Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-97/2024 02.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun xeyrinə 7000 manat məbləğində pulun və yol xərcinə görə çəkdiyi 500 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək verdiyi izahatında göstərdi ki, Gəncə şəhərində yaşayır, məcburi köçkündür. Cavabdeh xalası oğlu Şamilin qonşusu kimi tanıyır. 2021-ci ilin fevral ayında bacısı Əsməri işə düzəltmək üçün Cavabdeh 7000 manat pul vermişdir. Xeyli müddət keçsə də Əsmərin işi düzəlmədi. Ona görə də Daşqından pulun qaytarılmasını istəmiş, həmin puldan Daşqın ona cəmi 1400 manat qaytarmış, yerdə qalan 5600 manat pulu bu günə kimi qaytarmamışdır. Bununla bağlı Ağcabədi rayon polis şöbəsinə müraciət etmiş, mülki qaydada məhkəməyə müraciət etməsi ona bildirilmişdir. X1 gedib-gəlmək üçün yol xərci olaraq 500 manat pul xərcləmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatından göstərdi ki, İddiaçı yaxından tanıyır, qonşusu Şamilin xalası qızıdır. Tünzalənin bacısı Əsmərin işinə kömək etmək məqsədi ondan 7000 manat pul almış, lakin Əsmərin işi düzəlməmişdir. Ona görə də Tünzalə ona verdiyi pulu geri istəmiş, həmin puldan ona 1400 manat qaytarmış, hazırda Tünzaləyə 5600 manat borcu qalmışdır. Maddi imkanı olmadığına görə aldığı pulu tam qaytara bilməmişdir. Bu səbəbdən 5600 manat borcu yaranmışdır. İddiaçı olan borcunu qısa müddətə tam ödəyəcəkdir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağcabədi rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayəti əsasında Ağcabədi rayon polis şöbəsində aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı bacısı Əsməri işə düzəltmək üçün Cavabdeh 7000 manat məbləğində pul vermiş, iş düzəlmədiyi üçün Tünzalə pulunu geri istəmiş, Cavabdeh həmin puldan 1400 manat İddiaçı qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh bacısı Əsməri işə düzəltmək üçün İddiaçı 7000 manat məbləğində pul almış, iş düzəlmədiyi üçün Tünzalə Daşqından pulunu geri istəmiş, Cavabdeh həmin puldan 1400 manat İddiaçı qaytarmış, 5600 manat pul ödənilməmiş qalmışdır. İddiaçı pulunu tələb etsə də cavabdeh ödənilməmiş qalan 5600 manat pulu bu günə kimi qaytarmamışdır. Ona görə də cavabdehin iddiaçıya 5600 manat borcu yaranmışdır. Borcun ödənilməsi üçün iddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. İşin bu halını hər iki tərəf təsdiq etmişdir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli və Cavabdeh 5600 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, iddiaçı yol xərci üçün 500 manat xərclədiyini bildirsə də həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir: iddia qiyməti 1.000 manatdan 10.000 30 manat + 1.000 manatdan yuxarı olan manatadək olduqda iddia qiymətinin 1 faizi Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 5600 manat məbləğində təmin edildiyi üçün Cavabdeh dövlət rüsumuna görə 76 manat məbləğində pul alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 5600 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə 76 manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-97/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-97/2024
02.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver