Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1111/2025 22.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, bacısı-xx.xx.1965-ci il təvəllüdlü X1 20 oktyabr 2020-ci il tarixində Astara rayonu, Burzubənd kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı-xx.xx.1965-ci il təvəllüdlü bacısı X4 20 oktyabr 2020-ci il tarixində ürək çatışmazlığından Astara rayonu, Burzubənd kəndində ölmüşdür. Bacısı Astara rayonu, Burzubənd kəndində yerləşən "Zolazo" adlanan qəbirstanlığda dəfn edilmişdir. Bacısının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etsə də ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün Qeydiyyat Şöbəsi tərəfindən imtina edilmiş və məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. Odur ki, xx.xx.1965-ci il təvəllüdlü X1 20 oktyabr 2020-ci il tarixində Astara rayonu, Burzubənd kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X6 bildirdi ki, Ərizəçi onun qonşusudur. Onun bacısı X4 20 oktyabr 2020-ci il tarixində vəfat etmiş və Astara rayonu, Burzubənd kəndində yerləşən ”Zolazo” dəfn olunmuşdur. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə Ərizəçi və şahid X5 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 431626 nömrəli doğum haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 1283 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 12/2025 saylı sənəddən məlum olur ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğudan, ölüm haqqında həkim şəhadətnaməsi olmadığından, ölüm faktının təsdiq edilməsi üçün Ərizəçi məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Şuvi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli 321 saylı arayışdan görünür ki, Ərizəçi Astara Rayonu Deqədi kəndindı yaşayır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfinfən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə qismən təmin olunmalı, xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Astara rayonu, Şiyəkəran kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1965-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Astara rayonu Burzubənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1111/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1111/2025
22.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver