Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1256/2024 21.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi X6 oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Təngərüd 28 aprel 1959-cu ildə anadan olmuş mərhum X1nun 30 mart 2024-cü il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, X3 28 aprel 1959-cu ildə Astara rayonun, Təngərüd kəndində anadan olmuşdur. X1 30 mart 2024-cü il tarixdə vəfat etmiş, Astara rayonu, Təngərüd kənd qəbristanlığında dəfn edilmişdir. Ölümü barədə Astara rayon Mərkəzi xəstəxanasına məlumat verilməmişdir. Həmçinin müəyyən edilmiş müddətdə Maraqlı şəxsnə məlumat verilməmişdir. Hal-hazırda müəyyən sənədləşmələrlə bağlı çətinlikləri yaranmışdır. Buna səbəb kimi mərhum X1nun ölüm haqqında şəhadətnaməsinin olmamasıdır. Ona görə də, mərhum qadaşı X2 30 mart 2024-cü il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. 1.İş materiallarında olan yaşayış yeri barədə arayışdan görünür ki, Ərizəçi Astara rayonun, Təngərüd kəndində yaşayır.
2. İş materiallarında olan Astara rayon İHB-nın Təngərüd kənd inzibati ərazi darəsi üzrə nümayəndəliyindən 23 sentyabr 2024-cü il tarixli 742 saylı arayışdan görünür ki, X3 həqiqətən 30 mart 2024-cü ildə vəfat etmişdir və Astara rayon, Təngərüd kəndində yerləşən Baba Cəbrayıl pirində dəfn olunmuşdur.
3. İş materiallarında olan foto şəkildən görünür ki, X3 30 mart 2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi qardaşı mərhum X3 30 mart 2024-cü il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 28 aprel 1959-cu il tarixdə Astara rayonun, Təngərüd kəndində anadan olmuş X3 30 mart 2024-cü il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. 28 aprel 1959-cu il tarixdə Astara rayonun, Təngərüd kəndində anadan olmuş X2 30 mart 2024-cü il tarixdə Astara rayonu, Təngərüd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Bəxtiyar Məmmədov