Məhkəmə qərarları › İş №2(018)-1868/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1868/2025

12.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1868/2025 12.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “birgə əmlakın fərdiləşdirilməsi və tikilmiş evin onun mülkiyyəti hesab edilməsi” və İddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “birgə əmlakın fərdiləşdirilməsi və tikilmiş evin onun mülkiyyəti hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 mərtbəli, 1 otaqlı, ümumi sahəsi 71,4 kv/m, yaşayış sahəsi 55.4 kv/m olan fərdi yaşayış evinin İddiaçı vəsaiti hesabına, ər-arvad kimi birgə yaşamadıqları dövrdə və birgə təsərrüfat aparılmayan dövrdə inşa edildiyi üçün fərdiləşdirilməsi və onun mülkiyyəti hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27 may 1994 cü ildə Astara şəhər sakini Cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olub ailə həyatı qurmuşlar. Həmin nikahdan onların 27 may 1994-cü ildə Xanımnisa, 02 noyabr 1995-ci ildə Könül və 01 avqust 1998 ci ildə Elianura adlı uşaqları doğulmuşdur. Onların uşaqları artıq yetkinlik yaşına çatmışlar. İddiaçı öz uşaqlarına həmişə qayğı göstərmiş və onları böyüdüb boya başa çatdırmışdır. Lakin, arvadı Cavabdeh ilə onların ər-arvad münasibəti 2006-cı ildən pozulmuş və həmin ildən hal-hazıra kimi onlar bir yerdə yaşamırlar. Belə ki, o, başqa qadınla evlənmiş və onların həmin qadınla 25 dekabr 2008-ci ildə doğulmuş uşaqları Məhəmmədəli İsayev adlı övladları vardır. Sübut kimi uşağın doğum şəhadətnaməsi əlavə olunur. Onların nikahı formal xarakter daşıyır. Bu səbəbdən də o, həmin nikahın pozulması qərarına gəlmişdir. İddiaçı ilə Cavabdeh arasındakı nikah Astara rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(018)-175/2025 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin iddia ərizəsi ilə məhkəməyə eyni zamanda birgə əmlakın fərdiləşdirilməsi barədədə iddia vermişdir. Cavabdeh müvafiq icra hakimiyyətinə ərizə verməkdən imtina etmiş və nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlməkdən yayınmışdır. Belə olan halda nikah məhkəmə qaydasında pozulmuşdur. Qeyd edir ki, onların ümumi birgə əmlaklarıda yoxdur. Belə ki, Astara şəhəri, Əhəd Muxtar küçəsi, dalan 9, ev 11-də yerləşən ev İddiaçı adına olsada onların birgə mülkiyyəti sayılmır. Cavabdeh uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. Qarşılıqlı razılığa əsasən birgə mülkiyyətçilər həmin evi 13 iyun 2019-cu ildə Astara şəhəri, Əhəd Muxtar küçəsi dalan 9, ev 11, qızları X4 bağışlamışlar. Buna baxmayaraq cavabdeh və digər ailə üzvləri həmin evdə yaşamağa davam edirlər. (Sübut kimi evin çıxarışı, texniki pasportu, daşınmaz əmlakın bağışlama müqaviləsi əlavə olunur). Artıq həmin daşınmaz əmlak onların mülkiyyətindən çıxmışdır. İddiaçı Cavabdeh ilə ərarvad kimi birgə yaşamadıqları üçün və öz evini qızına bağışladığı üçün, yaşayış yeri olmadığına görə, qardaşı X3 rayonu, Z.Bünyadov küçəsi, ev 62 ünvanında mülkiyətində olan 0.131 ha torpaq sahəsindən 01 iyul 2022-ci ildə ona 0.224 ha torpaq sahəsi bağışlamışdır. İddiaçı ondan sonar həmin torpaq sahəsində özü üçün 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 71,4 kv/m, yaşayış sahəsi 55,4 kv/m olan fərdi yaşayış evi tikmişdir. Ev xarici sahədən tikilmiş olsada, evin daxili hissəsi təmirsizdir. İddiaçı həmin evi Cavabdeh ilə birgə yaşamadığı və birgə təssərüfat aparmadığı vaxtda tikmişdir. Ona görədə həmin fərdi yaşayış evi ər-arvadın birgə mülkiyyəti sayıla bilməz. Onlar məhkəməyə bu barədə kifayət qədər sübutlar təqdim edir. İddiaçı pasport qeydiyyatları, ölkəyə giriş çıxışını təsdiq edən qeydiyyatlar. Moskva şəhərində işləməsini təsdiq edən əmək kitabçasının surəti, uşağın doğum şəhadətnaməsinin surəti. Cavabdeh mübahisə edilən əmlaka heç bir vəsait qoymamış, onun tikintisində iştirak etməmiş, bu səbəbdəndə qanunun mənasına görə onun həmin əmlakda heç bir payı yoxdur. Çünki həmin əmlak onların birgə yaşamadığı və birgə təsərrüfat aparmadığı dövrdə, İddiaçı vəsaiti hesabına inşa edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi 11 avqust 2025-ci il tarixli, iş № 2(106)-1251/2025 saylı qərardadı ilə Astara rayon Məhkəməsinin 26 may 2025 qətnaməsini qismən "birgə əmlakın fərdiləşdirilməsi" və onun mülkiyyəti hesab edilməsinin təmin edilməməsi hissəsində ləğv etmiş və həmin hissədə iddia ərizəsini baxılmamış saxlamışdır. Həmin qərardadın 4-cü səhifəsinin 2-ci abzasında qeyd olunur ki, Belə ki, İddiaçı evin fərdiləşdirilməsi və onun mülkiyyəti hesab edilməsi kimi istinad etdiyi hal həmin cavabdehlə birgə yaşadığı müddətdə əldə edilməməsi olduğunu göstərmişdir. İddiaçı iddia təbində qeyd etmişdir ki, Cavabdeh is onların ər arvad münasibəti 2006-cı ildən pozulmuş və həmin ildən hal-hazıra kimi onlar bir yerdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Bu halın təsdiqi olaraq İddiaçı başqa qadınla evlənmiş və onların həmin qadınla 25 dekabr 2008-ci ildə doğulmuş uşaqları Məhəmmədəli İsayev adlı övladları olmasını qeyd etməklə 25 dekabr 2008-ci ildə doğulmuş uşaqları Məmmədəli İsayevin doğum haqqında şəhadətnaməsini iddia ərizəsinə əlavə edir. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi fərdi yaşayış evini cavabdehlə birgə nikah dövründə deyil, sonradan ailə qurduğu digər qadınla nikah olduğu müddətdə əldə edilməsinə istinad edir və sübut etməyə çalışır ki, mülkiyyət kimi dövlət qeydiyyatına alınmış ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 71.4 kv/m, yaşayış sahəsi 55,4 kv/m olan fərdi yaşayış evi Cavabdeh ilə rəsmi nikahda olmasına baxmayaraq onların birgə vəsaiti hesabına əldə edilməmişdir. Bu isə onu göstərir ki, iddiaçının ailə qurduğu iddia etdiyi qadının hazırki əmlak tələbində mənafeyi mövcuddur. Çünki yuxarıda qeyd edildiyi kimi iddiaçı özü əmlakın həmin qadınla faktiki nikahda olduğu müddətdə əldə edildiyini bildirir. Bu isə Ailə Məcəlləsinin 22.3 cü maddəsinin tələbi baxımından (Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər) məhkəmənin üzərinə üçüncü şəxsin mənafeyi olduğundan əmlak tələbini ayrıca icraata ayırmağı öhdəlik kimi qoyur. Məhkəmə bu xüsusata görə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarmışdır. Daha sonra iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş ünvan 3 ünvanında tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 71.4 kvm, yaşayış sahəsi 55.4 kv.metr olan və başqa əmlakların bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan onların xx.xx.1994-cü il tarixdə Xanımnisa, xx.xx.1995-ci ildə Könül və xx.xx.1998-ci il tarixdə Elianura adlı uşaqları anadan olmuşdur. Cavabdeh uşaqlara heç vaxt qayğı göstərməmiş onları böyüdüb boya-başa çatdırmamışdır. Cavabdeh başqa bir qadınla qeyri-rəsmi evlənmiş və onların həmin nikahdan xx.xx.2008-ci ildə Məhəmmədəli İsayev adlı uşaqları olmuşdur. Cavabdeh İddiaçılə birgə nikah dövründə onun vəsaiti hesabına ünvan 4 ünvanında ev tikmişlər, həmin ev 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 71.4 kv.m, yaşayış sahəsi 55.4 kv.metrdir. Ev xarici sahədən tikilmiş olsada evin daxili hissəssi təmirlidir. Bu evi onun vəsaiti hesabına bir yerdə tikmişlər, yəni birgə təsərrüfat aparan vaxtı tikmişlər. Bundan başqa da bir çox onun vəsaiti hesabına əmlaklar əldə etmişlər. Onları proses zamanı təqdim edəcəkdir. Ona görə də həmin fərdi yaşayış evi onların birgə mülkiyyəti sayılır. O, məhkəməyə bu barədə kifayət qədər sübutlar təqdim edir. İddiaçı passport qeydiyyatları, ölkəyə giriş çıxışını təsdiq edən qeydiyyatlar. Moskva şəhərində işləməsini təsdiq edən əmək kitabçasının sürəti. Bundan başqa, birgə nikah dövründə əldə edilmiş ümumi əmlaka dair payların bölünməsi məsələsinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən üç illik müddət çərçivəsində həll edilməsi məqsədə uyğundur. Dəfələrlə cavabdehlə məsələni könüllü qaydada həll etmək üçün çalışmağına baxmayaraq heç bir nəticəsi olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edərək xahiş edir qanunla müəyyən edilmiş qaydada məsələlər həll edilsin. Astara rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli 2(018)-1928/25 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin icraatında olan 2(018)-1928/2025 nömrəli mülki iş üzrə icraata xitam verilməsi və həmin mülki işin Astara Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka tam mülkiyyət hüququnun tanınması tələbinə dair 2(018)-1868/2025 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə etdiyini, iddiaçı ilə cavabdehin 2006-cı ildən birlikdə yaşamadıqlarını, onların büdcəsinin ayrı olduğunu, iddiaçının faktiki olaraq münasibətdə olduğu hazırki iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Səmərruxla birlikdə yaşadıqlarını, lakin Səkinə ilə nikahdan olan uşaqlarını da saxladığığını, onların təhsilində, xeyir işlərində bir ata kimi vəzifələrini yerinə yetirdiyini, övladları ilə yaxşı münasibətinin olduğunu, lakin Cavabdeh ilə birgə təsərrüfat aparmadığını, formal olaraq 2006-cı ildən nikahın pozulduğu 2025-ci ilə kimi birlikdə yaşadıqlarını, hətta bütün bu məsələlər hər birinə aydın olduğu üçün İddiaçı tərəfindən Səkinə və qızlarının yaşadığı evin qızına bağışladığını, lakin sonradan Səkinənin mübahisəli ev barədə üzərində sərəncam verilməsi üçün Şakirə razılıq vermədiyini, öz hüququndan suistifadə etdiyini, halbuki mübahisəli evin yerləşdiyi torpaq sahəsinin qardaşı tərəfindən Şakirə bağışlanıldığını, Şakirin öz vəsaiti hesabına həmin evin tikildiyini qeyd etmiş, qeyd olunanlara əsasən də “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbini qəbul etmədiyini bildirərək, vermiş olduğu iddia tələbinin əsasslı olduğundan təmin, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı ona qarşı qaldırdığı iddianı qəbul etmir, İddiaçı baxmayaraq ki faktiki olaraq başqa qadınla yaşayıb, eyni zamanda onunla da bir ailə kimi yaşamış, münasibətləri yaxşı olmuş, evinə gedibgəlmiş, birgə nikahdan olan 3 qızının böyüyüb-başa çatmasında maddi cəhətdən iştirak etmiş, onlara köməklik göstərmiş, təxminən 2019-cu ilədək onlara yardım etmiş, bundan sonra isə qızları böyüdüyündən onlara maddi yardım etməmişdir. Belə ki, Şakirin digər yaşadığı qadından olan uşağı xəstədir, həmin vaxtdan etibarən onalara maddi yardım göstərməyi dayandırıb və demişdir ki, artıq bütün pulunu xəstə uşağı üçün xərcləyəcəkdir. Mübahisəli evi isə birgə vəsait hesabına İddiaçı ilə tikmişlər, işləmiş, evin tikintisinə o da pul vermişdir. Bu səbəbdən mübahisəli fərdi yaşayış evi üzərində payının müəyyən edilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Cavabdeh qardaşıdır, Şakir onun yeznəsidir, bacısı ilə birlikdə ailə kimi yaşamışlar, başqa qadınla münasibətinin olmasından xəbərdardır, lakin Azərbaycana gəlib-gedərkən bacısının yaşadığı evdə qalmışdır, bacısı evin tikintisi üçün Şakirə 45000 manat pul verdiyini ona demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki,Səkinə onun xalasıqızıdır, Şakir onun həyat yoldaşıdır, 3 qızları var, Şakir Rusiyada yaşasa da Azərbaycana gəlib-getmiş və Səkinənin yaşadığı evdə qalmışdır, evin tikintisi üçün Şakirə pul verdiyini Səkinədən eşitmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh iddiaı isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon İHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 iyul 2025-ci il tarixli, 774 saylı arayışdan görünür ki, İsayev X13 şəhəri, H.Aslanov küçəsi 30 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, TK ******* nömrəli əmək kitabçasının surətindən (tərcümə edilmiş) görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" QSC-nin “Korkus Siti” Krasnoqorsk filialında menecer vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdən hal hazıradək "xxxx" QSC-nin “Moskva vilayəti” filialında persanal üzrə menecer vəzifəsində işləyir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Vİİ-ИК 778452 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (tərcümə edilmiş) görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X6 Rusiya Federasiyası, Moskva vilayəti, Vidnoye şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X2r. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, 21 sentyabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X16 Azərbaycan Respublikasının Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən 25 iyul 2022-ci il tarixdə X9 verilmiş, **********-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ünvan 6 ünvanında yerləşən 0.1086 ha torpaq sahəsini və fərdi yaşayış evini İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0.0301 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 71.4 kvm olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 223.8 kvm olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, 13 iyun 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Reyestri Xidmətinin Lənkəran Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı verilmiş, **********21-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 223.8 kvm (4 otaq) olan fərdi yaşayış evini X4 bağışlamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, 24 sentyabr 2025-ci il tarixində, saat 10:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh iştirak etmişdir. İddiaçı 60 (altımış) manat məbləğində İMS rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Şirvan Apellysiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2025-ci il tarixli, 2(106)-1251/2025 nömrəli qərardadından görünür ki, İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)-175/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsinin qismən “birgə əmlakın fərdiləşdirilməsi və onun mülkiyyəti hesab edilməsinin” təmin edilməməsi hissəsində ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin “birgə əmlakın fərdiləşdirilməsi və onun mülkiyyəti hesab edilməsinin” tələbinə dair hissədə baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, 07 noyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon İHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 sentyabr 2025-ci il tarixli, 1358 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 7 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, 24 iyul 2025-ci il tarixində, saat 10:30-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmiş, İddiaçı iştirak etməmişdir. Cavabdeh 60 (altımış) manat məbləğində İMS rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, 21 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Cavabdeh məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş yaddaş kartında olan fotoşəkillərdən görünür ki, İddiaçı Cavabdeh və ondan olan övladları ilə birlikdə nikahda olduqları müxtəlif dövrlərdəki görüntüləri əks olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş yaddaş kartında olan videogörüntülərdən görünür ki, həmin görüntülərdə X5 mübahisəli tikilinin təmiri ilə bağlı göstərişlərini verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 35-ci maddəsinə əsasən Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə baxışı iclasında işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 27 may 1994-cü ildə rəsmi nikaha daxil olmuş, Astara rayon Məhkəməsinin qətnaməsi ilə 2025-ci ildə nikahlarının məhkəmə qaydasında pozulması qərara alınmışdır. Bu nikahdan onların 3 övladı dünyaya gəlmişdir. İddiaçı X5 ilə faktiki birlikdəliyindən isə xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, Vidnoye şəhərində X6 adlı övladı anadan olmuşdur. İddiaçı X5 ilə faktiki birlikdə yaşamasından, övladı olmasından Cavabdeh məlumatlı olmuş, belə ki, İsayev X14 federasiyasında yaşamış, orada işləmiş və X5 ilə birlikdə yaşamışdır. Bu müddət ərzində İddiaçı Cavabdeh ilə rəsmi nikahlarından olan övladlarının saxlanmasında iştirak etmiş, onlara maddi yardım göstərmiş, onlarla münasibətləri yaxşı olmuşdur. İddiaçı 13 iyun 2019-cu il tarixdə ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 223.8 kvm (4 otaq) olan fərdi yaşayış evini X4 bağışlamışdır. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə İddiaçı qardaşı tərəfindən 21 sentyabr 2022-ci ildə bağışlanmışdır. Torpaq sahəsinin üzərində köhnə tikili olmuş həmin tikili sökülərək yenisi tikilmişdir ki, hazırda İddiaçı sözügedən tikilinin Cavabdeh ilə nikah münasibətlərinə faktiki xitam verildiyi dövrdə, öz vəsaiti hesabına tikildiyini iddia edərək tikilinin fərdiləşdirilməsini və həmin tikili üzərində tam mülkiyyət hüququnun tanınmasını, Cavabdeh isə tikilinin birgə nikah dövründə birgə vəsait hesabına tikildiyini iddia edərək həmin tikili üzərində ½ hissədə pay hüququnun tanınmasını tələb edir. İşin qeyd olunan hallarına və sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Qanunvericilik nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdehin bir-birinə qarşı irəli sürdüyü tələblər mahiyyət etibarı ilə bir-biri ilə əlaqədardır. İddiaçı irəli sürdüyü iddianın qanuni əsasını Ailə Məcəlləsinin 36.5-ci maddəsi təşkil edir və əmlakın birgə mülkiyyət olmamasını sübut etmək yükü İddiaçı irəli sürdüyü tələb üzrə məhz iddiaçının üzərindədir.Yalnız bu hal sübut edildikdən sonra artıq Cavabdeh iddiası üzrə əmlakın birgə vəsait hesabına əldə edilməsi Cavabdeh tərəfindən sübut edilməlidir, ona görə ki, Cavabdeh iddiasının qanuni əsasını AM-nin 32.2.2-ci və 36-ci maddəsi təşkil edir. Belə ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olmaları onların birgə nikah dövründə əldə etdikləri əmlakın qanuni rejimini ehtiva edir. Lakin, məhkəmə hesab edir ki, işin araşdırılan halları ilə onların nikahının formal xarakter daşıması, faktiki ayrı yaşamaları və birgə təsərrüfat idarə etməmələri İddiaçı tərəfindən sübut edilə bilmişdir. Belə ki, Cavabdeh özü belə ifadəsində bildirmişdir ki, İddiaçı başqa qadınla faktiki olaraq yaşamasından, uşağının olmasından məlumatı olmuş, lakin “qız övladları” olduğu üçün ərindən boşanmamışdır. Bu dönəmdə də, İddiaçı ilə normal münasibətləri olmuş, əri Azərbaycana gəldikdə yaşadıqları evə gəlib-getmiş, uşaqlarının saxlanmasında maddi cəhətdən iştirak etmişdir. 2019-cu ildən isə İddiaçı onlara maddi köməklik göstərməsi tam olaraq dayanmışdır. Məhkəmə hesab edir ki, ailə dedikdə qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulan və davam edən mövhum başa düşülür. Halbuki, işin faktiki halları ilə sübut olunmuşdur ki, tərəflər 2006-cı ildən ayrıayrılıqda yaşamış, birgə təsərrüfat aparmamış, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcud olmuşdur. Cavabdeh isə məhz cəmiyyətin qınağı ilə üzləşməmək, qızlarını qorumaq və maddi tələbatlarını təmin etmək üçün iddiaçı ilə nikahda qalmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin İddiaçı özünün mülkiyyəti olması işin mübahisəsiz halıdır. Belə ki, torpaq sahəsi ona qardaşı tərəfindən bağışlanılmışdır. Torpaq sahəsinin üzərindəki tikilinin isə sökülərək yenidən tikilməsi ilə tərəflər arasında fərdi yaşayış evi üzərində əmlakın qanuni rejimindən irəli gələn mübahisələr yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflərin nikahının formal xarakter daşıması işin halları ilə İddiaçı tərəfindən sübut edildiyindən, mübahisəli əmlakın Cavabdeh tərəfindən şəxsi vəsaiti hesabına əldə edilib-edilmədiyi irəli sürdüyü tələb üzrə iddiaçı tərəfindən sübut edilməli olmuş, lakin sübut edilə bilməmişdir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəməyə, mübahisəli əmlakın tikilməsi üçün iddiaçı tərəfindən çəkilən xərclərlə bağlı hə hansı yazılı sübut təqdim edilməmiş, şahid ifadələrindən isə bəlli olmuşdur ki, onlar Səkinə tərəfindən Şakirə pul verilməsinin şahidi olmamış, bu fakt onlara Səkinənin dediklərindən məlum olmuşdur. Onlar Şakirin evə gəlib-getdiyini görmüş və onların ailə olduqlarını zənn etmişlər, həmçinin Şakirin ikinci bir ailəsinin olduğundan məlumatlı olmuşlar. Məhkəmə, şahid ifadələrinə mötəbər sübut kimi yanaşmır və hesab edir ki, şahid ifadələri pulun verildiyini təsdiq edə bilmir. Həmçinin, məhkəmə hesab edir ki, 2019-cu ildən uşaqlarına maddi dəstək göstərən atanın digər qadından olan uşağına görə bütün maddi dəstəyini dayandırmasından sonra arvadın ərə məxsus torpaqda tikilən evə vəsait xərcləməsi ağlabatan deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı verdiyi iddia təmin edilməli, mübahisəli ünvan 1 ünvanında yerləşən 1 mərtbəli, 1 otaqlı, ümumi sahəsi 71,4 kv/m, yaşayış sahəsi 55.4 kv/m olan fərdi yaşayış evinin üzərində İddiaçı tam mülkiyyət hüququ tanınmalı, iddiaçı Cavabdeh əmlakın birgə nikah dövründə əldə edilmiş hesab olunmaqla bölünməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X5 üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “birgə əmlakın fərdiləşdirilməsi və tikilmiş evin onun mülkiyyəti hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən 1 mərtbəli, 1 otaqlı, ümumi sahəsi 71,4 kv/m, yaşayış sahəsi 55.4 kv/m olan fərdi yaşayış evi üzərində İddiaçı tam pay üzrə mülkiyyət hüququ tanınsın. İddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar