Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-114/2025 13.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X2 xx.xx.2024-cü ildə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X5 xx.xx.1972-ci ildə Astara rayonda anadan olmuş, xx.xx.2024-cü ildə Astara rayon Məçidməhəllə kəndində vəfat etmiş, ona ölüm haqqında şəhədətnamə yazılmamışdır. Onun ölməsi faktını yaşadıqları kənd caamatı təsdiq edə bilərlər. Belə ki, ona kənddə ölümü ilə əlaqədar üzür mərasimi qurulmuş və hal hazırda qəbri kand qəbirstanlığında yerləşir. Hazırda o, əmlakını sənədləşdirmək istəyir. Lakin oğlunun ölüm şəhadətnaməsi olmadığından əmlakının sənədləşməsindən imtina olunur. Odur ki, Məhrumun ölümünü təsdiq edən sənədi olmadığından və həmin sənədi digər vasitələrlə almaq mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. X1 xx.xx.2024-cü ildə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X8 bildirdi ki, Ərizəçi onun qayınanasıdır. Ərizəçi 02 (iki) oğlan və 05 (beş) qız övladı olmuş, onlardan 02 (iki) qız övladı və oğlu Calal Həsənov vəfat etmişdir. X6 xx.xx.2024-cü il tarixdə Astara rayonu Məçitməhəllə kəndində vəfat etmişdir. Məhkəmə Ərizəçi və şahid X4 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 1916/2024 saylı arayışdan məlum olur ki, X6 xx.xx.1972-ci il tarixdə Astara rayonu Məçitməhəllə kəndində anadan olmuş, xx.xx.1972-ci il tarixdə Astara rayon Suparibağ kənd icra nümayəndəliyində 112 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 43/2024 saylı sənəddən məlum olur ki, X6 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Suparibağ kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 806 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, Astara rayonu Məçitməhəllə kəndində vəfat etmiş və Məçitməhəllə kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Suparibağ kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 807 saylı arayışdan görünür ki, Ərizəçi Astara rayon, Məçitməhəllə kəndində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfinfən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməli və xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Astara rayonu Məcidməhəllə kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Astara rayonu Məcidməhəllə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-114/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-114/2025
13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver