Məhkəmə qərarları › İş №2(017)-996/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-996/2023

26.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-996/2023 26.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, atası X5 ilə anası X2 nikahlarından yeddi uşaq doğulmuş, xx.xx.1960-cı il tarixdə doğulmuş bacısı X3 xx.xx.1961-ci il tarixdə vəfat etmiş və Ağcabədi rayonunun Kəbirli kənd qəbiristanlığında dəfn olunmuşdur. Bacısının ölümü qeydə alınmadığına görə anasından miras qalmış torpaq sahəsi ilə bağlı müəyyən sənədləşmə işlərini apara bilmir. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi sənəd - həkim arayışı olmadığına görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonunun Kəbirli kəndində anadan olmuş X1 xx.xx.1961-ci il tarixdə Ağcabədi rayonunun Kəbirli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsini məhkəməyə göndərməmiş və səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısı Gülüstanın qızıdır. Bacısının yeddi uşağı olub, beşi sağdır. xx.xx.1960-cı il tarixdə anadan olmuş bacısı qızı X3 xx.xx.1961-ci il tarixdə uşaq ikən xəstəlikdən ölmüşdür. Məhkəmə iclasında X7 da eyni məzmunlu izahat verərək göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonunun Kəbirli kəndində doğrulmuşdur. Bu barədə xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonu, Qaradolaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 77 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası qrafasında X5, anası qrafasında isə X4 yazılmışdır. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon İHB-nın Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.1960-cı il tarixdə anadan olmuş X3 xx.xx.1961-ci il tarixdə xəstəlikdən vəfat etmiş, Kəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd təqdim edilmədiyinə görə X1 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonunun Kəbirli kəndində anadan olmuş X3 xx.xx.1961-ci il tarixdə Ağcabədi rayonunun Kəbirli kəndində vəfat etmiş və Kəbirli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonunun Kəbirli kəndində anadan olmuş X1 xx.xx.1961-ci il tarixdə Ağcabədi rayonunun Kəbirli kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonunun Kəbirli kəndində anadan olmuş X1 xx.xx.1961-ci il tarixdə Ağcabədi rayonunun Kəbirli kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar