Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-111/2023 30.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Ölüm faktının müəyyən edilməsi tələbinə dair» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Ölüm faktının müəyyən edilməsi tələbinə dair» ərizə ilə məhkəməyə müraciət edərək Astara rayonu, Rüdəkənar kənd sakini 22 yanvar 1957-ci il təvəllüdlü X3 12 fevral 2019-cu il tarixdə ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, mərhum atası X6 22 yanvar 1957-ci il tarixdə Astara rayonu, Rüdəkənar kəndində anadan olmuşdur. 12 fevral 2019-cu il tarixdə Astara rayonu, Rüdəkənar kəndində ölmüş və orada yerləşən qəbristanlığında dəfn olunmuşdur. Lakin mərhum X4 “Ölüm haqqında şəhadətnamə”-si yazılmamışdır. “Ölüm haqqında şəhadətnaməsi”-ni əldə etmək üçün Maraqlı şəxsnə müraciət etməsinə baxmayaraq, bir nəticə əldə edə bilməmişdir. Odur ki, o, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X7 ifadə verərək bildirdi ki, o, ərizəçinin xalası oğludur. X1 12 fevral 2019-cu il tarixdə Astara rayonu, Rüdəkənar kəndində öldüyünü təsdiq etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən və Astara rayon İHB-nın Rüdəkənar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Ərizəçi xx xxxxxx 1988-ci il tarixdə Astara rayonu, Rüdəkənar kəndində anadan olmaqla, orada qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Astara rayon İHB-nın Rüdəkənar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, X2 rayonu, Rüdəkənar kəndində anadan olmuş, 12 fevral 2019-cu il tarixdə ölmüş və Rüdəkənar kənd qəbristanlığında dəfn olunmuşdur. Mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X6 12 fevral 2019-cu il tarixdə Astara rayonu, Rüdəkənar kəndində ölmüş və orada yerləşən qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə hesab edir ki, X1 12 fevral 2019-cu tarixdə Astara rayonu, Rüdəkənar kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 12 fevral 2019-cu tarixdə Astara rayonu, Rüdəkənar kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X3 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-111/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-111/2023
30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver