Məhkəmə qərarları › İş №2(018)-1098/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1098/2024

22.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1098/2024 22.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum qardaşı 14 mart 1962-ci il təvəllüdlü X4 22 oktyabr 2001-ci il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1977-ci il tarixdə Astara rayonun Kijəbə qəsəbəsində anadan olmuşdur. Qardaşı 14 mart 1962-ci il təvəllüdlü X7 22 oktyabr 2001-ci il tarixdə Astara rayonunda vəfat etmiş və Astara rayonun Öjakəran kənd qəbrstanlığında dəfn olunmuşdur. Lakin ona ölüm haqqında şəhadətnamə yazılmamışdır. Mərhum qardaşı X4 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etməsinə baxmayaraq nəticəsi olmamışdır. Mərhumun ölümünü təsdiq edən sənədi olmadığından və həmin sənədi digər vasitələrlə almaq mümkün deyildir. Mərhum qardaşı 14 mart 1962-ci il təvəllüdlü X4 22 oktyabr 2001-ci il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X3 bildirdi ki, xx.xx.1954-cü ildə Astara rayonu Səəncərədi kəndində anadan olmuşdur. Ərizəçi ilə qohumdurlar və Ərizəçi ailədə dörd bacı və altı qardaş olmuşlar. Ərizəçinin qardaşı X7 2001-ci ildə vəfat etmişdir. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə Ərizəçi və şahid X2 dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 12xxxx/2024 saylı arayışdan məlum olur ki, X7 xx.xx.1962-ci il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmuş, xx.xx.1962-ci il tarixdə Maraqlı şəxsndə 180 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2212 saylı arayışdan görünür ki, X1 rayon, Ojakəran kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 5/8/2024 saylı məktubdan məlum olur ki, X7 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs sənədlərində aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 12xx-xx/2024 saylı arayışdan məlum olur ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Astara rayonu Lovayın kəndində anadan olmuş, xx.xx.1977-ci il tarixdə Astara rayonu Kijəbə qəsəbə icra nümayəndəliyində 131 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 996 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən xx.xx.2024-cü il tarixdə Astara rayon, Kijəbə qəsəbəsində yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə ərizə verilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2001-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2001-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar