Məhkəmə qərarları › İş №2(018)-1597/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1597/2025

06.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1597/2025 06.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həsənzadə Rəfiqə Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X4 2002-ci il tarixdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.1978-ci ildə anadan olmuş X8 2002ci ildə naməlum şəraitdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində vəfat etmiş və Şahağacı kənd qəbiristanlığında dəfn edilmişdir. Vaxtında oğlunun ölümü haqqında həkim arayışı əldə etmədikləri üçün oğlunun ölümünü dövlət qeydiyyatına aldıraraq ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Əmlak, vərəsəlik və digər sənədləşmə məsələləri ilə bağlı müvafiq orqanlara müraciət edərkən oğlunun ölümü haqqında şəhadətnamə də tələb edilir və bu zaman onu təqdim edə bilmirlər. Maraqlı şəxsnə müraciət etsə də ölüm haqqında tibbi sənəd təqdim edə bilmədiyi üçün o, oğlunun ölümü haqqında şəhadətnaməsini ala bilməmişdir. Qeydiyyat şöbəsində ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Oğlunun ölümü haqqında şəhadətnamə olmadığından, vərəsəlik və digər məsələlərdə hüquqlarımdan istifadə edə bilmir. Başqa yolla həmin sənədi almaq mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib ərizəsində göstərdikləri xüsusatları təsdiq edərək, oğlu X4 2002-ci il tarixdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, X8 22 dekabr 1978-ci ildə Astara rayonunun Şiyəkəran kəndində doğulmuşdur. İş materiallarında olan yaşayış yeri barədə Astara rayon İHB-nın Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli 563 saylı arayışdan görünür ki, Quliyeva X1 yaşayır. İş materiallarında olan Astara rayon İHB-nin Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli 565 saylı arayışdan görünür ki, mərhum X8 2002-ci ildə naməlum şəraitdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində vəfat etmiş və Şahağac kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli 564 saylı arayışdan görünür ki, mərhum X3 el arasında adına Vətən deyildiyindən mərhum X4 məzar daşında texniki səhv nəticəsində X2 yazılmışdır. İş materiallarında olan Ərizəçi ünvanlanmış Maraqlı şəxs 27 avqust 2025-ci il tarixli 3-16- 5/8-121-2025 saylı məktubundan görünür ki, X5 ölüm haqqında şəhadətnaməsini almaq barədə Ərizəçi müraciətinə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X4 ölüm haqqında akt qeydi aşkar edilməmiş, ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümükün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan foto şəkildən görünür ki, X6 adı yazılmış qəbir daşında vəfat etmə tarixi 2002-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi oğlu mərhum 22 dekabr 1978-ci il təvəllüdlü X8 2002-ci il tarixdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində vəfat etmiş və Şahağac kənd qəbirstanlığında dəfn edilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, hazırki ərizənin predmetini MPM-in 307.2.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsindən irəli gələn münasibətlər, qanuni əsasını isə ölüm faktının müəyyən edilməsi üzrə tətbiq edilməli olan normalar təşkil edir. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, 22 dekabr 1978-ci il təvəllüdlü X4 2002-ci il tarixdə Rusiya Federasiyasının Yekatirinburq şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22 dekabr 1978-ci il təvəllüdlü Astara rayonu Şiyəkəran kəndində anadan olmuş X4 2002-ci il tarixdə Rusiya Federasiyasının Yekatirinburq şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar