Məhkəmə qərarları › İş №2(017)-943/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-943/2024

06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-943/2024 06.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı X3 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdeh qarşı 34930 manat borc və iddia qaldırılarkən ödənilmiş 194,79 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçı X5 iddiasını müdafiə edərək izahatında göstərdi ki, 20 may 2023-cü il tarixdə Cavabdeh ilə tanış olmuşlar və bundan sonra cavabdeh müxtəlif vaxtlarda ondan qızıl əşyaları alaraq pulunu hissə-hissə vaxtında ödəmişdir. 2023-cü ilin iyul-avqust aylarında cavabdeh ondan təxminən 40000 manat dəyərində qızıl əşyaları alaraq pulunu hissə-hissə ödəyəcəyini bildirmiş, həmin pulun bir hissəsini ilkin ödəniş kimi ödəmiş, sonradan da bir hissəsini ödəyərək ona 34930 manat borclu qalmışdır. Bir müddət sonra cavabdehdən pulunu tələb etmiş, cavabdeh anasının xəstə olmasını və borcunu hər ay 2500-3000 manat olmaqla hissə-hissə ödəyəcəyini bildirmişdir. O, cavabdehlə razılaşmış, cavabdeh bu barədə ona əlyazma yazıb imza edərək vermis, lakin ona heç bir məbləğdə ödəniş etməmişdir. Bundan sonra, aidiyyəti orqanlara müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də, göstərdiklərini nəzərə alara iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə iddiaçı X3 izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, İmanova X1 Arzu Valeh qızına 34930 manat borcu vardır və həmin pulu hər ay 2500-3000 manat olmaqla ödəyəcəyinə söz vermişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarından göründüyü kimi 20 may 2023-cü il tarixdə Cavabdeh ilə iddiaçı X5 tanış olmuşlar və cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan qızıl əşyaları alaraq pulunu hissə-hissə vaxtında ödəmişdir. Lakin, 2023-cü ilin iyul-avqust aylarında cavabdeh iddiaçıdan aldığı 40000 manat dəyərində qızıl əşyalarının pulundan borclu qaldığı 34930 manat pulu hər ay 2500-3000 manat olmaqla hissə-hissə ödəyəcəyini bildirsə də, Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək iddiaçı X4 olan 34930 manat pulu ödəməkdən yayınmışdır. Cavabdeh iddiaçı X4 34930 manat borcu qalması Cavabdeh 06 oktyabr 2023-cü il tarixdə imzalamış olduğu ərizə ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunan “Flash” kartda olan səs və video yazı ilə müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı X4 34930 manat borcu olması ilə bağlı danışıqlar olmuş, Cavabdeh 34930 manat borcu hissə-hissə qaytaracağını bildirmişdir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş “Flash” kartda olan səs və video yazısı iddiaçı X5 ilə Cavabdeh aid olduğundan, həmin danışıqlar tərəflər üçün sirr olmadığından, mahiyyət etibarı ilə iddiaçı ilə cavabdehin arasındakı pul münasibəti ilə bağlı olduğundan məhkəmə həmin səs və video yazısını sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 34930 manat məbləğində borc pul alınaraq iddiaçı X4 verilməlidir. İşdə olan 28 mart 2024-cü il tarixli qəbzdən görünür ki, X5 tərəfindən 194,79 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 194,79 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 34930 manat məbləğində borc və ödənilmiş 194,79 manat dövlət rüsumu, cəmi 35124 (otuz beş min bir yüz iyirmi dörd) manat 79 (yetmiş doqquz) qəpik pul alınaraq iddiaçı X4 verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar