Məhkəmə qərarları › İş №2(018)-144/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-144/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-144/2023 29.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçinun iştirakı ilə, Ərizəçinun «Ölüm faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Ölüm faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu, 20 may 1952-ci il təvəllüdlü X2 06 noyabr 2022-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, o, mərhum X3 ilə 12 dekabr 1976-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. X1 06 noyabr 2022-ci il tarixdə İran İslam Respublikasında ölmüşdür. Onun cənazəsi Azərbaycan Respublikasına gətirilmiş Astara şəhər qəbirstanlığında dəfn edilmişdir. Ölüm barədə aidiyyəti orqanlara məlumat vermədiklərindən onun ölümü barədə “ölüm haqqında şəhadətnaməsini” almamışdır. Sonradan onun ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 09 dekabr 2022-ci il tarixli, 677 saylı məktubuna əsasən Astara Rayon Məhkəməsinə müraciət edilməsi qeyd edilmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Həmin faktınmüəyyən edilməsi vərəsəlik məsələsini həll etmək üçün lazımdır. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X5 ifadə verərək bildirdi ki, o, ərizəçini yaxından tanıyır. Qonşu olmaqla yaxın münasibətləri olmuşdur. Onun mərhum əri, 20 may 1952-ci il təvəllüdlü X2 06 noyabr 2022-ci il tarixdə müalicə olunduğu İran İslam Respublikasında ölmüş Astara şəhər qəbirstanlığında dəfn edilmişdir. O, ərizəçinin mərhum ərinin dəfn və yas mərasimlərində iştirak etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadələrini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin sürətindən və Astara rayon İHB-nın Astara şəhəri üzrə nümayəndəliyinin tərəfindən verilmiş arayışdan məlum olur ki, Ərizəçi xx xxxx 1958-ci il tarixdə, Astara şəhərində olmaqla Astara şəhəri İ. Kaverin küçəsi ev 62-də qeydiyyatdadırlar və orada yaşayırlar. Mülki işə əlavə olunmuş “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, Ərizəçi X3 ilə 12 dekabr 1976-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Mülki işə əlavə olunmuş Astara rayon İHB-nın Astara şəhəri üzrə nümayəndəliyinin tərəfindən verilmiş arayışdan məlum olur ki, Astara şəhəri İ. Kaverin küçəsi ev 62-də qeydiyyatda olan 20 may 1952-ci il təvəllüdlü X2 06 noyabr 2022-ci il tarixdə müalicə olunduğu İran İslam Respublikasında ölmüş Astara şəhər qəbirstanlığında dəfn edilmişdir. Mülki işə əlavə olunmuş Maraqlı şəxs məktubundan görünür ki, 0 may 1952-ci il təvəllüdlü X3 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, 20 may 1952-ci il təvəllüdlü X3 06 noyabr 2022-ci il tarixdə müalicə olunduğu İran İslam Respublikasında ölmüş Astara şəhərin gətirilərək, şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, mərhum X3 06 noyabr 2022-ci il tarixdə İran İslam Respublikasında ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Astara şəhəri İ. Kaverin küçəsi ev 62-də qeydiyyatda olan 20 may 1952-ci il təvəllüdlü X2 06 noyabr 2022-ci il tarixdə İran İslam Respublikasında ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar