Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-261/2024 26.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Ölüm faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Ölüm faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası, 20 sentyabr 1975-ci il təvəllüdlü X2 21 dekabr 2000-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, qızı X5 20 sentyabr 1975-ci il tarixdə anadan olmuş, ailə qurduqdan sonra Rusiya Federasiyasının Tümen vilayətinin Puqacov şəhərində yaşamış və 21 dekabr 2000-ci il tarixdə Rusiya Federasiyasının Tümen vilayətinin Puqacov şəhərində ölmüş və Astara rayonu Şiyəkəran kəndində olan qəbrstanlıqda dəfn edilmişdir. Hal-hazırda vərəsəlik məsələsini həll etməl üçün atası X1 ölümünə dair ölüm haqqında şəhadətnamə tələb etmişlər. Llakin, atasının ölümü barədə “ölüm haqqında şəhadətnaməsini” almamışdır. Sonradan onların ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 21 iyul 2023-cü il tarixli, 34 saylı məktubuna əsasən 20 sentyabr 1975-ci il təvəllüdlü X5 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir, Astara Rayon Məhkəməsinə müraciət edilməsi qeyd edilmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X4 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşudur. Onun mərhum qızı 20 sentyabr 1975-ci il təvəllüdlü X5 21 dekabr 2000-ci il tarixdə ailə qurandan sonra yaşadığı Rusiya Federasiyasının Tümen vilayətinin Puqacov şəhərində ölmüş və onun cənazəsi oradan Azərbaycan Respublikasına gətirilərək Astara rayonu Şiyəkəran kəndində olan qəbrstanlıqda dəfn edilmişdir. O, qonşu kimi onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X6 da şahid X4 ilə eyni məzmunlu ifadə verdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin sürətindən, Astara rayon Şiyəkəran kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Ərizəçi xx xxxx 1937-cı il tarixdə, Astara rayon Şiyəkəran kəndində anadan olmaqla, orada qeydiyyatdadır və orada yaşayır. Mülki işə əlavə olunmuş Astara rayon Şiyəkəran kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan və fotoşəkildən məlum olur ki, 20 sentyabr 1975-ci il təvəllüdlü X5 21 dekabr 2000-ci il tarixdə ölmüş və Astara rayonu Şiyəkəran kəndində olan qəbrstanlıqda dəfn edilmişdir. Mülki işə əlavə olunmuş Maraqlı şəxs 29 dekabr 2023-cü il tarixli, arayışdan görünür ki, X5 20 sentyabr 1975-ci il tarixdə Astara rayonu Şiyəkəran kəndində anadan olmuş, onun atası kimi Ərizəçi, anası kimi isə X7 qeyd edilmişdir. Mülki işə əlavə olunmuş Astara rayonu Ərcivan ASM-nin bölmə müdrünün arayışından məlum olur ki, 09 aprel 1939-cu il təvəllüdlü X3 30 yanvar 2023-cü il tarixdə Astara rayonu Ərcivan qəsəbəsində xəstəlik ilə əlaqədar ölmüşdür. Mülki işə əlavə olunmuş Maraqlı şəxs 21 iyul 2023-cü il tarixli, 34 saylı məktubundan görünür ki, 20 sentyabr 1975-ci il təvəllüdlü X5 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, 20 sentyabr 1975-ci il təvəllüdlü X5 21 dekabr 2000-ci il tarixdə ailə qurandan sonra yaşadığı Rusiya Federasiyasının Tümen vilayətinin Puqacov şəhərində ölümüş və onun cənazəsi oradan Azərbaycan Respublikasına gətirilərək, Astara rayonu Şiyəkəran kəndində olan qəbrstanlıqda dəfn edilmişdir. Məhkəmə hesab edir ki, mərhum 20 sentyabr 1975-ci il təvəllüdlü X2 21 dekabr 2000-ci il tarixdə ailə qurandan sonra yaşadığı Rusiya Federasiyasının Tümen vilayətinin Puqacov şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 sentyabr 1975-ci il təvəllüdlü X2 21 dekabr 2000-ci il tarixdə Rusiya Federasiyasının Tümen vilayətinin Puqacov şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. 20 sentyabr 1975-ci il təvəllüdlü X2 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-261/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-261/2024
26.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver