Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-224/2025 10.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X1 30 sentyabr 2024-cü il tarixində Astara şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il təvəllüdlü qızı X2 xx.xx.2024-cü il tarixində yaşadıqları evdə olarkən yatdığı yerdə üzü üstə çevrilmiş və boğularaq ölmüşdür. Həmin vaxt qızını Astara rayon Mərkəzi Xəstəxanasına aparsalar da həyatını xilas etmək mümkün olmamışdır. Qızı Astara rayon Giləkəran məscidinin həyətində dəfn edilmişdir. Qızına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də xəstəxanadan ona sənəd verilmədiyi üçün Qeydiyyat Şöbəsi tərəfindən imtina edilmiş və məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. xx.xx.2024-cü il təvəllüdlü X1 30 sentyabr 2024-cü il tarixində Astara şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X7 bildirdi ki, Ərizəçi onun yeznəsidir. xx.xx.2024-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Astara rayonu Rüdəkəran kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə Ərizəçi və şahid X5 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş Maraqlı şəxs 3-16-5/8-213/2024 saylı xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, X1 ölümünün qeydə alınmasının ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunması, müvafiq sənəd olmadığından ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. İş materiallarında olan AZ-İV 972925 seriya və nömrəli doğum haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə anadan olmuş, atası-Ərizəçi, anası- X4 qeyd edilmiş, 331 saylı doğum haqqında akt qeydi aparılmışdır. İş materiallarında olan Astara rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli 18-1-26/3-2574/2024 saylı arayışından görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il saat 17:05-də Astara rayon TTY şöbəsinə daxil olarkən bioloji ölüm faktı təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 3-16-5/8-213/2024 saylı arayışından məlum olur ki, X2 xx.xx.1980-cı il tarixdə Astara rayon Şiyəkəran kəndində anadan olmuş, Astara rayonu Şahağac kənd icra nümayəndəliyində 119 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan AA5835804 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X2 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1959 saylı arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfinfən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.2024-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Astara şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.2024-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Astara şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-224/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-224/2025
10.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver