Məhkəmə qərarları › İş №2(018)-174/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-174/2024

31.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-174/2024 31.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X7 oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2nun 14 iyun 2008-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, 07 avqust 1957-ci ildə Astara rayonun, Şahağacı kəndində anadan olmuşdur. 23 iyul 1983-cü il tarixdə X6 ilə rəsmi nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç uşaqları anadan olmuşdur. X2 14 iyun 2008-ci il tarixdə böyrək çatışmazlığından vəfat etmiş, Astara rayon, Giləkəran kənd qəbirstanlığında dəfn edilmişdir. Ərinin ölümünə dair şəhadətnamə alınmamışdır. Mərhum X2nun ölməsi faktını qonşuları və digər qohumları da təsdiq edə bilərlər. Hal-hazırda müəyyən sənədləşmələrlə bağlı çətinlikləri yaranmışdır. Buna səbəb kimi mərhum X2nun ölüm haqqında şəhadətnaməsinin olmamasıdır. Ona görə də, mərhum X2nun 14 iyun 2008-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. 1.Şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yeri barədə arayışın məzmunundan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır.

2. Maraqlı şəxs tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli 3560 saylı arayışdan görünür ki, X6 ilə X1 arasında 23 iyul 1983-cü il tarixdə Maraqlı şəxsndə nikah bağlanmış və 100 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.

3. Foto şəkildən görünür ki, X6 14 iyun 2008-ci il tarixdə vəfat etmiş və Astara rayon, Giləkəran kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin X2 14 iyun 2008-ci il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 22 avqust 1959-cu il tarixdə Astara rayonunda anadan olmuş X6 14 iyun 2008-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 22 avqust 1959-cu il tarixdə Astara rayonunda anadan olmuş X4 14 iyun 2008-ci il tarixdə Astara şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X4 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar