Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-200/2025 10.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X16 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum qardaşı Astara rayonu, Şahağacı kəndində xx.xx.1974-cü il tarixdə anadan olmuş X8 xx.xx.2024-cü il tarixdə Astara rayonu Şahağacı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi brahimova Gülzar Xəlil qızı ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, məhrum 20.06 1974-cü il təvəllüdlü X11 onun doğma qardaşıdır. O, xx.xx.2024-cü il tarixdə Astara rayonu, Şahağacı kəndində vəfat etmiş və Şahağacı kənd qəbirstanlığında dəfn edilmişdir. Hansı ki, məhrumun qəbrinin foto şəklini ərizəyə əlavə etmişdir. X13 08.09 2024-cü il tarixdə ölməsini və Şahağac kənd qəbrstanlığında dəfn olunmasını Şahağac kənd inzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmış 748 nömrəli 21. 10.2024-cü il tarixli arayışı ilə bir daha təsdiq olunur. Beləliklə onlar ölümün qeyd edilməsinin hüquqi əhəmiyyətini başa düşmədiyi üçün bu barədə qanunla müəyyən edilmiş müddətdə aidiyyəti orqanlara məlumat verməmişlər, bu səbəbdən tibb müəssisəsindən ölümü təsdiq edən sənəd ala bilməmişlər. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamə almaqdan ötrü ərizə ilə müraciət etmişlər. Lakin qardaşı X8 ölümü barədə həkim tərəfindən verilmiş şəhadətnamə təqdim edilmədiyindən 3/6-5/8-62/2024 nömrəli xx.xx.2024-cü saylı məktubları ilə ərizələri təmin edilməmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X6 bildirdi ki, Ərizəçi onun qohumu və kəndçisidir. Ərizəçi qardaşı X11 xx.xx.2024-cü il tarixdə Astara rayonu Şahağacı kəndində vəfat etmiş və onun hüzr mərasimində iştirak etmişdir. Məhkəmə Ərizəçi və şahid X5 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Astara rayon İHB-nın Şahağac kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 748 saylı arayışdan görünür ki, Astara rayon Şahağac kəndində qeydiyatda olan X4 rayon Şahağac kəndində xx.xx.2024-cü il tarixində vəfat etmiş və Şahağacı kənd qəbirsanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs № 3-16-5/8-2880/2024 saylı arayışından məlum olur ki, X11 xx.xx.1974-cü il tarixdə Astara rayon Şahağac kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1974-cü il tarixdə Astara rayonunun Şahağac kənd icra nümayəndəliyində 82 № doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2r, milliyəti azərbaycanlıdır. X1r, milliyəti azərbaycanlıdır. İş materiallarında olan AZE№ ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Astara rayonu, Şahağac kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Şahağac kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 747 saylı arayışdan görünür ki, Ərizəçi Astara rayon, Şahağac kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfinfən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1974-ci il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə Astara rayonu Şahağacı kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1970-ci il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə Astara rayonu Şahağacı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-200/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-200/2025
10.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver