Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1160/2025 10.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 noyabr 1960-cı ildə anadan olmuş bacısı X2 08 oktyabr 2005-ci il tarixdə Astara rayon Telman kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1969-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş və hazırda ailə üzvləri ilə birlikdə qeyd edilən ünvanda yaşayır. Onun X1, anası X5 olmuşdur. Valideyinlərinin hər ikisi vəfat etmişlər. Valideynləri nikah münasibətinə daxil olaraq ailə qurublar. Mərhum bacısı X6 08 oktyabr 2005-ci il tarixdə Astara rayon Telman kəndində vəfat etmiş və inzibat ərazinin Astara rayon Pensər kəndində "Seyyid Cəmallədin" turbəsinin qəbristanlığda dəfn olunmuşdur. Bacısı vəfat edərkən başları hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadı olmadığından onun üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Hazırda o vərəsəlik məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra, bacısı X2 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində bacısı X6 barədə ölüm akt qeydiyyatı aşkar olunmamışdır və bu barədə ona arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də, o bacısı X2 ölüm faktını müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək anasının ata adının iddia ərizəsində səhvən Xudaverdi olaraq yazıldığını, anasının soyad, ad və ata adının X9 olaraq qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib ərizəsində göstərdikləri xüsusatları təsdiq edərək, bacısı X2 08 oktyabr 2005-ci il tarixdə Astara rayonu Telman kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş AЗ № ******* seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Astara rayonunda doğulmuşdur. X1, anası X8r. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.1960-cı ildə Astara rayonu Telman kəndində doğulmuş, X1, anası X3r. İş materiallarında olan Astara rayon İHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 384 saylı arayışından görünür ki, Ərizəçi Astara rayonu Çayoba kəndində yaşayır. İş materiallarında olan Astara rayon İHB-nin Pensər kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 383 saylı arayışından görünür ki, həqiqətən də, xx.xx.2005-ci ildə vəfat etmiş, mərhum X4 qəbri Astara rayonu Pensər kəndində “Seyyid-Cəmallədin” türbəsinin qəbristanlığında yerləşir. İş materiallarında olan Ərizəçi ünvanlanmış Astara rayon X13 Hüquqi Şəxsin 05 iyun 2025-ci il tarixli 149 saylı məktubundan görünür ki, Astara RMX PHX-də X2 xx.xx.2005-ci ildə vəfat etməsi haqqında heç bir məlumat yoxdur. Ölüm şəhadətnaməsi almaq üçün Astara Rayon Məhkəməsinə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Ərizəçi ünvanlanmış Maraqlı şəxs 14 iyun 2025-ci il tarixli 3- 16-5/8 saylı məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan foto şəkillərdən görünür ki, X2 adı yazılmış qəbir daşında vəfat etmə tarixi xx.xx.2005-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi bacısı mərhum 13 noyabr 1960-cı il təvəllüdlü X6 08 oktyabr 2005-ci il tarixdə Astara rayonu, Telman kəndində vəfat etmiş, Astara rayonu, Pensər kəndində yerləşən “Seyyid-Cəmallədin” türbəsinin qəbirstanlığında dəfn edilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, ərizəçi ərizəsini ölümün qeyd edilməsi faktının təsdiq edilməli olması kimi əsaslandırsa da, hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından ərizəçinin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil və ərizənin hüquqi əsasını hakim müəyyən edir. Məhkəmə işin araşdırılan halları ilə hesab edir ki, hazırki ərizənin predmetini MPM-in 307.2.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsindən irəli gələn münasibətlər, qanuni əsasını isə ölüm faktının müəyyən edilməsi üzrə tətbiq edilməli olan normalar təşkil edir. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, 13 noyabr 1960-cı il təvəllüdlü X2 08 oktyabr 2005-ci il tarixdə Astara rayonu, Telman kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13 noyabr 1960-cı il təvəllüdlü X2 08 oktyabr 2005-ci il tarixdə Astara rayonu, Telman kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-1160/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1160/2025
10.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver