Məhkəmə qərarları › İş №2(018)-1054/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1054/2025

20.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1054/2025 20.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh "xxxx" ASC Bank Olmayan Kredit Təşkilatının Astara filialına qarşı verilmiş pulun və girov qoyulmuş qızıl-zinət əşyalarının geri tələbinə dair iddia ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyənetdim: İddiaçı cavabdeh "xxxx" ASC Bank Olmayan Kredit Təşkilatının Astara filialına qarşı verilmiş pulun və girov qoyulmuş qızıl-zinət əşyalarının geri tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh "xxxx" ASC Bank Olmayan Kredit Təşkilatının Astara filialı hüquqqi şəxs deyil və hüquqi şəxs "xxxx" ASC Bank Olmayan Kredit Təşkilatının hüquqi ünvanı ünvan 1rə alaraq hesab edirəm ki, İddiaçı cavabdeh "xxxx" ASC Bank Olmayan Kredit Təşkilatının Astara filialına qarşı verilmiş pulun və girov qoyulmuş qızıl-zinət əşyalarının geri tələbinə dair iddia ərizəsinə hüquqi şəxs "xxxx" ASC Bank Olmayan Kredit Təşkilatının hüquqi ünvanı üzrə Bakı şəhəri Nərimanov Ryon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyillər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. nümayəndəliklər və filialların rəhbərləri hüquqi şəxsi tərəfindən təyinedilir vəonun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada cavabdeh hüquqi şəxs "xxxx" ASC Bank Olmayan Kredit Təşkilatının hüquqi ünvanı olduğu yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.3, 263-264 və 266-268ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdeh "xxxx" ASC Bank Olmayan Kredit Təşkilatının Astara filialına qarşı verilmiş pulun və girov qoyulmuş qızıl-zinət əşyalarının geri tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada cavabdeh hüquqi şəxs "xxxx" ASC Bank Olmayan Kredit Təşkilatının hüquqi ünvanı olduğu yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar