Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1082/2025 16.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16 fevral 1973-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı xx.xx.1973-cü il təvəllüdlü X2 rayonu, Kijəbə qəsəbəsində anadan olmuşdur. O, qırtlağın xərcəngi diaqnozu ilə uzun müddət Milli Onkologiya Mərkəzində müalicə almışdır. Lakin, nəticəsi olmamış və xx.xx.2022-ci il tarixdə qeyd edilən xəstəlikdən ölmüş və onu Ojakəran kənd qəbristanlığında dəfn etmişlər. X1 ölümü barədə aidiyyəti orqanlara məlumat verməmişlər. Bu səbəbdən də, bacısının olümü qeydə alınmamışdır. Hazırda bacısı Bahar Hüseynovanın ölümünün qeydə alınması zəruriyyəti yaranmışdır. Odur ki, xx.xx.1973-cü il təvəllüdlü X3 ölümünü qeydə aldırmaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən, Qeydiyyat Şöbəsi tərəfindən imtina edilmiş və məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib ərizəsində göstərdikləri xüsusatları təsdiq edərək, mərhum bacısının ölüm faktının müəyyən edilməsinin ona sənəd işlərini qaydasına qoymaq üçün lazım olduğunu bildirmiş, mərhum bacısı 16 fevral 1973-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdi ki, Ərizəçi onun baldızıdır. Mərhum, X4 da onun baldızı olmuş, xx.xx.2022-ci il tarixdə Astara şəhərində yaşadığı evdə olarkən xərçəng xəstəliyi səbəbindən vəfat etmişdir. X4 xx.xx.2022-ci il tarixdə Ojakəran kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında mərhum, X3 öz bacısı olduğunu bildirərək Şahid1 izahatındakı xüsusatları təsdiq edərək, eyni məzmunlu izahat vermişdir. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş İ-ЖГ seriyalı 472819 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 fevral 1973-cü ildə Astara rayonunda doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş A3 seriyalı 391263 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxx 1962-ci ildə Astara rayonunda doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş İİ-ЖГ seriyalı 473847 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X9 arasında 26 dekabr 1984-cü il tarixdə 45 nömrə ilə nikah aktı qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan yaşayış yeri barədə Astara rayon İHB-nın Kijəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 983 saylı arayışdan görünür ki, Ərizəçi Kijəbə qəsəbəsində yaşayır. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 949 saylı arayışdan görünür ki, həqiqətən də, X4 xx.xx.2022-ci il tarixdə Kijəbə qəsəbəsində vəfat etmiş və Ojakəran kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Ərizəçi ünvanlanmış Maraqlı şəxs 20 may 2025-ci il tarixli 3- 16-5/8-22-2025 saylı məktubundan görünür ki, X3 ölüm haqqında şəhadətnaməsini almaq barədə Ərizəçi müraciətinə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X3 ölüm haqqında akt qeydi aşkar edilməmiş, ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümükün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan foto şəkildən görünür ki, X3 adı yazılmış qəbir daşında vəfat etmə tarixi 01 fevral 2022-ci il qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X6 Çıxarış (Epikriz) görünür ki, X4 qırtlağın xərçəngi xəstəliyindən əziyyət çəkmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin, şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi bacısı mərhum 16 fevral 1973-cü il təvəllüdlü X4 01 fevral 2022-ci il tarixdə Kijəbə qəsəbəsində vəfat etmiş və Ojakəran kənd qəbirstanlığında dəfn edilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, ərizəçi ərizəsini ölümün qeyd edilməsi faktının təsdiq edilməli olması kimi əsaslandırsa da, hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından ərizəçinin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil və ərizənin hüquqi əsasını hakim müəyyən edir. Məhkəmə işin araşdırılan halları ilə hesab edir ki, hazırki ərizənin predmetini MPM-in 307.2.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsindən irəli gələn münasibətlər, qanuni əsasını isə ölüm faktının müəyyən edilməsi üzrə tətbiq edilməli olan normalar təşkil edir. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, 16 fevral 1973-cü il təvəllüdlü X4 01 fevral 2022-ci il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 fevral 1973-cü il təvəllüdlü Astara rayonunda anadan olmuş X3 01 fevral 2022-ci il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1082/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1082/2025
16.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver