Məhkəmə qərarları › İş №2(018)-136/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-136/2025

16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-136/2025 16.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 24 iyul 1980-ci il təvəllüdlü X2 xx.xx.1999-cü il tarixdə Astara rayonu, Şiyəkəran kəndində ölməsi və Şiyəkəran kənd qəbristanlığında dəfn olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1973-cü ildə X7 ilə ailə həyatı qurmuşdur. Onunla ərarvad olaraq xx.xx.2012-ci il tarixə kimi bir təsərrüfatda yaşamışlar. Birgə nikahdan 1974-cü ildə Zeynəb, 1976-ci il Şərifə, 1977-ci ildə Elnara, 1980-ci ildə Gülnarə, 1982-ci ildə Elmira, 1987-ci ildə Ülkər və 1987-ci ildə Xəyalə adlı uşaqları anadan olmuşdur. Uşaqlarından xx.xx.1980-ci il təvəllüdlü X5 xəstəlikdən xx.xx.1999-cü il tarixdə vəfat etmişdir. Onu Astara rayonu Şiyəkəran kənd qəbirstanlığında dəfn etmişlər. Ölümün qeydə alınmasının hüququ əhəmiyyətini başa düşmədikləri üçün bu barədə Astara rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxsnə məlumat verməmişlər. Ölümün qeydiyyatı ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, ondan ölüm haqqında həkim tərəfindən verilmiş sənəd tələb olunmuşdur. Qeyd edilən sənədi təqdim etmədiyindən. xx.xx.2024cü tarixli 316-5/8-43/2024 saylı məktubları ilə Maraqlı şəxs ölümün qeyd edilməsindən imtina etmiş və tövsiyə olunmuşdur ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müaciət etsin. 24 iyul 1980-ci il təvəllüdlü X2 xx.xx.1999-cü il tarixdə Astara rayonu, Şiyəkəran kəndində ölməsi və Şiyəkəran kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X3 bildirdi ki, Ərizəçi onun atası, X5 isə bacısıdır. X5 xx.xx.1980-ci il tarixdə Astara rayon Şiyəkəran kəndində anadan olmuş, xx.xx.1999-cu il tarixində vəfat etmiş və Astara rayonu Şiyəkəran kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə Ərizəçi və şahid X1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş Maraqlı şəxs № 3-16-5/8-43/2024 saylı xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, X5 qızının ölümünün qeydə alınmasının ölüm haqqında həkim şəhadətnaməsi ilə təsdiq olunması, müvafiq sənəd olmadığından ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Şiyəkəran kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 610 saylı arayışdan görünür ki, X5 xx.xx.1999-cu il tarixində vəfat etmiş və Şiyəkəran kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 3-16-5/8-2056/2024 saylı arayışından məlum olur ki, X5 xx.xx.1980-cı il tarixdə Astara rayon Şiyəkəran kəndində anadan olmuş, Astara rayonu Şahağac kənd icra nümayəndəliyində 119 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Şiyəkəran kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 609 saylı arayışdan görünür ki, İmanov X4 rayon, Şiyəkəran kəndində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfinfən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.1999-cu il tarixdə Astara rayonu Şiyakəran kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1980-ci il təvəllüdlü X2 xx.xx.1999-cu il tarixdə Astara rayonu, Şiyakəran kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar