Məhkəmə qərarları › İş №2(018)-1439/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1439/2025

19.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1439/2025 19.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, bacısı-11 aprel 1970-ci il təvəllüdlü X1 01 avqust 2002-ci il tarixdə Astara rayon Pensər kənində vəfat faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 11 aprel 1970-ci il tarixdə anadan olmuşdur. O, xx.xx.2002-ci il tarixdə Astara rayonu Pensər kəndində vəfat etmiş və həmin kənddə yerləşən Seyyid Cəmaləddin qəbirstanlığında dəfn edilmişdir. Hüquqi əhəmiyyətini başa düşmədiklərinə görə, X1 ölümü barədə aidiyyəti orqanlara məlumat verilməmişdir. Vərəsəliklə bağlı X1 ölümü barədə şəhadətnamə tələb olunduğundan, onun ölümü barədə şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə ərizə ilə müraciət edilmişdir. Lakin ölüm barədə tibbi şəhadətnamə təqdim edilmədiyinə görə, Maraqlı şəxs 316-5/8-36/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubla müraciət təmin edilməmiş və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Odur ki, 11 aprel 1970-ci il təvəllüdlü X1 01 avqust 2002-ci il tarixdə Astara rayon Pensər kənində vəfat etməsi faktının müəyyən edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X4 bildirdi ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin bacısı Raifə 01 avqust 2002-ci ildə rəhmətə gedib, yasda iştirak etmişlər. Məhkəmə Ərizəçi və şahid X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilən arayışdan görünür ki, X5 xx.xx.1970ci ildə Astara rayonunun Pensər kəndində anadan olmuşdur. İş materiallarında olan Astara Rayon İHB-nın Pensər kənd İƏD-üzrə nümayəndəliyi tərəfindən verilən arayışda məlum olur ki, xx.xx.1970-ci il təvəllüdlü mərhum X5 xx.xx.2002-ci il tarixdə Astara rayonu Pensər kəndində vəfat etmiş, Pensər kəndində -Seyyid Cəmaləddin qəbristanlığında vəfat edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 36/2025 saylı sənəddən məlum olur ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğudan, ölüm haqqında həkim şəhadətnaməsi olmadığından, ölüm faktının təsdiq edilməsi üçün Ərizəçi məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1970-ci il təvəllüdlü X1 xx.xx.2002-ci il tarixdə Astara rayonu Pensər kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2002-ci il tarixdə Astara rayonu Pensər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar