Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1090/2024 25.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum qardaşı 01 avqust 2023-cü ildə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum qardaşı X4 xx.xx.1978-ci ildə Astara rayonda anadan olmuşdur. Mərhum qardaşı X4 xx.xx.2023-ci ildə Astara rayon Ojəkəran kəndində vəfat etmiş, ona ölüm haqqında şəhədətnamə yazılmamışdır. Onun ölməsi faktını yaşadıqlaqları kənd caamatı təsdiq edə bilərlər. Belə ki, ona kənddə ölümü ilə əlaqədar üzür mərasimi qurulmuş və hal hazırda qəbri kənd qəbirstanlığında yerləşir. Hazırda o, əmlakını sənədləşdirmək istəyir. Lakin qardaşının ölüm şəhadətnaməsi olmadığından əmlakını sənədləşməsindən imtina olunur. Odur ki, məhrumun ölümünü təsdiq edən sənədi olmadığından və həmin sənədi digər vasitələrlə almaq mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. X1 xx.xx.2023-ci ildə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X5 bildirdi ki, xx.xx.1974-cü ildə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmuşdur. Ərizəçi ilə qohumdurlar və adları Adil və Kamil olmaqla Ərizəçi iki qardaşı olmuşdur. Ərizəçinin qardaşı X4 vəfat etdiyi artıq 01 ildir. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə Ərizəçi və şahid X3 dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-1288/2024 saylı arayışdan məlum olur ki, X4 xx.xx.1978-ci il tarixdə Astara rayonu Asxanakəran kəndində anadan olmuş, xx.xx.1978-ci il tarixdə Astara rayon Asxanakəran kənd icra nümayəndəliyində 44 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1307 saylı arayışdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Astara rayon, Ojakəran kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8/- 41/2024 saylı məktubdan məlum olur ki, X4 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs sənədlərində aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 1848/2024 saylı arayışdan məlum olur ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Astara rayonu Asxanakəran kəndində anadan olmuş, xx.xx.1975-ci il tarixdə Astara rayonu Asxanakəran kənd icra nümayəndəliyində 15 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1200 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən Astara rayon, Kijəbə qəsəbəsində yaşayır. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Astara rayonu, Asxanakəran kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə ərizə verilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1978-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1978-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1090/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1090/2024
25.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver