Məhkəmə qərarları › İş №2(018)-1139/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1139/2025

28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1139/2025 28.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X23 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1964-cü il tarixində Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş X7 xx.xx.2021-ci il tarixində Astara rayonu ərçivan qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və X7 ölümü haqqında şəhadətnamənin verilməsini Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X13 xx.xx.2021-ci il tarixində Astara rayoun, Ərçivan qəsəbəsində ağır xəstəliyi ucbatından vəfat etmişdir. Həyat yoldaşı X5 rayonu, Ərçivan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Həyat yoldaşı üçün ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etsə də ona şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməli olduğu izah edilmişdir.Odur ki, xx.xx.1965-ci il təvəllüdlü X8 20 oktyabr 2020-ci il tarixində Astara rayonu, Burzubənd kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, xx.xx.1964-cü il tarixində Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş X7 xx.xx.2021-ci il tarixində Astara rayonu ərçivan qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və X7 ölümü haqqında şəhadətnamənin verilməsini Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X17 bildirdi ki, ərizəçi X2 onun mərhum qardaşının həyat yoldaşıdır. X4 xx.xx.2021-ci il tarixində vəfat etmiş və Astara rayonu, Ərçivan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçi X2 və şahid X14 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X6 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE 14309753 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X9 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan 30 may 2025-ci il tarixli 3-16-5/8-1608/2025 nömrəli arayışdan görünür ki X10 və Ələskərova (Əsadullayeva) Qonçagül Bülletin qızı xx.xx.1985-ci ildə nikaha daxil daxil olmuşlar 07 nömrəli akt tərtib olunmuşdur. Nikahın bağlandığı yer Astara rayonu Ərçivan qəsəbəsi icra numayəndəliyi. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 25/2025 saylı sənəddən məlum olur ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğudan, ölüm haqqında həkim şəhadətnaməsi olmadığından, ölüm faktının təsdiq edilməsi üçün X3 məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Astara rayon Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 420 saylı arayışdan görünür ki, X1 Rayonu Ərçivan Qəsəbəsində yaşayır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün X6 tərəfinfən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə qismən təmin olunmalı, xx.xx.1964-cü il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1964-cü il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar