Məhkəmə qərarları › İş №2(018)-1272/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1272/2024

18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1272/2024 18.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi X6 oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək,Astara rayonu, Balaca Şahağac kəndində 02 iyun 1954-cü ildə anadan olmuş mərhum X1nun 10 oktyabr 1992-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, X4 02 iyun 1954-cü ildə Astara rayonun, Balaca Şahağacı kəndində anadan olmuşdur. X4 ilə 18 dekabr 1972ci ildə nikahlarını qeyd etməklə ailə həyatı qurmuşlar. Ər-arvad olaraq 10 oktyabr 1992-ci il tarixə kimi bir təsərrüfatda yaşamışlar. X1 10 oktyabr 1992-ci il tarixdə vəfat etmiş, Astara rayonu, Kakalos kənd qəbristanlığında dəfn edilmişdir. Ölüm barədə Astara rayon Mərkəzi xəstəxanasına məlumat verilməmişdir. Həmçinin müəyyən edilmiş müddətdə Maraqlı şəxsnə məlumat verilməmişdir. Hal-hazırda müəyyən sənədləşmələrlə bağlı çətinlikləri yaranmışdır. Buna səbəb kimi mərhum X1nun ölüm haqqında şəhadətnaməsinin olmamasıdır. Ona görə də, mərhum X1nun 10 oktyabr 1992-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. 1.İş materiallarında olan yaşayış yeri barədə arayışdan görünür ki, Ərizəçi Astara rayonun, Balaca Şahağacı kəndində yaşayır.

2. İş materiallarında olan Astara rayon İHB-nın Kakalos kənd inzibati ərazi darəsi üzrə nümayəndəliyindən 18 sentyabr 2024-cü il tarixli 617 saylı arayışdan görünür ki, X5 həqiqətən 10 oktyabr 1992-ci ildə vəfat etmişdir və Astara rayon, Kakalos kənd qəbristalığında dəfn olunmuşdur.

3. İş materiallarında olan foto şəkildən görünür ki, X4 10 oktyabr 1992-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi əri mərhum X4 10 oktyabr 1992-ci il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 02 iyun 1954-cü il tarixdə Astara rayonun, Balaca Şahağacı kəndində anadan olmuş X4 10 oktyabr 1992-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. 02 iyun 1954-cü il tarixdə Astara rayonun, Balaca Şahağacı kəndində anadan olmuş X2 10 oktyabr 1992-ci il tarixdə Astara rayonu, Kakalos kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar