Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-154/2023 28.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 «Ölüm faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X8 «Ölüm faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu, 1909-cu il təvəllüdlü X6 10 yanvar 1990-cı il tarixdə ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi X8 məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, mərhum 1909-cu il təvəllüdlü X9 onun atasıdır. X3 daimi olaraq Astara rayonu Ərcivan qəsəbəsində yaşamışdır. X1 10 yanvar 1990-cı il tarixdə Astara rayonu Ərcivan qəsəbəsində ölümüş və Astara rayonu Ərcivan qəsəbəsində olan qəbrstanlıqda dəfn edilmişdir. Hal-hazırda mülkiyyətlərində olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışın verilməsinə görə X1 ölümünə dair ölüm haqqında şəhadətnamə tələb etmişlər. Llakin, atasının ölümü barədə “ölüm haqqında şəhadətnaməsini” almamışdır. Sonradan onların ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 23 dekabr 2022-ci il tarixli, 715-05/15 saylı məktubuna əsasən Astara Rayon Məhkəməsinə müraciət edilməsi qeyd edilmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X11 ifadə verərək bildirdi ki, o, ərizəçini yaxından tanıyır. Qonşu olmaqla yaxın münasibətləri olmuşdur. Onun mərhum atası, 1909-cü il təvəllüdlü X9 10 yanvar 1990-cı il tarixdə Astara rayonu, Ərcivan qəsəbəsində ölmüşdür. O, ərizəçinin mərhum atasının dəfn və yas mərasimlərində iştirak etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin sürətindən və Bakı şəhəri 141 saylı MKİS-in tərəfindən verilmiş arayışdan məlum olur ki, X8 xx xxxxxxxx 1956-cı il tarixdə, olmaqla Astara rayonu, Ərcivan qəsəbəsində anadan olmaqla, Bakı şəhəri Ə.Vəliyev küçəsi ev03 mənzil 15-də qeydiyyatdadırlar və orada yaşayırlar. Mülki işə əlavə olunmuş Maraqlı şəxs 22 dekabr 2022-ci il tarixli 3997 saylı arayışından məlum olur ki, X8 xx xxxxxxxx 1956-cı il tarixdə Astara rayonu, Ərcivan qəsəbəsində anadan olmuşdur. Onun X3 kimi, anası isə X2 qeyd edilmişdir. Mülki işə əlavə olunmuş Astara rayon İHB-nın Ərcivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan məlum olur ki, 1909-cu il təvəllüdlü X6 10 yanvar 1990-cı il tarixdə ölmüş və Ərcivan qəsəbə qəbirstanlığında dəfn olunmuşlar. Mülki işə əlavə olunmuş Maraqlı şəxs məktubundan görünür ki, 1909-cu il təvəllüdlü X9 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, 1909-cu il təvəllüdlü X9 10 yanvar 1990-cı il tarixdə Astara rayonu, Ərcivan qəsəbəsində ölmüş və orada yerləşən qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə hesab edir ki, mərhum X9 10 yanvar 1990-cı il tarixdə Astara rayonu, Ərcivan qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1909-cu il təvəllüdlü X6 10 yanvar 1990-cı il tarixdə Astara rayonu, Ərcivan qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X6 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-154/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-154/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver