Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-146/2024 24.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X4 oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X2 20 may 2022-ci il tarixdə Astara rayonu Şiyəkəran kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, mərhum oğlu X3 03 may 1984-cü il tarixdə Astara rayonun Ərçivan qəsəbəsində anadan olmuşdur. Oğlu 30 dekabr 2001-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində vəfat etmiş və Astara rayonu Ərçivan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Oğlu ailəli olmamışdır, eyni zamanda vaxtında onun ölümünə dair şəhadətnamə alınmamışdır. Mərhum oğlu X2 ölməsi faktını qonşuları və digər qohumları da təsdiq edə bilərlər. Hal-hazırda müəyyən sənədləşmələrlə bağlı çətinlikləri yaranmışdır. Buna səbəb kimi mərhum oğlu X2 ölüm haqqında şəhadətnaməsinin olmamasıdır. Ona görə də, mərhum oğlu X2 30 dekabr 2001-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. 1.Şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yeri barədə arayışın məzmunundan görünür ki, Ərizəçi Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
2. Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, X3 həqiqətən 30 dekabr 2001-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində vəfat etmiş və Astara rayonu Ərçivan qəsəbə qəbirstanlığında dəfn edilmişdir.
3. Foto şəkildən görünür ki, X3 30 dekabr 2021-ci il tarixdə vəfat etmiş və Astara rayonu Ərçivan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin oğlu X3 30 dekabr 2001-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 03 may 1984-cü il tarixdə Astara rayonun, Ərçivan qəsəbəsində anadan olmuş X3 30 dekabr 2001-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 03 may 1984-cü il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş X2 30 dekabr 2001-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Zamin İbrahimov