Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-167/2025 03.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X27 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, X1 və nümayəndəsi X6 iştirakları ilə, X1 Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 məhkəməyə ərizə ilə müraciət edərək mərhum atası 1893-cü il təvəllüdlü X7 22 sentyabr 1969-cu il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə X3 ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə X1 nümayəndəsi X16 ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. X3 ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 avqust 1953-cü il tarixdə Astara rayonu Şiyəkəran kəndində anadan olmuşdur. Atası 1893-cü il təvəllüdlü X17 22 sentyabr 1969-cu il tarixdə qaraciyər xəstəliyindən Astara rayonunda vəfat etmiş və o, Astara rayonun Pensər kəndində dəfn olunmuşdur. Lakin ona ölüm haqqında şəhadətnamə yazılmamışdır. Mərhum atası X7 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmələrinə baxmayaraq nəticəsi olmamışdır. Mərhumun ölümünü təsdiq edən sənədi olmadığından və həmin sənədi digər vasitələrlə almaq mümkün deyildir. Mərhum atası 1893-cü il təvəllüdlü X7 22 sentyabr 1969-cu il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X18 bildirdi ki, X3 onun qonşusudur. X8 tanıyır. Belə ki, X2 Mirhəşim Mirdadaş oğlunun övladıdır. X17 22 sentyabr 1969-cu il tarixdə Astara rayon Şiyəkəran kəndində vəfat etmiş və Astara rayonu Şiyəkəran kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə X3nu, nümayəndəsi X10 və şahid X11 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş Maraqlı şəxs № 3-16-5/8-24/2024 saylı xx.xx.2024-cü il tarixli X12 ünvanlanmış məktubundan görünür ki, X7 ölümü haqqında akt qeydi aşkar edilməmiş, X7 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ X12 izah edilmişdir. İş materialına əlavə edilmiş Maraqlı şəxs 3-16-5/8-2314/2024 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X15 xx.xx.1953-cü ildə Astara rayonu Şiyəkəran kəndində anadan olmuş, Astara rayonu Pensər kənd icra nümayəndəliyində 90 nömrəli doğum haqqında akt qeydi aparılmışdır. İş materiallarında olan MYİ0****** seriya və nömrəli müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin surətindən məlum olur ki, Cəfərov Mirdadaş xx.xx.1953-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan AZE06542856 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X16 xx.xx.1956-cı il tarixdə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Şiyəkəran kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 662 saylı arayışdan görünür ki, X4 rayon, Şiyəkəran kəndində yaşayır. İş materiallarında olan AR-İİİ 456724 seriya və nömrəli xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, Cəfərov Mirdadaş etibarnamədə qeyd edilən hüquqlarının həyata keçirilməsini 20 il müddətinə X12 etibar etmişdir. İş materiallarında olan 24AA5299172 seriya və nömrəli xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, X20 etibarnamədə qeyd edilən hüquqlarının həyata keçirilməsini 01 il müddətinə X13 etibar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün X16 tərəfinfən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunmalı, 1893-cü il təvəllüdlü X7 xx.xx.1969-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 1893-cü il təvəllüdlü X7 xx.xx.1969-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-167/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-167/2025
03.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver