Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1130/2023 03.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1932-ci ildə Astara rayonu Təngərüd kəndində anadan olmuş X2 14 dekabr 2001-ci il tarixdə Astara rayonu Təngərüd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və X2 ölümü haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki,atası X3 14 dekabr 2001-ci il tarixdə Təngərüd kəndində ürək tutmasından vəfat etmişdir. X9 Aslara rayonu Təngərüd kəndində yerləşən Pir Həbib qəbiristanlıqda dəfn edilmişdir. Atası üçün ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etsə də ona şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.1932-ci ildə Astara rayonu Təngərüd kəndində anadan olmuş X2 14 dekabr 2001-ci il tarixdə Astara rayonu Təngərüd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və X2 ölümü haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X7 bildirdi ki, Ərizəçi ilə həmkindlidirlər.Ərizəçinin atası X3 2001-ci il tarixdə Astara rayonu Təngərüd kəndində vəfat etmişdir. Aslara rayonu Təngərüd kəndində yerləşən Pir Həbib qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə Ərizəçi və şahid X5 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 434 nömrəli arayışdan görünür ki, Ərizəçi Astara rayonu, Təngərüd kəndində yaşayır. İş materiallarında olan Astara rayon İHB-nın Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 436 nömrəli arayışdan görünür ki, X2 xx.xx.2001-ci ildə vəfat etmiş və Astara rayonu, Təngərüd kəndində Pir Həbib qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/7-11-23/23 saylı məktubdan məlum olur ki, X2 ölüm haqqında Maraqlı şəxs arxivində akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X1 rayonunda anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydləri kitabında ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1932-ci il təvəllüdlü X2 xx.xx.2001-ci il tarixdə Astara rayonu, Təngərüd kəndində ölməsi faktı tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin olunsun. xx.xx.1932-ci il təvəllüdlü X2 xx.xx.2001-ci il tarixdə Astara rayonu, Təngərüd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1130/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1130/2023
03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver