Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-140/2025 30.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X17 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1959-cü il tarixdə Astara rayonu, Deqədi kəndində anadan olmuş X1 24 fevral 2022-ci il tarixdə Astara rayonu Deqədi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi X4 nümayəndəsi X6 ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 13 dekabr 1959-cü il təvəllüdlü X3 onun doğma bacısıdır. O, evin kiçik oğludur, valiydeynləri və bacısı X2 yanında yaşayırdı. Bacısı xəstəlikdən 24 fevral 2022-ci il tarixdə vəfat etmiş və Kijəbə qəsəbəsinin Ojakəran kəndində yerləşən Məhəmməd Zalani qəbiristanlığında valideynlərinin yəni anası X8 qəbrinin yanında dəfn etmişlər. İmkanı olmadığı üçün baş daşı qoya bilməmişlər. Ölümün qeydə alınmasının hüquqi əhəmiyyətini başa düşmədikləri üçün bacısının ölümü barədə Astara rayon mərkəzi xəstəxanasına və Maraqlı şəxsnə məlumat verməmişlər. Ölümün qeydiyyatı ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir. Ondan həkim tərəfindən ölümü təsdiq edən sənəd tələb olunmuşdur. Qeyd edilən sənədi təqdim edə bilmədiyindən Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 316-5/8-45/2024 saylı bildirişləri ilə ölümün qeydə alınmasından imtina edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-2003/2024 saylı arayışdan görünür ki, X2 xx.xx.1959-cü il tarixdə anadan olmuşdur. Astara rayon Şüvi bələdiyyəsi tərəfindən verilmiş və ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 122 nömrəli arayışları ilə müəyyən olunur ki, X2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Kijəbə qəsəbəsinin Ojakəran kəndində Məhəmməd Zalani qəbrstanlığında valideynlərinin yanında dəfn edilmişdir. Astara rayonu Deqədi kəndində xx.xx.1959-cü il tarixdə anadan olmuş X1 24 fevral 2022-ci il tarixdə Astara rayonu Deqədi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X13 bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi bacısı X2 2022-ci ildə vəfat etmiş və o, yas mərasimlərində iştirak etmişdir. Məhəmməd Zalani qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə Ərizəçi və şahid X10 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs 3-16-5/8-45/2024 saylı Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X1 ölümünün qeydə alınmasının ölüm haqqında həkim şəhadətnaməsi ilə təsdiq olunması, müvafiq sənəd olmadığından ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 3-16-5/8-2083/2024 saylı arayışından məlum olur ki, X2 xx.xx.1959-cu il tarixdə anadan olmuş anası X11 qeyd edilmiş və Astara rayonunun Ərçivan qəsəbə icra nümayəndəliyində 255 nömrəli doğum akt qeydi aparılmışdır. İş materiallarında olan Astara rayon İHB-nın Şüvi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 122 saylı arayışdan görünür ki, X2 24 fevral 2022-ci il tarixdə vəfat etmiş, Kijəbə qəsəbəsinin Ojakəran kəndində yerləşən Məhəmməd Zalani qəbiristanlığında valideynlərinin yanında dəfn edilmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE08216846 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X2 xx.xx.1959-cu il tarixdə Astara rayonu, Deqədi kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Şüvi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 972 saylı arayışdan görünür ki, Ərizəçi Astara rayon, Deqədi kəndində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfinfən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Astara rayonu Deqədi kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Astara rayonu Deqədi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-140/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-140/2025
30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver