Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-951/2024 05.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, əvvəllər tanıdığı Ağcabədi şəhər sakini Cavabdeh onun azyaşlı oğlu Nihad Qaraşovu pensiya düzəltmək adı ilə 4 il ondan əvvəl ondan 3000 manat pul alaraq onu aldadıb dələduzluq etmişdir. O, X1 pay tarpaq sahəsinin qonşusu kimi 5 ildir ki, tanıyır və yaxın münasibətdə olmuşlar. Xəyalə onun oğluna pensiya düzəltmək məqsədi ilə ondan əvvəlcə Ağcabədi Rayon Mərkəzi xəstəxanasında 1100 manat, sonra 1000 manat və daha sonra isə 900 manat olmaqla ümumilkdə ondan 3000 manat pul almışdır. Pulu Xəyaliyə verəndə onun yanında əri, qaynanası və qızı olmuşlar. Cavabdeh onun azyaşlı uşağına pensiya düzəldə bilmədiyi üçün o, pulun geri istəmiş, lakin Xəyalə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən o, Ağcabədi rayon Polis şöbəsinə şikayət etmiş, şikayəti mülki xarakterli olduğu üçün cinayət işinin başlanmasının rədd olunması barədə qərar çıxarılaraq ona aidiyyati üzrə məhkəməyə müraciət etməsi izah olunmuşdur. Cavabdeh polis şöbəsində izahatında pulu qaytardığı barədə izahat versə də, Xəyalənin ona 3000 manat borclu olması barədə telefon danışıqları var. Həmin səs yazılarını sübüt kimi diskə köçürüb idda ərizəsinə əlavə etmişdir. Onun həmin pula xəstə olduğu üçün çox ehtiyacı var, cavabdeh isə pulu könüllü olaraq qaytarmaq niyətində deyil. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh 3000 manat məbləğində pulu, hüquqi yardıma görə ödədiyi 200 manat və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Ağcabədi şəhər sakini Cavabdeh onun azyaşlı oğlu Nihad Qaraşovu pensiya düzəltmək adı ondan 3000 manat pul alaraq onu aldatmışdır. O, X1 pay tarpaq sahəsinin qonşusu kimi 5 ildir ki, tanıyır və yaxın münasibətdə olmuşlar. Xəyalə onun oğluna pensiya düzəltmək məqsədi ilə ondan əvvəlcə Ağcabədi Rayon Mərkəzi xəstəxanasında 1100 manat, sonra 1000 manat və daha sonra isə 900 manat olmaqla ümumilkdə ondan 3000 manat pul almışdır. Pulu Xəyaliyə verəndə onun yanında əri, qaynanası və qızı olmuşdur. Cavabdeh onun azyaşlı uşağına pensiya düzəldə bilmədiyi üçün o, pulun geri istəmiş, lakin Xəyalə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin olunmaqla Cavabdeh 3000 manat məbləğində pulu, hüquqi yardıma görə ödədiyi 200 manat və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq onun xeyirinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavbdeh Cavabdeh iddianı qəbul etdi və izahat verərək göstərdi ki, İddiaçı 5 il müddətdir ki tanıyır. Pərvanə ondan azyaşlı uşağı Nihad Qaraşova pensiya düzətlmək üçün ona yaxınlaşmış, o, bu məqsədlə İddiaçı 3000 manat pul almışdır. Lakin o, söz versə də, Pərvanənin uşağına pensiya düzəltdirə bilməmiş və həmin pulu xərcləmişdir. İddiaçı ondan pulun dəflərlə istəsə də, onun uşaqları xəstə olduğu üçün maddi imkanı olmadığına görə pulu qaytara bilməmişdir. Hazırda onun Pərvaniyə 3000 manat məbləğində pul verəcəyi var. Həmin pulu yaxın vaxtlarda qaytaracağını bildirib və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh İddiaçı azyaşlı Nihad Qaraşova pensiya düzəltmək üçün 3000 manat pul almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 50 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 3000 manat məbləğində pul, hüquqi yardıma görə 200 manat pul və iddia qaldırarkən ödənilmiş 50 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul, hüquqi xidmətə görə 200 (iki yüz) manat pul və dövlət rusumuna görə ödənilmiş 50 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-951/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-951/2024
05.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver