Məhkəmə qərarları › İş №2(018)-1262/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1262/2023

01.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1262/2023 01.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınar və daşınmaz əmlakların, mal qaranın və ya onların dəyərinin qaytarılması tələbinə» dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınar və daşınmaz əmlakların, mal qaranın və ya onların dəyərinin qaytarılması tələbinə» dair iddia ərizəsi Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbində daşınar və daşınmaz əmlakların qaytarlıması və ya dəyərinin ödənilməsi barədə tələb qoysa da, qeyd etdiyi əmlaklar bərədə heç bir hüquqmüəyyənedici sənədi iddia ərizəsinə əlavə etməişdir. Digər tərəfdən iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanı kimi Astara rayonu Ərçivan qəsəbəsi qeyd edilsə də, cavabdehəlrin ünvanları barədə müvafiq sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Digər tərəfdən iddia ərizəsinə əlavə kimi dövlət rüsumunun ödənilməsinə dair qəbz yazsa da, həmin qəbz iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmumuna qiyaət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınar və daşınmaz əmlakların, mal qaranın və ya onların dəyərinin qaytarılması tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar