Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1456/2025 12.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1ası MPMnin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mülki işə Ərizəçi rəsmi qeydiyyatda olduğu yer üzrə Abşerovn Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi aidiyyatı üzrə məhkəməyə göndərməlidir. Azərbaycan Respublikası MPM-nin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdlqdan sonra icra edilir. Göründüyü kimi hazırki iş üzrə ərizə aidiyyat qaydaları pozulmaqla icraata qəbul edildiyindən, 2(018)-1456/2025 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 309.1, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı «ölüm faktının təsdiq edilməsi» tələbinə dair 2(018)-1456/2025 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün) müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1456/2025
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1456/2025
12.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver