Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-195/2025 07.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxsnə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Astara şəhərində 25 may 2024-cü il tarixdə vəfat etmiş və Astara rayonun Maşxan kənd qəbirstanlığında dəfn edilmiş əri X3 ölüm faktının müəyyən edilməsi və X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X1 rayonunda doğulmuş, Rusiya Federasiyasının vətəndaşı olmuş, Astara şəhərində vəfat etmişdir. Həmin gün yəni 25 may 2024cü il tarixdə təxirəsalınmaz təcili Tibbi xidmətə müraciət edilmiş və təqdim edilmiş 25 may 2024-cü il tarixli Təxirəsalınmaz Tibbi yardım stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində qeyd edilir ki, növbətçi briqada çağırış yerinə çatdıqda bioloji ölüm baş vermişdir. Ölüm haqqında arayışının təqdim edilməsi ilə bağlı Astara rayonun Mərkəzi xəstəxanasına müraciət edilmişdir. Arayış verilməməsini səbəbi kimi gec müraciət edilməsi ilə əlaqələndirilmişdir. Bu barədə Maraqlı şəxsnədə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü iltarixli, 145 saylı qərarıilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Atasının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Ölüm haqqında həkim şəhadətnamə olmadığından ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsini nəzərə alaraq məhkəməyə müraciət etmişdir. Əri Astara rayonun Maşxan kəndində dəfn edilmişdir. Astara şəhərində 25 may 2024-cü il tarixdə vəfat etmiş və Astara rayonun Maşxan kənd qəbirstanlığında dəfn edilmiş əri X3 ölüm faktının müəyyən edilməsi və X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X4 bildirdi ki, X7 onun qaynı, həmçinin dayısı oğlu olmuşdur. xx.xx.2024cü il tarixdə Astara şəhərində vəfat etmiş, Astara rayonu Maşxan kəndində qəbiristanlığda dəfn edilmişdir. Məhkəmə Ərizəçi və şahid X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materialında olan MYİ0506293 seriya və nömrəli müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin surətindən görünür ki, Rzaev Zakir xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Təngərüd kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 539 saylı arayışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Astara şəhərində vəfat etmiş,Maşxan kəndində yuxarı Məhəllə qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan İ-PE706770 seriya və nömrəli nikahın bağlanması haqqında şəhadətnamə sənədinin surətindən məlum olur ki, xx.xx.1958-ci il təvəllüdlü X7 ilə xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi arasında nikah bağlanmış, 25 yanvar 2020-ci il tarixdə “Kalininqrad şəhəri” şəhər dairəsi administrasiyası VVAQ idarəsinin 1 nömrəli rayonlararası VVAQ şöbəsində **********00200111003 nömrəli nikahın bağlanması haqqında akt qeydi aparılmışdır. İş materialında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, növbətçi briqada çağırış yerinə çatdıqda xx.xx.1958-ci il təvəllüdlü X3 bioloji ölümü baş vermişdir. İş materiallarında olan AA6346530 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 1634 saylı arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfinfən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilərək xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.2024cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-195/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-195/2025
07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver