Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-138/2025 17.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi nümayəndəsi Nümayəndə Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, Astara rayonu Maşxan kəndində xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 xx.xx.2019-cü il tarixdə Astara rayonu Maşxan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, nümayəndəsi olduğu Ərizəçi övladı X7 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. O, anadangəlmə xəstə idi. Bu səbəbdən 26 aprel 2019-cü il tarixdə vəfat etmiş və onu Maşxan kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölümün qeydiyyatı ilə əlaqədar hüququ əhəmiyyətini bilmədiklərinə görə nə Astara rayon Mərkəzi Xəstəxanasına nə də ki, Maraqlı şəxsnə qanunla müəyyən olunmuş müddətdə məlumat verməmişlər və bu barədə tələb olunan sənədləri almamışlar. Ölümün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmişlər. X10 xx.xx.2019-cu il tarixdə ölməsi barədə həkim tərəfindən yazılmış müvafiq sənəd təqdim edə bilmədikləri üçün ölümün qeydə alınmasından imtina edilmişlər. Astara rayonu Maşxan kəndində xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 xx.xx.2019-cü il tarixdə Astara rayonu Maşxan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X5 bildirdi ki, Ərizəçi və anası Nümayəndə onun qonşusudur. Ərizəçi övladı X8 2018-ci ildə anadan olmuş, xəstə olduğundan 2019-cu ildə vəfat etmiş və Maşxan kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə Ərizəçi nümayəndəsi Nümayəndə və şahid X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs 3-16-5/8-44/2024 saylı Ərizəçi nümayəndəsi Nümayəndə ünvanlanmış məktubdan görünür ki, X4 ölümünün qeydə alınmasının ölüm haqqında həkim şəhadətnaməsi ilə təsdiq olunması, müvafiq sənəd olmadığından ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi nümayəndəsi Nümayəndə izah edilmişdir. İş materiallarında olan AZ-İV 218861 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X8 xx.xx.2018-ci il tarixdə anadan olmuş, atası Ərizəçi, anası X6 qeyd edilmiş və 01 nömrə ilə doğum akt qeydi aparılmışdır. İş materiallarında olan Maraqlı şəxs 3-16-5/8-2062/2024 saylı arayışından məlum olur ki, X8 xx.xx.2018-ci il tarixdə anadan olmuş, atası Ərizəçi, anası X6 qeyd edilmiş və Astara rayonunun Təngərud kənd icra nümayəndəliyində 01 nömrə ilə doğum akt qeydi aparılmışdır. İş materiallarında olan Astara rayon İHB-nın Təngərud kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 654 saylı arayışdan görünür ki, X8 29 dekabr 2018-ci il tarixdə Maşxan kəndində anadan olmuş, 26 aprel 2019-cu ildə vəfat etmişdir. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Nümayəndə xx.xx.1966-cı il tarixdə Astara rayonu, Siyəkü kəndində anadan olmuşdur. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Astara rayonu, Maşxan kəndində anadan olmuşdur. İş materiallarında olan AZE16592440 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X6 xx.xx.1992-ci il tarixdə Astara rayonu, Tüləgüvən kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Təngərud kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 661 saylı arayışdan görünür ki, Nümayəndə Astara rayon, Maşxan kəndində yaşayır. İş materiallarında olan Astara rayon İHB-nın Təngərud kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 134 saylı arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı xx.xx.1992-ci il təvəllüdlü X1 ibarət ailə üzvü vardır. İş materiallarında olan 89AA1528130 seriya və nömrəli, xx.xx.2024-cü il tarixli etibarnamə sənədinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi müvafiq etibarnamədə qeyd edilən hüquqların həyata keçirilməsini 03 (üç) il müddətinə Nümayəndə etibar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfinfən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.2018-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdə Astara rayonu Maşxan kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.2018-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdə Astara rayonu Maşxan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-138/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-138/2025
17.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver