Məhkəmə qərarları › İş №2(018)-128/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-128/2025

11.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-128/2025 11.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət və cehiz əmlakları tələbinə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan cehiz, həmçinin qızılzinət əşyalarını və yaxud onların dəyərini ümumilikdə təşkil edən 11448 (on bir min dörd yüz qırx səkkiz) manat, həmçinin ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, cavabdehlərə məxsus olan evdə onun iddia ərizəsində sadalanan qızıl-zinət və cehiz əşyaları qalmışdır, həmin əmlaklar ona verilməmişdir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikah münasibətinə girməklə ailə qurmuşdur. Digər cavabdehlər onun keçmiş qayınatası və qayınanasıdır. Cavabdeh1 ilə ər-arvad nümasibətləri pozulduğundan Astara rayon Məhkəməsində nikahları pozulmuşdur. Cehiz və qızıl-zinət əşyaları isə cavabdehdə qalmışdır. Cavabdehlərdə qalan ona məxsus əmlaklara-“yataq dəsti (taxt balaca şkafları ilə, şifoner və termo)-2000 manat, künc mebel - 700 manat, stol və 6 ədəd stul 500 manat, mətbəx mebeli - 700 manat, tozsoran 150 manat, soba 180 manat, ət çəkən 80 manat, şirə çəkən 100 manat, beşdəqiqə - 200 manat, paltar yuyan-700 manat, ütü- 180 manat, mikser- 20 manat, çılçıraq (koridor üçün)- 35 manat, çılçıraq (mətbəx)- 20 manat, çılçıraq (otaq)- 80 manat, döşək bir nəfərlik 2 ədəd- 80 manat, yorğan bir nəfərlik 2 ədəd- 80 manat, taxt döşəyi 50 manat, yorğan 2 nəfərlik- 50 manat, yoğan 2 ədəd və balınc 2 ədəd (silikon)- 100 manat, balınc 4 ədəd (quş tükü)- 120 manat, balınc 2 ədəd (silikon)- 50 manat, nimdar 15 ədəd-150 manat, stol üstü 2 ədəd- 55 manat, mələfə dəstləri- 70 manat, dəsmal dəstləri- 60 manat, gəlincik (taxt üstü) 2 ədəd balıncla-200 manat, boşqab servis 18 ədədlik- 50 manat, gəlincik (taxt üstü) 2 ədəd balıncla- 200 manat, boşqab servis 18 ədədlik- 50 manat, boşqab 12 ədəd- 40 manat, boşqab (aş) 12 ədəd- 40 manat, boşqab (kabab) 12 ədəd- 40 manat, boşqab (salat) 12 ədəd- 40 manat, boşqab (gündəlik) 6 ədəd- 30 manat, piyalə 12 ədəd- 30 manat, bıçaq dəsti- 30 manat, çəngəl 12 ədəd- 30 manat, çay qaşığı 12 ədəd- 30 manat, plov qaşıqı- 30 manat, meyvə bıçağı- 20 manat, qazan qaşığı- 15 manat, tort qabı dəst servis 2 ədəd- 50 manat, tərəvəz doğrayan taxta- 5 manat, stəkan (armudu) 12 ədəd- 15 manat, nəlbəki 12 ədəd- 15 manat, stəkan (taraş) 24 ədəd- 30 manat, nəlbəki 24 ədəd- 30 manat, duz qabı 2 qutu- 10 manat, çaşka servis 3 ədəd- 150 manat, qənd qabı 3 ədəd- 20 manat, blud 4 ədəd- 60 manat, aş süzən və xəmir ləyəni- 45 manat, vedrə (çuqun)– 20 manat, çörək qabı- 15 manat, stəkan (şirə üçün) 3 ədəd və 6 nəfərlik servis stəkan- 70 manat, qəhfədan çaynik 2 dəst- 100 manat, aftafa- 60 manat, padnos dəsti- 40 manat, şərbət qabı servis- 60 manat, ləyən- 20 manat, ev silən- 20 manat, zibil qabı- 15 manat, tverka- 4 manat, blendr- 20 manat, güldan (xrustal)- 50 manat, çərəz qabı 6 ədəd- 40 manat, meyvə qabı 2 ədəd- 19 manat, qazan (çuqun) dəsti 5 ədəd- 45 manat, qazan dəsti 4 ədəd və tava dəsti 4 ədəd- 100 manat, paltar setkası- 10 manat, ütü masası- 25 manat, xalça (otaq)- 60 manat, xalça (koridor) 2 ədəd- 400 manat- pərdə (koridor) 3 ədəd- 70 manat, pərdə (yataq otağı)- 270 manat” daxildir. Qızıl-zinət əşyalarına- “üzük 8 ədəd- 2000 manat, sırğa (Famil dayısından hədiyyə)- 350 manat, sırğa (Xuraman bibisindən hədiyyə)- 250 manat, beşlik zəncirlə birlikdə- 800 manat, komplekt (sırğa, üzük, bilərzik və zəncir)- 1500 manat, klon balaca ürək şəkilli (Fərman əmisindən hədiyyə)- 250 manat” daxildir. Ona məxsus olan cehiz, həmçinin qızıl-zinət əşyalarını və yaxud onların dəyərini ümumilikdə təşkil edən 11448 (on bir min dörd yüz qırx səkkiz) manat, həmçinin ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdiyi cehiz əmlakalrının hamısı onların yaşadıqları evdədir və həmin hissədə iddia tələbini tam qəbul edir. İddia tələbinin digər, yəni qızıl zinət əşyaları hissəsində iddianı qismən qəbul edir. Belə ki, iddia ərizəsində göstərilən qızıl zinət əşyalarının bir hissəsi iddiaçının özündədir. Qızıl zinət əşyalarından dörd üzük, komplekt və zəncirlə birlikdə beşlik onlarda qalmışdır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının cehiz əmlakalrının hamısı onun yaşadığı evdədir və həmin hissədə iddia tələbini tam qəbul edir. Qızıl zinət əşyalarına münasibətdə iddianı qismən qəbul edir. Belə ki, iddia ərizəsində göstərilən qızıl zinət əşyalarının bir hissəsini iddiaçı aparmışdır. Həmin qızıl zinət əşyalarından 04 (dörd) ədəd üzük, zəncirlə birlikdə beşlik, komplekt yəni, sırğa, üzük, bilərzik və zəncir onlardadır və iddiaçıya verməyə hazırdır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı Cavabdeh3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ilə X1 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış, bu barədə 05 nömrəli nikah akt qeydi aparılmışdır. İş materiallarında olan Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli, MŞL-00591 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayışı”na əsasən, tərəflər mediasiya prosesində iştirak etmiş, lakin razılıq əldə edilməmişdir. İş materiallarında Astara rayon İHB-nın Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 305 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu, Bala Şahağacı kəndində yaşayır. İş materialında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 75 (yetmiş beş) manat və mediasiya sessiyasında iştirak üçün 55 (əlli beş) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının ərizəsində göstərdiyi qızıl zinət əşyalarından- üzük 4 (dörd) ədəd, sırğa (Famil dayısından hədiyyə), beşlik zəncirlə birlikdə, komplekt (sırğa, üzük, bilərzik və zəncir) iddiaçıya məxsusdur və ona qaytarılmamışdır. İddiaçının ərizəsində sadaladığı cehiz əmlaklarının hər biri cavabdehlərin yaşadıqları evdə saxlanılmaqla İddiaçı geri qaytarılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcələlsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı məxsus olan qızıl-zinət əşyaları- “üzük 4 ədəd- 1000 manat, sırğa (Famil dayısından hədiyyə)- 350 manat, beşlik zəncirlə birlikdə- 800 manat, komplekt (sırğa, üzük, bilərzik və zəncir)- 1500 manat, , cehiz əşyaları-“yataq dəsti (taxt balaca şkafları ilə, şifoner və termo)-2000 manat, künc mebel - 700 manat, stol və 6 ədəd stul 500 manat, mətbəx mebeli - 700 manat, tozsoran 150 manat, soba 180 manat, ət çəkən 80 manat, şirə çəkən 100 manat, beşdəqiqə - 200 manat, paltar yuyan-700 manat, ütü- 180 manat, mikser- 20 manat, çılçıraq (koridor üçün)- 35 manat, çılçıraq (mətbəx)- 20 manat, çılçıraq (otaq)- 80 manat, döşək bir nəfərlik 2 ədəd- 80 manat, yorğan bir nəfərlik 2 ədəd- 80 manat, taxt döşəyi 50 manat, yorğan 2 nəfərlik- 50 manat, yoğan 2 ədəd və balınc 2 ədəd (silikon)- 100 manat, balınc 4 ədəd (quş tükü)- 120 manat, balınc 2 ədəd (silikon)- 50 manat, nimdar 15 ədəd-150 manat, stol üstü 2 ədəd- 55 manat, mələfə dəstləri- 70 manat, dəsmal dəstləri- 60 manat, gəlincik (taxt üstü) 2 ədəd balıncla-200 manat, boşqab servis 18 ədədlik- 50 manat, gəlincik (taxt üstü) 2 ədəd balıncla- 200 manat, boşqab servis 18 ədədlik- 50 manat, boşqab 12 ədəd- 40 manat, boşqab (aş) 12 ədəd- 40 manat, boşqab (kabab) 12 ədəd- 40 manat, boşqab (salat) 12 ədəd- 40 manat, boşqab (gündəlik) 6 ədəd- 30 manat, piyalə 12 ədəd- 30 manat, bıçaq dəsti- 30 manat, çəngəl 12 ədəd- 30 manat, çay qaşığı 12 ədəd- 30 manat, plov qaşıqı- 30 manat, meyvə bıçağı- 20 manat, qazan qaşığı- 15 manat, tort qabı dəst servis 2 ədəd- 50 manat, tərəvəz doğrayan taxta- 5 manat, stəkan (armudu) 12 ədəd- 15 manat, nəlbəki 12 ədəd- 15 manat, stəkan (taraş) 24 ədəd- 30 manat, nəlbəki 24 ədəd- 30 manat, duz qabı 2 qutu- 10 manat, çaşka servis 3 ədəd- 150 manat, qənd qabı 3 ədəd- 20 manat, blud 4 ədəd- 60 manat, aş süzən və xəmir ləyəni- 45 manat, vedrə (çuqun)– 20 manat, çörək qabı- 15 manat, stəkan (şirə üçün) 3 ədəd və 6 nəfərlik servis stəkan- 70 manat, qəhfədan çaynik 2 dəst- 100 manat, aftafa- 60 manat, padnos dəsti- 40 manat, şərbət qabı servis- 60 manat, ləyən- 20 manat, ev silən- 20 manat, zibil qabı- 15 manat, tverka- 4 manat, blendr- 20 manat, güldan (xrustal)- 50 manat, çərəz qabı 6 ədəd- 40 manat, meyvə qabı 2 ədəd- 19 manat, qazan (çuqun) dəsti 5 ədəd- 45 manat, qazan dəsti 4 ədəd və tava dəsti 4 ədəd- 100 manat, paltar setkası- 10 manat, ütü masası- 25 manat, xalça (otaq)- 60 manat, xalça (koridor) 2 ədəd- 400 manat- pərdə (koridor) 3 ədəd- 70 manat, pərdə (yataq otağı)- 270 manat dəyərində əmlaklar cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan qızıl-zinət əşyaları- “üzük 4 ədəd- 1000 manat, sırğa (Famil dayısından hədiyyə)- 350 manat, beşlik zəncirlə birlikdə- 800 manat, komplekt (sırğa, üzük, bilərzik və zəncir)- 1500 manat”, cehiz əşyaları-“yataq dəsti (taxt balaca şkafları ilə, şifoner və termo)-2000 manat, künc mebel - 700 manat, stol və 6 ədəd stul 500 manat, mətbəx mebeli - 700 manat, tozsoran 150 manat, soba 180 manat, ət çəkən 80 manat, şirə çəkən 100 manat, beşdəqiqə - 200 manat, paltar yuyan-700 manat, ütü- 180 manat, mikser- 20 manat, çılçıraq (koridor üçün)- 35 manat, çılçıraq (mətbəx)- 20 manat, çılçıraq (otaq)- 80 manat, döşək bir nəfərlik 2 ədəd- 80 manat, yorğan bir nəfərlik 2 ədəd- 80 manat, taxt döşəyi 50 manat, yorğan 2 nəfərlik- 50 manat, yoğan 2 ədəd və balınc 2 ədəd (silikon)- 100 manat, balınc 4 ədəd (quş tükü)- 120 manat, balınc 2 ədəd (silikon)- 50 manat, nimdar 15 ədəd-150 manat, stol üstü 2 ədəd- 55 manat, mələfə dəstləri- 70 manat, dəsmal dəstləri- 60 manat, gəlincik (taxt üstü) 2 ədəd balıncla-200 manat, boşqab servis 18 ədədlik- 50 manat, gəlincik (taxt üstü) 2 ədəd balıncla- 200 manat, boşqab servis 18 ədədlik- 50 manat, boşqab 12 ədəd- 40 manat, boşqab (aş) 12 ədəd- 40 manat, boşqab (kabab) 12 ədəd- 40 manat, boşqab (salat) 12 ədəd- 40 manat, boşqab (gündəlik) 6 ədəd- 30 manat, piyalə 12 ədəd- 30 manat, bıçaq dəsti- 30 manat, çəngəl 12 ədəd- 30 manat, çay qaşığı 12 ədəd- 30 manat, plov qaşıqı- 30 manat, meyvə bıçağı- 20 manat, qazan qaşığı- 15 manat, tort qabı dəst servis 2 ədəd- 50 manat, tərəvəz doğrayan taxta- 5 manat, stəkan (armudu) 12 ədəd- 15 manat, nəlbəki 12 ədəd- 15 manat, stəkan (taraş) 24 ədəd- 30 manat, nəlbəki 24 ədəd- 30 manat, duz qabı 2 qutu- 10 manat, çaşka servis 3 ədəd- 150 manat, qənd qabı 3 ədəd- 20 manat, blud 4 ədəd- 60 manat, aş süzən və xəmir ləyəni- 45 manat, vedrə (çuqun)– 20 manat, çörək qabı- 15 manat, stəkan (şirə üçün) 3 ədəd və 6 nəfərlik servis stəkan- 70 manat, qəhfədan çaynik 2 dəst- 100 manat, aftafa- 60 manat, padnos dəsti- 40 manat, şərbət qabı servis- 60 manat, ləyən- 20 manat, ev silən- 20 manat, zibil qabı- 15 manat, tverka- 4 manat, blendr- 20 manat, güldan (xrustal)- 50 manat, çərəz qabı 6 ədəd- 40 manat, meyvə qabı 2 ədəd- 19 manat, qazan (çuqun) dəsti 5 ədəd- 45 manat, qazan dəsti 4 ədəd və tava dəsti 4 ədəd- 100 manat, paltar setkası- 10 manat, ütü masası- 25 manat, xalça (otaq)- 60 manat, xalça (koridor) 2 ədəd- 400 manat- pərdə (koridor) 3 ədəd- 70 manat, pərdə (yataq otağı)- 270 manat dəyərində əmlaklar, ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar