Məhkəmə qərarları › İş №2(018)-208/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-208/2025

09.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-208/2025 09.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1963-cü il tarixində Bakı şəhərində anadan olmuş X3 xx.xx.2024-cü il tarixində Astara rayonu Seləkəran kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və X3 ölümü haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi X6 ərizəni onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X5 xx.xx.2024-cü il tarixində Astara şəhərində ağır xəstəliyi ucbatından vəfat etmişdir. Həyat yoldaşı X5 Bakı şəhəri, Maştağa qəsəbəsi Seyidlər qəbiristanlığında dəfn edilmişdir. Həyat yoldaşı üçün ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət etsə də ona şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. xx.xx.1963-cü il tarixində Bakı şəhərində anadan olmuş X3 xx.xx.2024-cü il tarixində Astara rayonu Seləkəran kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və X3 ölümü haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X4 bildirdi ki, Ərizəçi onun əmisinin yoldaşıdır. X5 15 il əvvəl ürək əməliyyatı keçirmiş, lakin son illərdə Bakı şəhərində malicə almışdır. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Maştağa qəsəbəsi “Seyidlər” qəbiristanlığında dəfn olunmuşdur. Həmin yas mərasimlərində iştirak etmişdir. Məhkəmə Ərizəçi və şahid X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 2572/2024 saylı arayışdan məlum olur ki, X5 ilə Ərizəçi arasında xx.xx.1998-ci il tarixdə 184 nömrəli nikah akt qeydi tərtib olunmuş, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Maştağa bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 399 saylı arayışdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Maştağa qəsəbəsi “Seyidlər” qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE14235931 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X5 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 2567/2024 saylı arayışdan məlum olur ki, X5 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, xx.xx.1964-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində 16 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 316-5/8- 61/2024 saylı sənəddən məlum olur ki, X5 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Suparibağ kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1096 saylı arayışdan görünür ki, Ərizəçi Astara rayon, Seləkəran kəndində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfinfən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1963-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Astara rayonu Seləkəran kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin olunsun. xx.xx.1963-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Astara rayonu Seləkəran kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar