Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1470/2023 19.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X20 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, bacısı xx.xx.1984-cü ildə Astara rayonu Züngüləş kəndində anadan olmuş X5 07 fevral 2006-cı il tarixdə Astara rayonu Züngüləş kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və X5 ölümü haqqında şəhadətnamənin verilməsin: şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi X7 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X2 07 fevral 2006-cı il tarixdə Züngüləş kəndində ağır xəstəliyi ucbatından vəfat etmişdir. Bacısı X1 rayonu Züngüləş kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Bacısı üçün ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etsə də ona şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Bacısı xx.xx.1984-cü ildə Astara rayonu Züngüləş kəndində anadan olmuş X5 07 fevral 2006-cı il tarixdə Astara rayonu Züngüləş kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və X5 ölümü haqqında şəhadətnamənin verilməsin: şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X16 bildirdi ki, Ərizəçi ilə qohumudur. Ərizəçinin X2 2006-cı il tarixdə Astara rayonu Züngüləş kəndində xəstəlikdən ölmüşdür. O, X5 yas mərasimlərində iştirak etdiyini bildirmişdir. Mərhum Astara rayonu, Züngüləş kənd qəbirstanlığında dəfn olunub. Məhkəmə Ərizəçi nümayəndəsi X6 və şahid X12 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Səncərədi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Astara rayon, Züngüləş kəndində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İHB-nın Səncərədi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X8 həqiqətən 07 fevral 2006-cı il tarixdə Astara rayonu Züngüləş kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE00079851 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, X8 xx.xx.1984-cü ildə Astara rayonu Züngüləş kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 50 saylı arayışdan məlum olur ki, X5 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X3 rayonunda anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydləri kitabında ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1984-cü il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdə Astara rayonu Züngüləş kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1984-cü il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdə Astara rayonu Züngüləş kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-1470/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1470/2023
19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver