Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-237/2025 27.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 vəfat etməsini təsdiq edilməsi ilə bağlı qətnamə çıxarılmasını və Maraqlı şəxsndən adına ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X3 xx.xx.1975-ci ildə Astara şəhərində anadan olmuşdur. Bu barədə Maraqlı şəxs xx.xx.1975-ci il tarixli 293 nömrəli doğum haqqında aktında qeyd olunub. X7 şəhər Kələdəhnə yaşayış massivində yaşayıb. İlk təhsilini Astara şəhər 30 nömrəli Dəmiryol 8 illik məktəbində (indiki şəhid Rasim Camalov adına Astara şəhər 7 saylı tam orta məktəb) alıb və həmin məktəbin 8-ci sinfini bitirib. Hərbi xidmətdə olan müddətdə (1993-1995) xidmətdən yayındığına görə Lənkəran rayon Məhkəməsinin qərarı ilə Süleyman Məmmədov azadlıqdan məhrum olaraq 1994-cü ildə həbs edilmiş və Qaradağda yerləşən 13 nömrəli təcridxanada dustaq olmuşdur. Həbsdə olarkən xəstələnmiş və 1996-cı ildə vəfat etmişdir. X1 nəşi xx.xx.1996-cı il tarixdə Astara rayon Şahağacı kənd qəbirstanlığında dəfn olunub. Onun vəfatı ilə bağlı ölüm şəhadətnaməsi yoxdur. Yeganə sübut onun məzar daşının üstündə yazılmış ölüm tarixi və bu faktı təsdiq edən Astara şəhər Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 1-175 nömrəli arayışıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs 23 oktyabr 2024-cü il tarixli 3-16-5/8- 2895/2024 nömrəli arayışında qeyd olunur ki, X2 ölümü ilə bağlı qeydiyyat şöbəsinə ölüm faktını təsdiq edən tibb şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümükün olmamışdır. Bu səbəbdən X3 həbsdə olarkən vəfat etdiyindən onun ölümünü təsdiq edən heç bir sənəd ailəsinə təqdim olunmayıb. Buna görə də onun ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Mərhum qardaşı Süleyman Məmmədovun ölümünü təsdiq edən şəhadətnamə olmadığından idarələrdə çətinlik çəkir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib ərizəsində göstərdikləri xüsusatları təsdiq edərək, mərhum X2 23 yanvar 1996-cı il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, ərizəçinin qardaşı arvadıdır. Mərhum, onun qaynı olmuş, xx.xx.1996-cı ildə həbxanada olarkən vəfat etmişdir. X2 nəşi xx.xx.1996-cı il tarixdə Astara rayon Şahağacı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ərizəçinin qonşusu olduğunu, mərhumu da qonşu kimi tanıdığını qeyd edərək, Şahid1 izahatındakı xüsusatları təsdiq edərək, eyni məzmunlu izahat vermişdir. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan yaşayış yeri barədə Astara rayon İHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 noyabr 2024-cü il tarixli 1671 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Astara rayon Bələdiyyəsinin 01 noyabr 2024-cü il tarixli 1-175 saylı arayışından görünür ki, X3 həqiqətən 23 yanvar 1996-cı ildə vəfat etmiş və Astara rayonu, Şahağacı kəndində yerləşən qəbristalığında dəfn edilmişdir. İş materiallarında olan foto şəkildən görünür ki, X3 23 yanvar 1996-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ərizəçi ünvanlanmış Maraqlı şəxs 23 oktyabr 2024-cü il tarixli 3-16-5/8- 2024 saylı məktubundan görünür ki, X2 ölüm haqqında şəhadətnaməsini almaq barədə Ərizəçi müraciətinə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X2 ölüm haqqında akt qeydi aşkar edilməmiş, ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümükün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maraqlı şəxs 23 oktyabr 2024-cü il tarixli 3-16-5/8-2895/2024 saylı arayışından görünür ki, X3 xx.xx.1975-ci ildə Astara şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin, şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi qardaşı mərhum X3 23 yanvar 1996-cı il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 14 noyabr 1975-ci il tarixdə Astara şəhərində anadan olmuş X2 23 yanvar 1996-cı il tarixdə ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14 noyabr 1975-ci il tarixdə Astara şəhərində anadan olmuş X2 23 yanvar 1996-cı il tarixdə ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-237/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-237/2025
27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver