Məhkəmə qərarları › İş №2(018)-1462/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-1462/2023

12.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-1462/2023 12.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X3, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin sənədləri nəzərdən keçirib, müəyyənetdim: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.1996-cı ildə Astara rayonu, Xıçəso kəndində doğulması və xx.xx.1998- ci ildə həmin kənddə vəfat etməsinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi və ona qızı Aynurun doğum və ölüm haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi eyni ərizədə X1 həm doğumunun, həm də ölümünün hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini və ona qızı Aynurun doğum və ölüm haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etməklə, ərizəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib etməmişdir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və Ərizəçi ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar