Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-145/2023 26.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X17 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Astara rayonu, Şahağacı kəndində 19 oktyabr 1963-cü il tarixdə anadan olmuş X6 04 avqust 2012-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 19 oktyabr 1963-cü il təvəllüdlü X10 onun doğma qardaşıdır. X2 04 avqust 2012-ci il tarixdə ölmüş və Astara rayonu, Şahağacı kənd qəbirstanlığında dəfn olunmuşdur. Hüquqi nəticəni başa düşmədikləri üçün ölümü barədə aidiyyəti orqanlara məlumat verməmişlər. Ölüm barədə məlumat verilmədiyindən tibb müəssisəsindən müvafiq sənəd ala bilməmişlər. Ölüm haqqında şəhadətamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. X1 ölümü barədə həkim tərəfindən yazılmış şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişi təmin edilməmişdir. Odur ki, Astara rayonu, Şahağacı kəndində 19 oktyabr 1963-cü il tarixdə anadan olmuş X6 04 avqust 2012-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X7 bildirdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi X2 04 avqust 2012-ci il tarixdə Rusiya Federasiyasında ölmüş və Astara rayonu, Şahağacı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə Ərizəçi və şahid X5 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 02408342 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, X10 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, X10 xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1187 saylı arayışdan məlum olur ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuşdur. X4 və anası X8 qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 672-05/15 saylı arayışdan məlum olur ki, X6 ölüm haqqında Maraqlı şəxs arxivində akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Şahağacı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 940 nömrəli arayışdan görünür ki, X3 rayonu, Şahağacı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Şahağacı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 946 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum X6 bacısıdır. İş materiallarında olan Astara rayon İHB-nın Şahağacı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 941 nömrəli arayışdan görünür ki, Ərizəçi Astara rayonu, Şahağacı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X3 rayonunda anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydləri kitabında ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1963-cü il təvəllüdlü X6 xx.xx.2012-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində ölməsi faktı tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1963-cü il təvəllüdlü X6 xx.xx.2012-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-145/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-145/2023
26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver