Məhkəmə qərarları › İş №2(018)-236/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-236/2025

15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-236/2025 15.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi qızı xx.xx.1989-cu il təvəllüdlü X2 xx.xx.1990-cı il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə X4 xx.xx.1989-cu il tarixdə doğulmuşdur. X1 ərizəçinin qızıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 121-2024 saylı məktubu ilə ərizəçinin qızının ölümünün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, qızı X4 27 iyun 1989-cu ildə Astara rayonun, Təngərüd kəndində anadan olmuşdur. X4 09 yanvar 1990-cı il tarixdə vəfat etmiş, Astara rayonu, Təngərüd kəndində yerləşən Baba Cəbrayıl pirində dəfn edilmişdir. Ölüm barədə Astara rayon Mərkəzi xəstəxanasına məlumat verilməmişdir. Həmçinin müəyyən edilmiş müddətdə Maraqlı şəxsnə məlumat verilməmişdir. Hal-hazırda müəyyən sənədləşmələrlə bağlı çətinlikləri yaranmışdır. Buna səbəb kimi mərhum qızı X2 ölüm haqqında şəhadətnaməsinin olmamasıdır. Ona görə də, mərhum qızı X2 09 yanvar 1990-cı il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, ərizəçi onun qardaşı arvadıdır. Ərizəçi ilə bir evdə yaşayırlar. X1 1990-cı ilin yanvar ayının 9-da ağır xəstəlikdən vəfat etmişdir. Vəfat etdikdən sonra Astara rayonu, Təngərüd kəndində yerləşən Baba Cəbrayıl pirində dəfn edilmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Astara rayon, Təngərüd kənd İƏÜ nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 818 saylı arayışdan müəyyən olunur ki, X4 09 yanvar 1990-cı il tarixdə vəfat etmiş və Astara rayonu, Təngərüd kəndində yerləşən Baba Cəbrayıl pirində dəfn edilmişdir. İş materiallarında olan foto şəkildən görünür ki, X4 09 yanvar 1990-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ərizəçiyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-16-5/8-121-2024 saylı məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında qeydə alına bilər. Beləliklə, ərizəçinin və şahidin izahatı və iş materiallarında olan sübutlar əsasında X3 09 yanvar 1990-cı il tarixdə Astara rayonu, Təngərüd kəndində ölməsi faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə qızının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 09 yanvar 1990-cı il tarixdə Astara rayonu, Təngərüd kəndində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 27 iyun 1989-cu il tarixdə Astara rayonun, Təngərüd kəndində anadan olmuş X4 09 yanvar 1990-cı il tarixdə Astara rayonun, Təngərüd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar