçilər X2 və Ərizəçi2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxlmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi2 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-907/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-907/2023
10.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver